Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-189/2022 31.05.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Оğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə hümbət qızının kаtibliyi ilə İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək 04.06.2021ci il tarixli kredit müqaviləsi üzrə 4360,83 manat əsas borc, 837,34 manat faiz borcu, 33,73 manat cərimə - cəmi 5231,90 manat borc və 72,76 manat dövlət rüsumu məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04.06.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 % dərəcəsi ilə 41 ay müddətinə 4361,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6495,20 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin ödənişi qaydalarına riayət etməmişdir. Hazırda cavabdehin iddiaçıya 4360,83 manat əsas borc, 837,34 manat faiz borcu, 33,73 manat cərimə - cəmi 5231,90 manat borcu vardır. Cavabdehə rəsmi xəbərdarlıq edilsə də, o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən həmin müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə, borcverən müqavilə üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəməyə müraciət edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 72,76 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 4360,83 manat əsas borc, 837,34 manat faiz borcu, 33,73 manat cərimə - cəmi 5231,90 manat borc və 72,76 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş 04.06.2021-ci il tarixli kredit müqaviləsi, həmin müqaviləyə aid ödəniş cədvəli, 04.06.2021-ci il tarixli kassa məxaric orderi, 11.10.2021-ci il tarixli bildiriş, 12.03.2022-ci il tarixli maliyyə arayışı və 12.03.2022-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə illik 25 % dərəcəsi ilə 41 ay müddətinə 4361,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin, kredit üzrə əsas borcu və onun faizlərini ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehə müqavilə müddətində cəmi 6495,20 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Cavabdeh onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə ona xəbərdarlıq edilmiş və əks halda, məhkəməyə müraciət ediləcəyi izah edilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 72,76 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı 04.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 4360,83 manat əsas borc, 837,34 manat faiz borcu, 33,73 manat cərimə - cəmi 5231,90 manat borc və 72,76 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi kredit müqaviləsinə və müqaviləyə əlavə edilmiş digər sənədlərə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə qarşı hər hansı etiraz irəli sürməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 04.06.2021ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 4360,83 manat əsas borc, 837,34 manat faiz borcu və 33,73 manat cərimə məbləği tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 72,76 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 04.06.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4360,83 manat əsas borc, 837,34 manat faiz borcu, 33,73 manat cərimə və 72,76 manat dövlət rüsumu cəmi 5304 (beş min üç yüz dörd) manat 66 (altmış altı) qəpik tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-189/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-189/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver