Məhkəmə qərarları › İş №2(053)-94/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-94/2024

02.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-94/2024 02.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 13.400 manat borcun və ödənilmiş 130,20 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 29 oktyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən mobil notariat proqramı vasitəsilə ona 7E-16806 reyestr nömrəli baş etibarnamə verilmişdir. Həmin etibarnamə ilə Cavabdeh istifadəsində olan **-EL-*** dövlət qeydiyyat nişanlı,“Toyota Prius” markalı minik avtomobilini 9.800 (doqquz min səkkiz yüz) manata ona satmışdır. Avtomobili əldə edən zaman Keşlə qəsəbəsində 9.800 (doqquz min səkkiz yüz) manatı Cavabdeh, 200 (iki yüz) manat pulu isə vasitəçilik etdiyinə görə X10 vermişdir. Avtomobili əldə etdikdən sonra onun üzərinə 3.400 (üç min dörd yüz) manat xərc qoyaraq avtomobildə təmir-bərpa işləri aparmışdır. Bundan sonra o, qeyd edilən avtomobili X5 adlı şəxsə satmışdır. Avtomobil həmin şəxsin istifadəsində olan zaman 10 avqust 2023-cü il tarixdə DYP əməkdaşları avtomobili saxladaraq cərimə meydançasına aparmışlar. DYP əməkdaşları buna səbəb kimi avtomobilin “sənəd” üzərində mülkiyyətçisi tərəfindən verilmiş etibarnamənin ləğv edildiyini bildirilmişlər. Avtomobil hazırda mülkiyyətçisinə təhvil verilmişdir. Ona dəymiş 13.400 (on üç min dörd yüz) manat ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı işin məhkəmə hazırlıq iclası zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, avtomobil hazırda mülkiyyətçisi Sadıq adlı şəxsdədir. Axırıncı dəfə iş üzrə cavabdeh şəxs olan Abasla görüşüb pulunu tələb edəndə sonuncu bildirmişdir ki, “hara müraciət edirsən et”. Hazırda avtomobili satdığı şəxs ona qarşı məhkəmədə iddia tələbi irəli sürmüşdür. Qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsində həmin iş üzrə ikinci məhkəmə iclası keçiriləcəkdir. Eşitdiyinə görə iş üzrə cavabdeh şəxs olan Abbas hərbçidir. Lakin onun hərbi hissə ünvanını bilmir. Ona məhkəməyə müraciət edəcəyini şifahi olaraq bildirmişdir. Onun səs yazıları telefonunda vardır. Aldığı avtomobilə 3.370 manat məbləğində xərc qoymuşdur. Avtomobili satdığı şəxs ondan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. O, İdarəyə çağırılanda Cavabdeh da orada olmuşdur. Orada hansı qərar qəbul olunduğunu bilmir. Hazırkı iş üzrə təyin olunmuş məhkəmə iclaslarında iştirak etsə də iş üzrə Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin qeyd etmişdir ki, növbəti məhkəmə iclasında iştirak etmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılsın. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehə işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada bildiriş göndərildiyinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. İşin 21 dekabr 2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, İddiaçı onun dostudur. Avtomobil satışı ilə məşğul olan İkram adlı tanışı zəng etmişdir ki, avtomobil var, satırlar. O da səhəri gün avtomobilə baxmış, avtomobilin rəngində və mühərrikində qüsurlar olduğu aşkarlanmışdır. Avtomobil Ağa tərəfindən 9800 manata alınmış, qiymətinə uyğun vəziyyətdə olmuşdur. Abasa pul verəndə o orada olmamışdır. İşin 21 dekabr 2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, Renat onun dostudur. İddiaçı da onun vasitəsilə tanımışdır. O, Renata zəng etmişdir ki, normal avtomobil var. Əgər istəyisə ala bilər. Abasla birlikdə Renatın yanına gəlmiş, Abas Ağaya etibarnamə verəndə o da iştirak etmişdir. Renatla Ağa pulu sayıb 9.800 manatı Abasa verdi. Avtomaşın rəngində və elekrtik işlərində nasazlıqlar var idi. Ağa avtomaşını alanda 200 manat ona şirinlik vermişdir. Sonra eşitmişdir ki, Ağa həmin avtomobili satıb. İşin 21 dekabr 2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Ağa ilə dostluq münasibətləri var. Avtomobil alınan vaxtı çox bərbad vəziyyətdə olmuş, əsaslı təmirə ehtiyacı olmuşdur. Ağa avtomaşını aldıqdan sonra ustaya aparıb təmir etdirərək işlək hala salmışdır. Avtomaşının təmirinə 3000 manatdan çox pul xərclənmişdir. Neftçala Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 13.170 (on üç min yüz yetmiş) manat məbləğində pul vəsaiti, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 130 (yüz otuz) manat tutularaq İddiaçı verilməsi qiyabi qət edilmişdir. Qiyabi qətnamə 05 aprel 2024-cü il tarixdə rəsmi qaydada tərəflərə, 08 may 2024cü il tarixdə isə icra olunması üçün Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. 03 iyun 2024-cü il tarixdə 2(053)-94/2024 nömrəli mülki iş üzrə zərurət yarandığndan "xxxx" MMC-nin X19 filialının rəisi Feyzi Məmmədova 05 mart 2024-cü il tarixli qiyabi qətnamənin cavabdehin qeydiyyatda olduğu ünvan 1i ünvanına göndərildiyi, həmin şəxsə çatıb-çatmaması, əgər çatdırılmışdırsa, qəbul edən şəxsin adı və soyadı, qəbul edildiyi tarix barədə Neftçala Rayon Məhkəməsinə məlumat verilməsinin təmin edilməsi xahiş edilmişdir. 07 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olan sorğuya cavab məktubundan görünür ki, 05 aprel 2024-cü il tarixdə poçt vasitəsilə Cavabdeh göndərilmiş məktub Cəngən poçt şöbəsinin müdiri Alşir Yunusovun verdiyi məlumata əsasən cavabdeh ünvanda yaşamadığı üçün yaratdığı telefon əlaqəsindən sonra onun razılığı ilə məktub (qətnamə) xx.xx.2024-cü il tarixdə əmisi X11 təqdim olunmuşdur. 05 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh tərəfindən imzalanmış ərizənin məzmununda qeyd edilir ki, o, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru Mübariz İbrahimbəylidən aldığı şifahi məlumata görə, onun iştirakı və məlumatı olmadan Neftçala Rayon Məhkəməsində 2(053)-94/2024 saylı iş üzrə 10 may 2024-cü il tarixli qiyabi qətnamə qəbul edilməklə 13.000 manat məbləğində pulun ondan tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bu səbədən həmin qətnaməni alıb tanış olmaq və pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə tədbirlər görmək istəyir. 05 iyul 2024-cü ildə Neftçala rayon, Qaraqaşlı kənd sakini X14 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, həmin şəxs 2(053)-94/2024 nömrəli iş üzrə ona poçt tərəfindən qətnamə təqdim olunmadığını, Neftçala rayon Poçt şöbəsindən qeyd edilən işlə bağlı ona heç bir məktub təqdim edilmədiyini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qəbzindən görünür ki, Cavabdeh 05 mart 2024-cü il tarixli qiyabi qətnaməni 05 iyul 2024-cü il tarixdə qəbz imza etməklə şəxsən təhvil almışdır. Cavabdeh 08 iyul 2024-cü il tarixdə məhkəməyə Neftçala Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi haqqında ərizə təqdim etmişdir. Ərizəyə baxılması 16 iyul 2024-cü il tarixə təyin edilmişdir. 16 iyul 2024-cü il tarixdə Cavabdeh 2(053)-94/2024 saylı mülki işə baxan hakim Samir Quliyevin sədrliyi ilə işə baxılmasına etiraz ərizəsi təqdim edərək, bu işin məhkəmənin digər hakiminə həvalə edilməsini xahiş etsə də eyni tarixli ərizə ilə etiraz ərizəsindən imtina etmiş və ərizəsini geri götürmüşdür. Neftçala Rayon Məhkəməsinin 2(053)-94/2024 nömrəli iş üzrə 16 iyul 2024-cü il tarixli qərardadı ilə Cavabdeh Məhkəmənin 05 mart 2024-cü il tarixli qiyabi qətnaməsinin ləğvinə dair ərizəsi təmin edilmiş və işin mahiyyəti üzrə baxılması təzələnmişdir. Cavabdeh 08 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək 09 avqust 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında xidməti işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, Qusar rayonuna ezam olunduğunu bildirərək məhkəmə iclasının başqa vaxta təyin olunmasını xahiş etmişdir. İşin 02 sentyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclası zamanı Cavabdeh nümayəndəsi, Vəkil məhkəməyə cavabdehin vəsatətini təqdim edərək, iddia tələbini qəbul etmədiyini, bu tələbin cavabdehin əmlakının ələ keçirilməsi üçün nəzərdə tutulduğunu qeyd edərək, iddia tələbinin rədd olunması haqqında yekun məhkəmə qərarının çıxarılmasını xahiş etdi. İşin məhkəmə baxışı iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını, cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş vəsatətdə qeyd olunanların tamamilə yalan olduğunu qeyd edərək, vəsatətin rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan mobil notariat proqramı vasitəsilə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X12 olmaqla həmin etibarnamə ilə Cavabdeh istifadəsində olan **-EL-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı minik avtomobilini İddiaçı 1 il müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi etibar etmişdir. Etibarnamədə qeyd edilən səlahiyyətlər: Sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-219/2024 nömrəli iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməklə İddiaçı 12.750 manat məbləğində pul vəsaiti və 130 manat məbləğində dövlət rüsumunun alınaraq X4 ödənilməsi qət edilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəmənin 02 fevral 2024-cü il tarixli sorğusuna cavab məktubundan görünür ki, X3 DİN-in BMCMİ-nə daxil olmuş müraciətində göstərilən xüsusatların mülki xarakterli olmaqla, araşdırılmasının polisin səlahiyyətlərinə aid olmamasını nəzərə alıb müraciət müəllifinə mülki qaydada müvafiq məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, «Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 441.1, 441.2 və 441.3-cü maddələrinə əsasən, “Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır”, “Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər”, “Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh tərəfindən İddiaçı 7E-16806 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə etibarnamə verilmişdir. Həmin etibarnamə ilə Cavabdeh istifadəsində olan **-EL-*** qeydiyyat nişanlı, “Toyota Prius” markalı minik avtomobilini özü etiraf etməsə də 9.800 manata satmış, tərəflərin arasında bununla bağlı razılaşma olmuşdur. İddiaçı avtomobili təmir edərək 3.370 manat xərc qoyaraq X1. Lakin, etibarnamə mülkiyyətçi tərəfindən ləğv edilmiş, X2 Ağa Fərhad oğluna qarşı pul tələbinə dair iddia qaldırmış və müvafiq məhkəmə qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh pulu qaytarmamış və aldığı pulu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 13.170 manat məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 130 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13.170 (on üç min yüz yetmiş) manat məbləğində pul vəsaiti, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 130 (yüz otuz) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar