Məhkəmə qərarları › İş №2(053)-940/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-940/2023

28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-940/2023 28.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 857 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, MAS-4717 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən 20 dekabr 2021-ci il tarixli, MAS-4717 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri üzərinə götürmüş və Cavabdeh müvəqqəti istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(053)-204/2023 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilərək, cavabdehdən ümumilikdə 882,19 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan "Khazar SD" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən inzibati xəta ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Yol Polisi tərəfindən inzibati qaydada cərimə olunmuşdur. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarışları da təsdiq edir. Həmin protokollar aşağıdakılardan ibarətdir: 1. EQ seriyalı 12639814 nömrəli protokola görə 16 manat; 2. EQ seriyalı 12639816 nömrəli protokola görə 16 manat; 3. EQ seriyalı 12639817 nömrəli protokola görə 16 manat; 4. EQ seriyalı 12639818 nömrəli protokola görə 16 manat; 5. EQ seriyalı 12639819 nömrəli protokola görə 16 manat; 6. EQ seriyalı 12639820 nömrəli protokola görə 9 manat; 7. EQ seriyalı 12639821 nömrəli protokola görə 16 manat; 8. EQ seriyalı 12639822 nömrəli protokola görə 32 manat; 9. EQ seriyalı 12639823 nömrəli protokola görə 16 manat; 10. EQ seriyalı 12639824 nömrəli protokola görə 16 manat; 11. EQ seriyalı 12639825 nömrəli protokola görə 16 manat; 12. EQ seriyalı 12639826 nömrəli protokola görə 16 manat; 13. EQ seriyalı 12639827 nömrəli protokola görə 16 manat; 14. EQ seriyalı 12639828 nömrəli protokola görə 16 manat; 15. EQ seriyalı 12639829 nömrəli protokola görə 16 manat; 16. EQ seriyalı 12639830 nömrəli protokola görə 16 manat; 17. EQ seriyalı 12639831 nömrəli protokola görə 16 manat; 18. EQ seriyalı 12639832 nömrəli protokola görə 16 manat; 19. EQ seriyalı 12639833 nömrəli protokola görə 16 manat; 20. EQ seriyalı 12639834 nömrəli protokola görə 16 manat; 21. EQ seriyalı 12639835 nömrəli protokola görə 16 manat; 22. EQ seriyalı 12639836 nömrəli protokola görə 16 manat; 23. EQ seriyalı 12639837 nömrəli protokola görə 16 manat; 24. EQ seriyalı 12639838 nömrəli protokola görə 16 manat; 25. EQ seriyalı 12912612 nömrəli protokola görə 32 manat; 26. EQ seriyalı 12912613 nömrəli protokola görə 16 manat; 27. EQ seriyalı 12912615 nömrəli protokola görə 32 manat; 28. EQ seriyalı 12912616 nömrəli protokola görə 16 manat; 29. EQ seriyalı 12912617 nömrəli protokola görə 16 manat; 30. EQ seriyalı 11400178 nömrəli protokola görə 16 manat; 31. EQ seriyalı 11383674 nömrəli protokola görə 16 manat; 32. EQ seriyalı 11018890 nömrəli protokola görə 80 manat; 33. EQ seriyalı 10602476 nömrəli protokola görə 16 manat; 34. EQ seriyalı 10602478 nömrəli protokola görə 16 manat; 35. EQ seriyalı 10602479 nömrəli protokola görə 16 manat; 36. EQ seriyalı 10602481 nömrəli protokola görə 64 manat; 37. EQ seriyalı 10602485 nömrəli protokola görə 64 manat; 38. EQ seriyalı 10602487 nömrəli protokola görə 64 manat. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 857 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsinin faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin İddiaçı MMCnin direktoru X1 məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxıb, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini üzrsüz saymış və bunu nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia təmin edilməlidir. İddiaçı MMC ilə X3 arasında bağlanmış 20 dekabr 2021-ci il tarixli MAS-4717 nömrəli «Daxili lizinq» müqaviləsindən görünür ki, İsmayıl Həsənovun sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAB1HHFME324271 ban nömrəli, boz rəngli avtomobil 17.000 manata İddiaçı MMC-nin mülkiyyətinə alınmış və müqavilənin ayrılmaz tərkib hissəsi olan 3 nömrəli Əlavəyə əsasən illik 17,5 % hesabı ilə 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,96 manat ödənilməsi şərtilə sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 22 iyun 2022-ci il tarixli müqavilədən görünür ki, X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-4717 nömrəli «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 20 dekabr 2021-ci il tarixli MAS-4717 nömrəli «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. 22 fevral 2021-ci il tarixli MAS-3325 saylı «Daxili lizinq» müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, həmin müqavilə üzrə lizinq obyektinin qiyməti 17.000 manat olan bir ədəd 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, NVAB1HHFME324271 ban nömrəli, boz rəngli avtomobil təşkil edir. Neftçala Rayon Məhkəməsinin 2(053)-204/2023 nömrəli iş üzrə 11 may 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh 20 dekabr 2021-ci il tarixli MAS-4717 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 oktyabr 2022-ci il tarixə 497 (dörd yüz doxsan yeddi) manat 51 (əlli bir) qəpik gecikdirilmiş əsas borc, 354 (üç yüz əlli dörd) manat 68 (altmış səkkiz) qəpik gecikdirilmiş mükafat borcu, 20 (iyirmi) manat dəbbə pulu borcu, ümumilikdə 882 (səkkiz yüz səksən iki) manat 19 (on doqquz) qəpik borc və ödənilmiş 31 (otuz bir) manat 82 (səksən iki) qəpik dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. 19 iyun 2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, DİN BDYPİ-nin hesabına ümumilikdə 857 manat (cərimə) ödənilmişdir. Bank çıxarışından görünür ki, 20 iyun 2023-cü il tarixdə «Paşa Bank» vasitəsilə 857 manat məbləğində ödəniş İddiaçı MMC tərəfindən həyata keçirilmişdir. İddiaçı MMC-nin xəbərdarlıq məktubunun (pretenziyanın) məzmunundan görünür ki, İddiaçı Cavabdeh 857 məbləğində dəymiş ziyanın, yəni cərimə məbləğlərinin 7 gün ərzində ödənilməsi üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MM-nin 747.1, 747-1.1 və 747-2-ci maddələrinə əsasən «Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur», «Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir)», «Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». «X6» Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə görə «yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən «zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın». Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən «zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». İşin faktik hallarından görünür ki, Cavabdeh lizinq obyekti olan avtomobil onun sahibliyi dövründə olduğu müddətdə dəfələrlə inzibati xəta törətmiş, bununla əlaqədar olaraq Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri ilə cərimə növündə inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunmalıdır həmin cərimə məbləğlərinin müvafiq məhkəmə qətnaməsindən sonra da avtomobilə münasibətdə mövcud olması onun mülkiyyətçisinin və yeni sahibinin qanuni maraqlarının pozulması ilə nəticələnmiş, həmin nəticənin aradan qaldırılması məqsədilə iddiaçı faktik olaraq cavabdehə aid və cavabdehin təqsiri üzündən yaranmış cərimə məbləğlərini ödəmək məcburiyyəti qarşısında qalmışdır. Cərimələrin cavabdehin Azərbaycan Respublikası İXM-nin aidiyyəti maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsində yazıldığını, göstərilən cərimə məbləğlərinin cavabdehin əvəzindən iddiaçı tərəfindən ödənildiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçı inzibati cərimələrlə bağlı ödədiyi pul vəsaitini cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 857 (səkkiz əlli yeddi) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik tutularaq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar