Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-152/2024 02.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 310 manat əsas borc, 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 100 manat pulun alınıb verilməsi tələbinə dair mülki işə 02 aprel 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 310 manat əsas borc, 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 100 manat pulun alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh uzaq qohumudur. 2018-ci ilin oktyabr ayında cavabdeh onun evinə gələrək 900 manat borc pul istəmiş, qohumluq münasibətinə görə həmin pulu ona borc olaraq vermişdir. Cavabdeh aldığı puldan hissələrlə olmaqla 590 manatını qaytarmış, 310 manat borcu qalmışdır. Dəfələrlə ondan borcunu qaytarmağı xahiş etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınır. Məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu, vəkilə hüquqi yardıma görə 100 manat ödəmişdir. Ona 440 manat ziyan dəymişdir. Cavabdehin bacısı Nigar ona poçt vasitəsilə bir dəfə 30 manat pul göndərib, onu məhkəməyə təqdim etmişdir. Bildiyinə görə cavabdeh tərəfindən ona başqa məbləğ ödənilməyib. Cavabdehin təqdim etdiyi, bacısı Nigarın poçt vasitəsilə göndərdiyi iki ədəd 30 manatlıq qəbzləri də qəbul edir. Beləliklə cavabdehdən ona yaranmış 250 manat borcu tələb edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, həqiqətən iddiaçıdan 900 manat pul borc almışdır.Borcundan hissələrlə qaytardıqdan sonra hesablamasına görə onun iddiaçıya cəmi 150 manat borcu qalmışdır. Belə ki, özü iddiaçıya əlbəəl pul vermiş, bundan başqa bacısı Nigar dəfələrlə iddiaçıya pul göndərmişdir. Gülşən xanım əlyazma təqdim etmişdir.Həmin əlyazma notarial qaydada təsdiq olunmayıb, ona görə sübut hesab olunmur. Bacısı 30 manatlıq cəmi iki qəbz göndərib. Amma başqa ödənişlər də olub. İddianın qismən-150 manat hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikası Vartaşen rayonu, Vardanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş əlyazmasından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2018, 2019, 2020-ci illərdə cəmi 560 manat, xx.xx.2022-ci il tarixdə 30 manat olmaqla cəmi 590 manat ödəniş edilmişdir.30 manat məbləğ X2 tərəfindən poçt vasitəsilə İddiaçı göndərilmişdir. Qəbzin surəti işə əlavə edilmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli çeklərin surətindən görünür ki, X2 tərəfindən poçt vasitəsilə İddiaçı hər dəfə 30 manat olmaqla cəmi 60 manat nağd pul göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (739-740-cı maddələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Məhkəmə iclasında müəyyən edildi ki, 2018-ci ildə iddiaçı tərəfindən cavabdehə 900 manat borc pul verilmiş, iddiaçının hesablamasına görə həmin puldan 560 manat 2018-2020-ci illərdə hissələrlə, 30 manat pul xx.xx.2022-ci il tarixdə cavabdehin bacısı tərəfindən poçt vasitəsilə iddiaçıya göndərilmişdir. Cavabdeh hesablamasına görə iddiaçıya cəmi 150 manat borcunun qaldığını bildirmiş, məhkəmə iclasında bacısı Nigar tərəfindən xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə hər dəfə 30 manat olmaqla iddiaçıya göndərdiyi pula dair çeklərin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə gedişində iddiaçı həmin məbləğin ona göndərildiyini qəbul etsə də, iddia həcminin azaldılmasına dair ərizə verməmiş, cavabdeh isə borcunun 150 manat təşkil etməsinə dair sübutları təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin təqdim etdiyi çeklər nəzərə alınaraq 310 manat iddia məbləğindən çıxılmalı, cavabdehdən 250 manat borc pul alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 100 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 54913 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X1 ******************** saylı hesabına 100 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş ağlabatan məbləğ 50 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 250 (iki yüz əlli) manat pul, 50(əlli) manat vəkil xidmət haqqı və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-152/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-152/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver