Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-187/2024 18.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Mayıl oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 18 mart 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-13 sentyabr 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 150 manat alimentin məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh xx.xx.2018-ci il tarixdə qeyd olunmuş rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2019-cu il tarixdə Fatimə adlı övladı doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 120 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəməyə 2022-ci ildə ərizə verilərkən yaşayış minimumu 193 manat olmuş, iddia tələbi ilə alimentin məbləğinin artırılaraq 180 manat müəyyən edilməsi xahiş olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 150 manat müəyyən edilmişdir. Qətnamə qanuni qüvvədədir. Keçən illərdə yaşayış minimumu 235 manata çatmışdır. Buna görə də iddiaçı alimentin məbləğinin yaşayış minimumuna uyğunlaşdırılmasını istəyir.150 manat alimentlə uşağın minimum xərclərini ödəmək mümkün deyil. Cavabdehin gəliri vardır. Onun təklif etdiyi 170 manat məbləği qəbul etmirlər. Alimentin 220 manat məbləğində təyin edilməsinə razıdırlar. İddiaçının daimi gəliri yoxdur, 2-3 aydır ki, notariat ofisində qeyri-rəsmi işləyir. Ona cüzi ödəniş verilir. Bakı şəhəri və ətraf ərazilərdə məhkəmələrdə alimentin məbləği 235 manat həddində müəyyən edilir. İddia tələbinin təmin edilməsi, alimentin məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, hazırda qüvvədə olan icra sənədinə əsasən 150 manat alimenti müntəzəm ödəyir. Xüsusi günlərdə uşağını görmək üçün Oğuza gəlir.Aldığı hədiyyələri üstünə atırlar, uşağı öyrədirlər. İddiaçı deyir ki, imkanı var, buna görə alimentin 235 manata qaldırılmasını tələb edir, halbuki rəsmi iş yeri yoxdur, səyyar fötoqraf olaraq ayda 2-3 dəfə toy şənliklərində iştirak edir, qazanc mənbəyi budur.Səhhətində də problem var, sağ bud sümüyünün onkoloji xəstəliyindən əziyyət çəkir. Alimentin məbləğinin 10- 20 manat arası artırılmasına etiraz etmir, ondan artıq olduğu təqdirdə öz xərclərinə maddi imkanı çatmayacaq.İddiaçı işləyir, bir müddət sonra yəqin ki, işi rəsmiləşəcək. Alimentin dediyi məbləğdə-qismən artırılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 351177 saylı şəhadətnamənin surətindən görünür ki, X4 13 sentyabr 2019-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, bu barədə Mingəçevir Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 oktyabr 2019-cu il tarixdə 1314 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X1r. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 439241 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah ləğv edilmiş, bu barədə Mingəçevir Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 oktyabr 2022-ci il tarixdə 118 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Seyidova soyadı verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin işə əlavə edilmiş 2(051)-269/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(051)-910/2020 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin artırılaraq 180 manat müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin olunmuş, 13 aprel 2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İşə əlavə edilmiş məşğulluq haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh işsizdir. Milli Onkologiya Mərkəzinin işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktının surətindən görünür ki, Cavabdeh 2010-cu ildən sağ bud sümüyünün distal hissəsinin osteoxondroması diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin rəsmi nikahından 2019-cu il təvəllüdlü Fatimə adlı qızı vardır. Tərəflərin nikahı 2020-ci ildə məhkəmə qaydasında pozulmuş, həmin qətnamə ilə uşağın saxlanması üçün 120 manat alimentin Cavabdeh tutulması qət edilmişdir. İddiaçı alimentin artırılaraq 180 manata çatdırılması tələbi ilə 2022-ci ildə məhkəməyə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmaqla alimentin məbləği 150 manat müəyyən edilmişdir. İddiaçı hazırda alimentin artırılaraq 235 manat məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında tərəflərin gəlir məlumatları araşdırılmış, iddiaçının və cavabdehin rəsmi gəlirləri ilə bağlı məlumatın olduğu müəyyən edilməmişdir. Məhkəmə iclasında tərəflərin izahatları ilə iddiaçının qeyri-rəsmi şəkildə notariat ofisində çalışmağa başladığı, cavabdehin isə səyyar fotoqraf fəaliyəti ilə məşğul olduğu müəyyən edilmişdir. İddiaçı aradan cəmi bir il keçməsinə baxmayaraq yenidən məhkəməyə müraciətini yaşayış minimumunun artırılması ilə əsaslandırmış, bu müddətdə cavabdehin gəlirlərinin artmasına dair sübutlarını təqdim etməmişdir. Cavabdeh maddi vəziyyətinin alimentin məbləğinin 10-20 manat həddində artırılmasına imkan verdiyini bildirmişdir. Beləliklə məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın yaşı və minimal maddi ehtiyacları, qüvvədə olan yaşayış minimumunun məbləği nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2019-cu il təvəllüdlü Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 175 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 175 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 13 sentyabr 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-187/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-187/2024
18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver