Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-185/2024 21.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh3 Nimət oğlunun nümayəndəsi Məhərrəmov Nimət Nurqələm oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nimət oğluna qarşı cavabdehlərdən borc pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə 21 iyun 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nimət oğluna (cavabdehlər) qarşı Cavabdeh1 28780 manat pul və 177 manat dövlət rüsumu, Cavabdeh2 12000 manat pul və 126 manat dövlət rüsumu və Cavabdeh3 Nimət oğlundan 3000 manat pul və 50 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Cavabdeh3 Nimət oğlu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Cavabdeh1 göndərilmiş məhkəmə bildirişləri zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafaları işarələnməklə məhkəməyə geri qaytarıldığından onun iddia ərizəsində göstərilmiş ünvanına əsasən ünvan 1şlərinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-50/2024 saylı, xx.xx.2024-cü il tarixli, 5-68-12/2-97/2024 saylı, xx.xx.2024-cü il tarixli, 5-68-12/2-105/2024 saylı və xx.xx.2024-cü il tarixli, 5-68- 12/2-115/2024 saylı məktublarla Cavabdeh1 Oğuz rayon Xaçmaz kəndində qeydiyyatda olmasına baxmayaraq kənddə yaşamadığını, buna görə məhkəmə sənədinin çatdırılmadığını və nümayəndəlikdə saxlanıldığını, məhkəmə sənədinin çatdırılması mümkün olan kimi məhkəməyə məlumat veriləcəyini bildirmişdir. Bundan əlavə Cavabdeh1 istifadəsində olan mobil nömrələrə göndərilmiş mesaj mətnləri ona çatdırılmış, cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla xəstəsi olduğu üçün Bakı şəhərinə getdiyindən məhkəmə iclasında iştirak etməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Habelə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasları ilə bağlı bildirişlər xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Cavabdeh1 elektron kabinetinə göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər sakini olmaqla mülki iş üzrə cavabdehlərdən Cavabdeh2 2017-ci il tarixdən tanıyır. Onunla tanışlığı atasına məxsus olan, Mingəçevir şəhərində yerləşən mənzildə kirayədə qaldıği müddətdən başlamışdır. Cavabdeh2 kirayədə qaldığı müddət ərzində səyyar tikinti materiallarının satışı ilə məşğul olurdu. Xaləddini tanıdığı müddət ərzində Xaləddin ondan dəfələrlə borc pul götürmüş və pulu vaxtinda geri qaytarmışdır. (Hal-hazırda 29500 manat borcu var) Pul götürdüyü müddət ərzində həmin məbləğdən əldə olunan xeyirin bir hissəsini ona vermişdir. Daha sonra Xaləddinin xalası oğlu Cavabdeh1 tanımışdır. Xaləddin xalası oğlu Rəşidin tikinti materiallarının satışı ilə məşğul olduğunu və hərdən pul lazim olduğunu bildirərək ondan borc istəyəcəklərini bildirmişdir. Xaləddini tanıdığı üçün heç bir problem olmadığını bildirərək borc verə biləcəyini demişdir. Həmin günün axşamı Xaləddin mobil telefonuna zəng vuraraq xalasi oğlu Rəşidə 500 manat pul lazım olduğunu bildirmiş, o da onun dediyi hesaba Unibaka məxsus hesab nömrəsi 20351460 olan kart hesabina 500 manat. pulu milli-ön vasitəsi ilə göndərmişdir. Təxminən 1 həftəyə pul geri qaytarılmışdır. Qeyd etdiyi hərəkətlər bir-iki dəfə təkrarlanmışdır. Bundan sonra Xaləddin ona demişdir ki, sənin nömrəni Rəşidə verirəm, daha bundan sonra aranızda olan danışıqları özünüz həll edərsiniz, Rəşid etibarlı oğlandır, işləməyinə dəyər. Amma buna baxmayaraq hər dəfə Rəşid ondan pul istəyəndə o, Xaləddinlə əlaqə saxlamışdır. O da hər dəfə narahat olmamağını, Rəşidin etibarlı adam olduğunu, hər hansı bir problem olduğu təqdirdə özünün zamin durduğunu bildirirdi. Bir gün Rəşid ona zəng vuraraq topdan satış üçün mal götürəcəyini və təcili pul lazım olduğunu bildirmişdir. Xaləddinlə əlaqə saxladıqdan sonra ona hissə-hissə 3600 manat pul göndərmişdir. Rəşid pulu qaytarmağa söz verdiyi gün ona zəng vuraraq Mingəçevir şəhərinə gələrək onunla görüşəcəyini və yaxından tanış olacağını bildirmiş, pulu da görüşən zaman verəcəyinə söz vermişdir. Amma Mingəçevirə gələcəyi və onunla görüşəcəyi barədə Xaləddinin xəbəri olmamasını xahiş etmişdir. Mingəçevirdə görüşmüşlər. Görüş zamanı "İNCO" firması ilə müqavilə bağlayaraq onun dilerini açacağını və oradan müəyyən məbləğdə qazanc əldə edəcəyini bildirərək ona çoxlu pul lazım olduğunu bildirmişdir. Ona hələlik gözləməyini bildirərək Xaləddin ilə danışdıqdan sonra özünə xəbər edəcəyini demişdir. O, danışıqları tezləşdirməyini xahiş etdiyindən elə həmin gün axşam Rəşidlə birlikdə Xaləddinin yanına gəlmişlər. Söhbət zamanı Xaləddinə özü ilə şəxsi söhbəti olduğunu və kənara keçərək söhbət etməyi xahiş etmişdir. Xaləddinə Rəşidin iş qurmaq üçün ondan bir miqdar pul istədiyini bildirdikdə Xaləddin Rəşidin böyuk iş gurduğundan xəbəri olduğunu, imkan daxilində kömək göstərməyini və bir daha narahat olmamağını, Rəşidə özündən daha çox inandığını bildirmişdir. Rəşid əvvəl verilmiş 3600 manat pulu bir həftəyə kimi qaytaracağını bildirəndə ona etiraz etməmişdir. Ona hazırda pulunun olmadığını bildirərək, Rəşidin iş təklifini yaxşı fikirləşəçəyini söyləmişdir. 5 gün sonra Rəşid ona zəng etdikdə Unibankda olan kart hesabına 11600 manat pul qoymuşdur. Rəşidin ümumilikdə ona 15200 manat borcu yaranmışdır. Həmin məbləğdən başqa ona müxtəlif tarixlərdə hissələrlə 15000 manat pul göndərmişdir. Həmin məbləğdən cüzi bir hissəsini qaytardıqdan sonra xx.xx.2021-ci il tarixdə Rəşid yenidən zəng vuraraq 3000 manat pula ehtiyacı olduğunu bildirmişdir. xx.xx.2021- ci il tarixdə Mingəçevirdə görüşərək Rəşidin özunə 3000 manatı vermişdir. Bundan sonra Rəşidin ona cəmi 33000 manat borcu olmişdur. Həmin borcdan müəyyən məbləq qaytardıqdan sonra Rəşidin ona 28780 manat borcu qalmışdır. Həmin borc qalsa da Rəşid xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərinə gələrək ondan yenidən 20000 manata yaxın borc pul istədikdə bundan imtina etmişdir. Aradakı danışıqda onlarla birlikdə Cavabdeh3 Nimət oğlu da olmuşdur. Səhəri gün Xaləddin zəng vuraraq Rəşidlə söhbətdən məlumatı olduğunu, istədiyi məbləğdə pul verdiyi təqdirdə işə normal başlayacaqlarını bildirmişdir. Xaləddinə onu tanıdığını və pulu da özünə verəcəyini bildirərək 12000 manat pul vermişdir. 12000 manat pulu verdikdən bir-iki gün sonra Xəyal ona zəng vuraraq 3000 manat pul lazım olduğunu, 1-2 günə qaytaracağını bildirmişdir. Pulu qaytaracağı müddət çatan vaxt Rəşid yenidən zəng vuraraq 3000 manat lazım olduğunu, Xəyalın ona verəcəyi pulu Xəyaldan özü üçün götürməyini xahiş etmişdir. Ona etiraz etmişdir, daha sonra Xəyal ona zəng vuraraq təcili Rəşidə pul lazım olduğunu, özü 3000 manatı Rəşiddən alaraq ona qaytaracağına söz vermişdir. Daha sonra Rəşidlə əlaqə saxlasa da zənglərinə cavab verməmişdir. Həmin şəxslərin onu aldatdıqlarını dərk etdikdən sonra məcburən Mingəçevir şəhər Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində Rəşid onunla 28780 manata və xalası oğlu Xaləddinlə bilğə aldığı 12000 manat üçün borc müqaviləsi bağlamış, Xəyalın Rəşidin adıyla aldığı 3000 manatın ona verilmədiyini bildirmişdir. Şikayəti əsasında araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında 18 dekabr 2021-ci il və 16 aprel 2022-ci il tarixli qərarlar qəbul edilmişdir. Araşdırma zamanı Rəşid, Xaləddin və Xəyal ondan aldıqları pulun məbləğini etiraf etmişlər. Cavabdehlər Cavabdeh2 12000 manat, Cavabdeh3 Nimət oğlunun 3000 manat, Cavabdeh1 28780 manat borcu olmasının Mingəçevir şəhər Polis şöbəsində verilmiş izahatlarında təsdiq olunduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, övladı ağır xəstədir, onun müalicəsinə 400000 manat pul tələb olunur, ona görə cavabdehlərlə bu münasibətləri quraraq əlavə pul əldə etmək istəmişdir. Cavabdehlərin ona olan borcu polisdə aparılmış araşdırma materialları, etiraf izahatları, rədd qərarları, iddia ərizəsinə əlavə edilmiş borc müqaviləsi, habelə səs yazısı ilə təsdiq edilir. Borc müqaviləsini özü tərtib edib, Rəşid də onunla olub, məzmunu onun dediklərinə əsasən yazılıb. Müqavilə bağlananda Xaləddini tapa bilməyiblər, amma müqavilənin mətnində 12000 manatın Xaləddinə görə verildiyi qeyd edilib. Müqavilədən sonra Rəşidlə görüşməyib. Xəyalla telefon danışığında ondan 3000 manat pulu tələb etdiyi və onun etirafı öz əksini tapıb.Bu işlərlə bağlı Xaləddin və Xəyalın atası Nimətlə də danışıb. Rəşid ona deyib ki, 12000 manatı və 3000 manatı kimə vermisən, onlardan da tələb et. Heç kimə faizə pul verməyib. Xəyal ona deyib ki, Rəşid çətin vəziyyətdədir, onda olan 3000 manat pulu istəyir. Xəyala deyib ki, pulu qaytaracağına zamin durursansa ver. Xəyal bununla razılaşdığından pulu Rəşidə verməyə etiraz etməyib. Rəşid pulu Xəyala qaytarmayıb. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməmiş və izahat verərək bildirmişdir ki, iddiaçı ilə birlikdə iş görərkən onlara pulu faizlə vermişdir, belə ki, 1000 manat verəndə 1500 manat qaytarmışlar. Ondan 12000 manat pul almayıb, aldığını da faizi ilə birlikdə qaytarıb. Onun iddiaçıya heç bir borcu yoxdur. Borc müqaviləsindən də xəbəri olmayıb. Tələb edilən pullar Rəşidə verilib. Xəyal pul almayıb. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 Nimət oğlu iddia tələbini rədd edərək bildirmişdir ki, taksi fəaliyyətilə məşğul olur. Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsində ailəsi ilə birlikdə müvəqqəti yaşayır. Xaləddin qardaşı, Rəşid xalası oğludur. Hər ikisi lazımi yerlərə mal paylayırdılar. Onun adının bu işdə çəkilməyini qəbul etmir. Heç bir pul haqq-hesabında olmayıb. Heç kimə də borcu yoxdur. Bu işdə olan digər şəxslərə yalnız taksi sürücüsü kimi xidmət göstərib. Ona qarşı iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 Nimət oğlunun nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, Xəyal və Xaləddin oğlanları, Rəşid baldızı oğludur. Xəyal taksi sürücüsüdür, ailəsinin dolanacağını bu yolla təmin edir. İddiaçını tanıyır. Xaləddin 10 il onların evində kirayədə qalıb. İddiaçı Xaləddin və Rəşidə iş qurmaq üçün dəfələrlə faizə pul verib, ancaq sonra pullar faizlə birlikdə qaytarılıb. 3-4 il əvvəl iddiaçı Oğuza gəlib, ona zəng etdi ki, görüşək. Sincan kəndində görüşüblər. Eldənizin Xaləddin və Rəşidlə hansısa söhbəti ola bilər, lakin Xəyala aidiyyəti yoxdur. Eldənizin Rəşidə 12000 pul verməsi üçün Xəyal iki gün Mİngəçevirdə gözləyib. Rəşid pulu aldıqdan sonra taksisi ilə Rəşidi rayona gətirib. Rəşid deyib ki, guya 3000 manatı Xəyala verib ki, Eldənizə çatdırsın, halbuki Xəyalın həmin puldan xəbəri yoxdur. Xəyal pul almayıb. Əslində Eldənizlə iki şəxsi birləşdirən səbəbi düşünəndə bilinir ki, Eldənizin özünün bu işdə marağı var, yəni marağı olmasa bu qədər pulu niyə versin. Deməli sələmə verib, qaytarılan pulları isə hesaba almır. Ədalətlə hesablansa Eldəniz bu uşaqlara borcludur. Xəyal kredit belə alan deyil. Xəyal deyir ki, pula əli dəyməyib. İddianın Xəyala münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Azərbaycan Respublikası Mingəçevir şəhərində anadan olmuş, yaşayış yeri Mingəçevir şəhəri, Y.Muradov küçəsi, ev 39, mənzil 30-dur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası, Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Xaçmaz kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Nimət oğlu xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur İşə əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında HK-1/2066 saylı material üzrə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Cavabdeh1 əməlində Azərbaycan Respublikasi CM-nin 178-ci maddəsinin tərkib hissəsi olmadiğından cinayət işinin başlanması rədd edilmiş, qərardan müvaliq olaraq ibtidai arasdirmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxari prokurora, yaxud məhkəməyə şikayət etmək, habelə Cavabdeh1 ilə aralarındakı pul mübahisəsi mülki xarakterli və Azərbaycan Respublikasi MPM-nin 25-ci maddəsinə əsasən mülki mübahisəli məsələlərə baxmaq məhkəmə səlahiyyətinə aid olduğuna görə məhkəməyə müraciət etmək hüquqlarının olması İddiaçı izah edilmişdir. Cavabdeh1 HK-1/2066 saylı materialda olan xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, təxminən 2019-cu ildən İddiaçı xalası oğlu Cavabdeh2 vasitəsi ilə tanıyıb. İddiaçı bir neçə dəfə pul alaraq şəriyinə iş görüb. Belə ki, aldığı pula tikinti materialları alıb, satışını həyata keçirib, danışığa görə qazanılan pulun yarısını İddiaçı göndərib. İddiaçı aldığı pulun miqdarını dəqiq xatırlamır, belə ki, İddiaçı ona dəfələrlə pul verib, haqq-hesabı özü edib. Qazanc olan zamanlar pulun bir qismini ona qaytarıb. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh3 izahatına əsasən o təxminən 2021ci ilin mart aylarında sürücü qismində xalası oğlu Cavabdeh1lə Mingəçevir şəhərinə gəlmiş, o, xalası oğlu Cavabdeh1 və İddiaçı S.Vurğun küçəsində yerləşən çayxanada oturub söhbətləşmişlər. Xalası oğlu Cavabdeh1 tikinti materialları alacağı üçün İddiaçı borc istəmiş və verdiyi pulun üzərində pul qaytaracağını vəd vermişdir. Cavabdeh1 İddiaçı 20 minə yaxın pul istəmişdir. İddiaçı isə gec olduğunu, bu gün verə bilməyəcəyini bildirmişdir. O, Cavabdeh1lə Mingəçevir şəhərində yerləşən motellərin birində gecələmişlər. Sabahı gün gecə vaxtlarında qardaşı Xaləddinin kirayə qaldığı Mingəcevir şəhəri, Y.Muradov küçəsinin qarşısında qardaşı Xaləddin və onun iştirakı ilə İddiaçı Cavabdeh1 12 min manat pul vermiş, Rəşid 1 ay ərzində 15 min manat qaytarmağa vəd vermişdir. Qərarla həmçinin müəyyən edilir ki, Cavabdeh2 izahatına əsasən 2021-ci ilin mart ayında Cavabdeh1 ondan 12000 manat pulu Eldənizin ona borc verməsinə Eldənizi razı salmasını xahiş etmiş, buna görə də Eldənizdən Rəşidə 12000 manat pul verməsini xahiş etmişdir. Eldəniz razılaşmadıqda qarajda olan təxmini dəyəri 6 min manatdan çox led işıqları Eldənizə göstərmiş və 12000 marat pul qaytarılmasa həmin işıqların ona veriləcəyini bildirmişdir. Eldəniz bundan sonra razılaşmış və 12000 marat pulu ona vermiş, o da öz növbəsində Xəyala vermişdir. Xəyal isə həmin pulu Rəşidə vermişdir. Rəşid ona zəng edərək led işıqları satıb onun borcu olan başqa adama verməsini bildirmiş, həmçinin tezliklə gəlib Eldənizin pulunu qaytaracağını demişdir. O da Rəşidə inanmış və led işıqları sataraq Rəşidin başqa borcunu ödəmişdir. Eldənizə led işıqları satmaqla bağlı məlumatı daha sonra vermişdir. Cavabdeh1 İddiaçı pulu iş görmək adı ilə almışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, borcverən İddiaçı və borcalan Cavabdeh1 arasında bağlanan həmin müqavilənin 1.1-ci bəndinə əsasən «Borc verən» 28780 manat və 12000 manat (xalam oğlu Oğuz rayon Qışlaq kənd sakini Cavabdeh2 Neymət oğlu ilə aldığım) məbləğində pul vəsaitinə mülkiyyət hüququnu «Borc alan»a verməyi, «Borc alan» isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc alan 28780+12000 manat məbləği hissəhissə qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.(xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Məhkəmə araşdırması ilə müəyyən edildiyi kimi iddiaçı ilə Cavabdeh2 arasında 2017-ci ildən yaranmış tanışlığa uyğun olaraq tərəflər arasında borc münasibətləri yaranmış, iddiaçının təsdiq etdiyi kimi alınmış borclar vaxtında qaytarılmışdır. Cavabdeh2 vasitəçiliyi ilə təqribən 2019-cu ildən onun xalası oğlu Cavabdeh1 iddiaçı ilə münasibətləri yaranmış və qarşılıqlı razılığa əsasən iddiaçının pulu ilə tikinti materialları alınaraq satılmış və əldə edilmiş qazancın yarısı iddiaçıya verilmişdir. Həmin vaxtdan Rəşid Məhərrəmovun iddiaçıya müəyyən borcu yaranmışdır. 2021-ci ilin mart ayında Rəşid Məhərrəmov yenidən iddiaçıdan 12000 manatdan yuxarı məbbləğdə pul istəmiş, iddiaçı Cavabdeh2 fikrini öyrəndikdən sonra həmin pulu Cavabdeh3 yanında Cavabdeh1 vermişdir. Cavabdeh1 pulu qaytarmadığından iddiaçı polis şöbəsinə müraciət edərək onun məsuliyyətə cəlb edilməsini xahiş etmiş, iş üzrə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlarla cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2022-ci ildə iddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə «Borc verən» İddiaçı 28780 manat və 12000 manat (xalam oğlu Oğuz rayon Qışlaq kənd sakini Cavabdeh2 Neymət oğlu ilə aldığım) məbləğində pul vəsaitinə mülkiyyət hüququnu «Borc alan»a verməyi, «Borc alan» Rəşid Məhərrəmov isə borcu müqavilənin şərtlərinə uyğun olaraq «Borc verənə» geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən borc alan 28780+12000 manat məbləği hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. İddia tələbinə əsasən iddiaçı Cavabdeh1 28780 manat, Cavabdeh2 12000 manat borc pulun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verdiyi izahatında Cavabdeh2 12000 manat pulun Rəşid Məhərrəmova verildiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmişdir. Sözügedən borc müqaviləsindən də göründüyü kimi Cavabdeh1 iddiaçıya 28780 manat və 12000 manat (xalası oğlu Cavabdeh2la aldığı) borcunun hssə-hissə qaytarılmasını öz öhdəsinə götürmüşdür. İddiaçı 12000 manat pulun Cavabdeh2 tutulmasını tələb etsə də həmin məbləğin qaytarılmasına dair Cavabdeh2 hər hansı öhdəliyinin olduğu müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 12000 manat borc pulun tutulmasına dair hissədə təmin edilməməlidir. İddia tələbinin Cavabdeh1 28780 manat borc pulun tutulmasına dair hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar nəzərə alınmaqla iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan əlavə iddia tələbinə əsasən iddiaçı Cavabdeh3 3000 manat pulun tutularaq ona verilməsini tələb etsə də, borcla bağlı hüquq münasibətləri yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyə istinad edilməklə mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun ödənilmiş 176,34 manat dövlət rüsumu Cavabdeh1 tutulub iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 28780 (iyirmi səkkiz min yeddi yüz səksən) manat pul və 176,34 (bir yüz yetmiş altı manat otuz dörd qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh2 və Cavabdeh3 Nimət oğluna aid hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-185/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-185/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver