Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-128/2025 28.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X2 iddiaçı tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(054)-128/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və 2(054)-128/2025 nömrəli mülki işlə birlikdə baxılması qərara alınmışdır. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə baxış iclasına çağırılmışlar, lakin onlar məhkəmə baxış iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. İşdən görünür ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şəxsən təqdim edilmiş, həmin məhkəmə iclasında iştirak etməyən şəxslərin isə qeydiyyatda olduqları ünvanlara poçt vasitəsilə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göründüyü kimi, tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə baxış iclasına çağırılmışlar, lakin onlar məhkəmə baxış iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi X1 ********** saylı mədaxil qəbzi görünür ki, Oğuz Rayon Məhkəməsinə müraciət edilməsi üçün ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən 47,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi X1 ********** saylı mədaxil qəbzi görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 43,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1-ci və 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından Oğuz Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 47,60 manat məbləğində pul tam şəkildə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 43,00 manat məbləğində pul isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia ərizəsi geri qaytarıldığından iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələdə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda məhkəmə işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəməəmtəəşünaslıq ekspertizası üzrə aparılan tədqiqatın dəyəri 300,0 manat təşkil edir. İş üzrə İlk iddia tələbi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə müraciət etdiyindən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ekspertiza keçirilməsini xahiş etdiyindən məhkəmə hesab edir ki, 300,0 manat ekspertiza xərci İddiaçı və Cavabdeh müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X2 iddiaçı tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddia ərizəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Azərbaycan Respublikası Mərkəzi X1 ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 47,60 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Azərbaycan Respublikası Mərkəzi X1 ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 43,00 manat dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ekspert rəyi verilməsi ilə bağlı ödənilməli olan 300 (üç yüz) manat xərc İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-128/2025
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-128/2025
28.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver