Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-140/2023 27.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-27 avqust 2005-ci il tarixdə anadan olmuş X1, 13 oktyabr 2008-ci il tarixdə anadan olmuş X2 və 11 iyun 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər uşaq üçün 130 manat, üç uşaq üçün cəmi 390 manat alimentin məbləğinin artırılaraq hər uşaq üçün 220 manat, cəmi 660 manat müəyyən edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak etmiş, cavabdehə göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, onun qeydiyyat ünvanı üzrə ünvan 1ab olaraq nümayəndəlik xx.xx.2023-cüil tarixli, 5-68/12/2-17/2023 saylı məktubla Cavabdeh nümayəndəlikdə daimi qeydiyyatda olmaqla Rusiya Federasiyasında yaşadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh faktiki nikahla ailə qurmuş, nikahlarını 23 aprel 2005-ci ildə Əli Bayramlı şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan onların 27 avqust 2005-ci il tarixdə Zərnigar, 13 oktyabr 2008-ci il tarixdə Vüsalə və 11 iyun 2016-cı il tarixdə İbrahim adlı 3 övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(054)-26/2016 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, 2005-ci il təvəllüdlü Zərnigar və 2008-ci il təvəllüdlü Vüsalənin saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay 100 manat, cəmi 200 manat alimentin tutulması qərara alınmışdır. İddiaçının 2020-ci ildə məhkəməyə müraciətinə uyğun olaraq Oğuz Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 2(054)-285/2020 saylı qətnaməsi ilə alimentin məbləği artırılmış, 2005-ci il təvəllüdlü Zərnigarın, 2008-ci il təvəllüdlü Vüsalənin və 2016cı il təvəllüdlü İbrahimin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 130 manat, cəmi 390 manat alimentin Cavabdeh tutulması qət edilmişdir. Həmin vaxtdan iki ildən çox müddət keçib. Artıq uşaqlar böyüyüblər, onların maddi tələbatları artıb. İddiaçı xəstədir, təkbaşına uşaqların tələbatını ödəyə bilmir. Cavabdeh isə Rusiya Federasiyasında yaşayır, keçən ilin avqust ayına kimi alimenti ödəsə də, ondan sonra 250 manat ödəyib, keçən ilin sonundan cavabdehin ödənilməmiş aliment borcu vardır, halbuki qazancı yaxşıdır. Uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu da artırılaraq 220 manat müəyyən edilmişdir. İddianın təmin edilməsi, cavabdehdən 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləğini artıraraq hər ay hər uşağa 220 manat, cəmi 660 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-T 093145 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2005-ci ildə Şirvan şəhərində anadan olmuş, bu barədə Şirvan şəhər Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 1070 nömrə iə qeyd edilmş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-T 084984 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci ildə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 90 nömrə iə qeyd edilmş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 964309 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə Oğuz rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 51 nömrə iə qeyd edilmş, atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-26/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-cu il tarixli nikah pozulmuş, Cavabdeh qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat alimentin tutularaq, 27 avqust 2005-ci il tarixdə anadan olmuş X1, və 13 oktyabr 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-285/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş, Cavabdeh 27 avqust 2005-ci il tarixdə anadan olmuş X1, 13 oktyabr 2008-ci il tarixdə anadan olmuş X2 və 11 iyun 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla cəmi 390 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə evliliyindən 2005, 2008 və 2016-cıil təvəllüdlü üç övladı vardır. 2020-ci ildə məhkəmə qaydasında hər uşağa 130 manat olmaqla, cəmi 390 manat alimentin iddiaçının xeyrinə tutulması qərara alınmışdır. İddiaçı hazırda alimentin artırılaraq hər uşaq üçün yaşayış minimumu həddində, yəni 220 manat olmaqla, cəmi 660 manat məbləğində müəyyən edilməsini xahiş edir. İddiaçı cavabdehin qazancına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh Rusiya Federasiyasında yaşamaqla son bir neçə ay ərzində ümumiyyətlə aliment ödəməmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan 2005, 2008 və 2016-cıil təvəllüdlü 3 uşağın minimal maddi ehtiyacları, 2023-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, uşaqlar üçün tutulan alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hər uşağa 200 manat həddində, cəmi 600 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq, 27 avqust 2005-ci il tarixdə anadan olmuş X1, 13 oktyabr 2008-ci il tarixdə anadan olmuş X2 və 11 iyun 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-140/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-140/2023
27.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver