Məhkəmə qərarları › İş №2(053)-967/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-967/2024

09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-967/2024 09.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə etməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, övladları - 28 noyabr 2014-cü il təvəllüdlü X5 və 15 iyul 2016-cı il təvəllüdlü X1 üçün Neftçala Rayon Məhkəməsinin 2(053)-659/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin sabit məbləğə münasibətdə artırılaraq 150 (yüz əlli) manat həcmində müəyyən olunaraq Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 659/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından doğulan övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehin qazancının və digər gəlirlərinin 1/3 hissəsinin, həm də 60 (altmış) manat sabit pul məbləğində alimentin tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehlǝ xx.xx.2013-cü il tarixli nikahları Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(053)-31/2024 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulan iki övladlarının yetkinlik yaşlarına çatana kimi yayayış yerləri onun yaşayış yeri üzrə müəyyən edilmişdir. Hesab edir ki, övladlarının saxlanması üçün təyin olunmuş alimentin məbləği “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həcmindda artırılmalıdır. Həmçinin cavabdehdən aliment alınmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsindən bəri təxminən 5 (beş) ilə yaxın bir müddət keçmiş, həmin müddətdə pandemiya, inflyasiya və digər səbəblərdən ərzaq, enerji və digər istehlak sahələrində bazar qiymətləri kəskin artmış, övladlarının sosial və artan təhsil xərcləri onların saxlanmasında ehtiyac duyulan maddi tələbatları artmış və Cavabdeh sözügedən xərclərdə sadəcə hazırkı aliment məbləği ilə çıxış etməsi artıq yetərsiz qalmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh boşanmadan sonra övladlarının istər tərbiyə olunmasına, istərsə də maddi ehtiyaclarının ödənilməsinə bir valideyn olaraq olduqca qeydsiz yanaşmış, məhkəmə tərəfindən üzərinə qoyulan aliment öhdəliyini lazımınca icra etməmişdir. Beləcə, “Uşaq hüquqları haqqında” Konvensiya ilə müəyyən edilmiş “uşaqların tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması” prinsipinin pozulmasına, eləcə də hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olmuşdur. Hazırkı mübahisənin məhkəməyəqədər həlli üçün zəruri olan mediasiya prosesində ilkin sessiya zamanı cavabdeh sessiyada iştirak etməmiş və bu barədə arayış tərəfindən alınaraq məhkəməyə təqdim edilir. İddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsində dəqiqləşmə aparılması haqqında ərizə təqdim edərək cavabdehin maddi vəziyyətini nəzərə alıb, Cavabdeh iki uşağın saxlanması üçün Neftçala Rayon Məhkəməsinin 2(053)-659/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin sabit məbləğə münasibətdə 150 manat həcmində deyil, 100 manat həcmində tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, növbəti məhkəmə iclaslarında iştirak etmədiyi təqdirdə işə iştirakı olmadan baxılsın. Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək iddianı təqdim edilmiş dəqiqləşdirmə ərizəsinə uyğun olaraq qəbul etdiyini, hazırda iddiaçı ilə aralarında Neftçala Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin sabit hissədə 150 manat deyil 100 manat olmaqla artırılması ilə bağlı razılığa gəldiklərini qeyd edərək bunun nəzərə alınmasını və növbəti məhkəmə iclaslarında iştirak etmədiyi təqdirdə işə iştirakı olmadan baxlmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi təmin edilməlidir. “Məlumatların elektron sorğulanması” haqqında çıxarışdan görünür ki, X5 isə 28 noyabr 2014-cü il tarixdə, X6 15 iyul 2016-cı il tarixdə anadan olmuşlar. Neftçala Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(053)-659/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair ərizəsi qismən təmin edilərək, azyaşlılar - 28 noyabr 2014-cü il tarixdə doğulmuş X3 və 15 iyul 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çalana kimi saxlanmalarından ötrü hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında, həm də 60 (altmış) manat sabit pul məbləğində aliment cavabden Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdır. Neftçala Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(053)-31/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “Nikahın pozulması” tələbinə dair iddiası təmin olunmuş, iddiaçı Cavabdeh ilə cavabdeh Əsədova (nikahdan əvvəl – Xanməmmədova) Leyla Bəhrəm qızı arasında 23 oktyabr 2013-cü il tarixdə bağlanmış və həmin tarixdə Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 388 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin ümumi nikahından anadan olmuş 28 noyabr 2014-cü il təvəllüdlü X3 və 15 iyul 2016-cı il təvəllüdlü X2 boşanmadan sonra cavabdeh İddiaçı yanında qalması müəyyən edilmişdir. “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan 23 oktyabr 2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 28 noyabr 2014-cü il təvəllüdlü X3 və 15 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında, həm də 60 manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşaqlarını saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 2(053)-659/2019 nömrəli iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin sabit məbləği dəyişdirilərək 28 noyabr 2014-cü il təvəllüdlü X4 və 15 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin artırlmış miqdarı 480 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh qarşı sabit pul məbləində aliment tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(053)-659/2019 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş sabit miqdarı artırılsın. 28 noyabr 2014-cü il təvəllüdlü X3 və 15 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmalarından ötrü hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmaqla, sabit pul məbləğində tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay 100 (yüz) manat məbləğində müəyyən edilsin. Alimentin yeni qaydalarla tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar