Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-174/2022 19.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Оğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli 00-xx-xx- 108840 nömrəli kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə, həmin kredit müqaviləsi üzrə 2764,20 manat əsas borc, 41,93 manat faiz borcu - cəmi 2806,13 manat borc və 48,06 manat dövlət rüsumu məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə qaytarmaq şərti ilə 2819 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Həmin Fərman əsasında kredit müqaviləsi üzrə yaranmış qalıq borc restrukturizasiya edilərək iddiaçı ilə cavabdeh arasında 2764,20 manat həcmində, illik 1 % dərəcəsi ilə 60 ay müddətinə (12 ay güzəşt müddəti olmaqla) xx.xx.2019-cu il tarixli 00-xx-xx-108840 nömrəli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 2848,61 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli 00-xx-xx-108840 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin ödənişi qaydalarına riayət etməmişdir. Hazırda cavabdehin iddiaçıya 2764,20 manat əsas borc, 41,93 manat faiz borcu - cəmi 2806,13 manat borcu vardır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00-xx-xx-108840 nömrəli kredit müqaviləsinin şərtinə əsasən həmin müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə, borcverən müqavilə üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 48,06 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli 00-xx-xx-108840 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 2764,20 manat əsas borc, 41,93 manat faiz borcu - cəmi 2806,13 manat borc və 48,06 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbinə etiraz bildirməmiş və iş üzrə qanuni qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş, cavabdehin xx.xx.2019-cu il tarixli ərizələri, xx.xx.2019-cu il tarixli 00-xx-xx-108840 nömrəli kredit müqaviləsi, kredit müqaviləsinə əlavə edilmiş həmin tarixli ödəniş cədvəli, xx.xx.2021-ci il tarixli bildiriş, həmin bildirişə aid xəbərnamə və akt, xx.xx.2021-ci il tarixli hesabdan çıxarış və həmin tarixli maliyyə arayışı, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi, problemli kreditlərin kompensasiyasına dair məlumat əsasında işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə qaytarmaq şərti ilə 2819 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Həmin Fərman əsasında cavabdehin yazılı razılıq ərizəsinə əsasən kredit müqaviləsi üzrə yaranmış qalıq borc restrukturizasiya edilərək tərəflər arasında 2764,20 manat həcmində, illik 1 % dərəcəsi ilə 60 ay müddətinə (12 ay güzəşt müddəti olmaqla) xx.xx.2019-cu il tarixli 00-xx-xx-108840 nömrəli kredit müqaviləsi bağlanmışdır. Cavabdehə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 2848,61 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00-xx-xx-108840 nömrəli kredit kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə ona xəbərdarlıq edilmiş, əks halda, kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh müqavilə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 48,06 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli 00-xx-xx-108840 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 2764,20 manat əsas borc, 41,93 manat faiz borcu - cəmi 2806,13 manat borc və 48,06 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsinin şərtlərinə və həmin müqaviləyə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdeh iddia tələbinə hər hansı etiraz bildirməmiş və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması qaydalarını tənzimləyən 742-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya bu müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2019-cu il tarixli 00-xx-xx-108840 nömrəli kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğuna görə iddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00-xx-xx-108840 nömrəli kredit müqaviləsinin ləğv edilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc (kredit) müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2019-cu il tarixli 00-xxxx-108840 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 2764,20 manat əsas borc və 41,93 manat faiz borcu tutulmasına dair hissələri də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 48,06 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00-xxxx-108840 nömrəli kredit müqaviləsi ləğv edilsin. xx.xx.2019-cu il tarixli 00-xx-xx-108840 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 2764,20 manat əsas borc, 41,93 manat faiz borcu və 48,06 manat dövlət rüsumu - cəmi 2854 (iki min səkkiz yüz əlli dörd) manat 19 (on doqquz) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-174/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-174/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver