Məhkəmə qərarları › İş №2(054)-182/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-182/2024

29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-182/2024 29.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X10 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı cavabdeh X3 qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 29 mart 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) cavabdeh X3 (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-22 fevral 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 80 manat alimentin məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı iddia ərizəsi və xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş ərizəsi ilə işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin rəsmi qeydiyyata alındığı ünvana göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, ünvana uyğun olaraq ünvan 1dirişinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-07/2024 saylı məktubla cavabdehin qeydiyyatda olmasına baxmayaraq nümayəndəlik ərazisində yaşamadığını, dəqiq ünvanının məlum olmadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini əsaslandırararq bildirmişdir ki, cavabdehlə 2014-cü il tarixdə qeyd olunmuş rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2015-ci il tarixdə Tomris adlı övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(054)-13/2018 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 50 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-294/2019 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 80 manat müəyyən olunmuşdur. Cavabdeh həmin məbləği də gecikmələrlə ödəyir, uşağı ilə maraqlanmır, onunla görüşmür, ad günləri və bayram günlərində yad eləmir. 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Qızı böyüyür, onun xərcləri artıb, onun aylıq xərclərini ödəmək iqtidarında deyil. Buna görə də İddia tələbinin təmin edilməsi, alimentin məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş my.gov.az.saytından xx.xx.2024-cü iltarixli çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Şəki rayonu Bolludərə kəndində anadan olmuşdur, subaydır, qeydiyyat ünvanı Oğuz rayonu Sincan kəndidir. Ailə tərkibi xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X5r. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X6 xx.xx.1989-cu ildə Oğuz rayon Sincan kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Sincan kəndidir. Oğuz rayon İcra və Probasiya şöbəsinin işə əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-13/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iddiaçı X1 hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdeh X7 xeyrinə tutulması qət edilmişdir. Oğuz rayon İcra və Probasiya şöbəsinin işə əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-294/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh X1 hər ay tutulan 50 manat sabit pul məbləğində alimentin miqdarı artırılmış, hər ay iddiaçı X7 xeyrinə 80 manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdehin rəsmi nikahından xx.xx.2015-ci il təvəllüdlü Tomris adlı qızı vardır. Tərəflərin nikahı 2018-ci ildə məhkəmə qaydasında pozulmuş, həmin qətnamə ilə uşağın saxlanması üçün 50 manat alimentin iddiaçı X1 tutulması qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin 2(054)-294/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği artırılmış, hər ay 80 manat sabit pul məbləğində alimentin cavabdeh X1 tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Keçən illər ərzində yaşayış minimumunun məbləği gözəçarpacaq dərəcədə artsa da iddiaçı alimentin artırılması barədə tələblə məhkəməyə müraciət etməmişdir. İddiaçı hazırda alimentin artırılaraq 235 manat məbləğində müəyyən edilməsini xahiş edir. İddiaçı cavabdehin aylıq gəlirləri ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə bildirir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan valideynin işləyib-işləməməsi, onun qazancının məbləği uşağın yaşayış minimumundan aşağı təminatı üçün əsas hesab edilə bilməz.Bundan əlavə sonuncu alimentin təyin olunduğu vaxtdan 5 ilədək müddətin keçdiyi, keçən müddətdə yaşayış minimumunun həddində ciddi artımların olduğu nəzərə alınmalıdır. Buna baxmayaraq məhkəmə həmçinin hesab edir ki, alimentin məbləği təyin edilərkən ədalətlilik prinsipi nəzərdən qaçırılmamalıdır. Beləliklə məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın yaşı və minimal maddi ehtiyacları, uşağa sonuncu alimentin təyin edilməsindən sonrakı müddət, qüvvədə olan yaşayış minimumunun məbləği nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü Tomrisin yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 160 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə cavabdeh X1 dövlət rüsumu hesabına 39,20 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X2 qazancından və başqa gəlirlərindən hər ay 160 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 22 fevral 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. X1 39,20 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar