Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-139/2024 25.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 236040 manat pulun, “Ford” avtomobilinin dəyəri olan 16000 manat pulun və 2 ədəd fındıq təmizləyən aqreqatın (kombayn) və ya onların dəyəri olan 20000 manat pulun, 564 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən 236040 manat pulun, “Ford” avtomobilinin dəyəri olan 16000 manat pulun və 2 ədəd fındıq təmizləyən aqreqatın (kombayn) və ya onların dəyəri olan 20000 manat pulun, 564 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinə baxılmadan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özünə qaytarılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini nəzərdən keçirməklə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı cavabdehdən 236040 manat pulun, “Ford” avtomobilinin dəyəri olan 16000 manat pulun və 2 ədəd fındıq təmizləyən aqreqatın (kombayn) və ya onların dəyəri olan 20000 manat pulun, 564 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən Azərpoçt MMC-yə ödənilmiş 564 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-139/2024
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-139/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver