Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-212/2024 13.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Xudiyev Araz Sadəddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 6725 manat əsas borc, 123 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pulun alınıb verilməsi tələbinə dair mülki işə 13 may 2024cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 6725 manat əsas borc, 123 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat pulun alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh iddiaçının ərinin əmisi oğludur. 2022-ci ilin avqust ayında cavabdeh iddiaçıya müraciət edərək təcili kredit almalı olduğunu bildirmiş və ona zamin durmağını xahiş etmişdir.Bir neçə gündən sonra isə Cavabdeh krediti iddiaçının öz adına almasını xahiş etmiş, aylıq ödənişləri vaxtında ödəyəcəyini bildirmişdir. Buna görə də iddiaçı 7880 manat kredit götürüb cavabdehə vermişdir. Cavabdeh bir neçə ay kreditin ödənişlərini həyata keçirdikdən sonra ödəniş etməyi dayandırmış, soruşduqda isə probleminin olduğunu, maddi imkanının olmadığını bildirmişdir. İddiaçı özü də kredit almaq istədiyindən ödənişlərdə gecikmə olmasın deyə bir neçə ay krediti özü ödəmişdir. Son aylarda cavabdeh ümumiyyətlə kredit ödəməkdən boyun qaçırdığından iddiaçı qalıq krediti tam ödəyərək cavabdehə qarşı reqres iddia ilə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh krediti aldığını etiraf edir.. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək bildirmişdir ki, həqiqətən iddiaçı tərəfindən kredit götürülüb ona verilib, lakin maddi imkanı pisləşdiyindən müəyyən vaxtdan sonra kreditin ödənişini həyata keçirə bilməyib. Kreditin qalıq məbləğinin iddiaçı tərəfindən ödənildiyini sonradan bilmişdir. İddia ərizəsi ilə tələb olunan 6725 manat borc və ödənilmiş 123 manat dövlət rüsumunu qəbul edir. Həmin məbləği hissələrlə iddiaçıya ödəməyə söz verir. Əslində məhkəməyə müraciət etməyə, eləcə də vəkil tutmağa heç ehtiyac yox idi. İddianın qeyd edilən məbləğdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Azərbaycan Respublikası Vartaşen şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, H.Əliyev küçəsi, ev 6-dır. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası Vartaşen rayonu, Baş Daşağıl kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Baş Daşağıl kəndidir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, GTKR6337924A168 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı gündəlik tələbat məqsədilə 35 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 7880 manat kredit verilmişdir. İşə əlavə edilmiş hesabdan çıxarışın surətindən və xx.xx.2023-cü il tarixli (340 manat), xx.xx.2023-cü il tarixli (333 manat), xx.xx.2023-cü il tarixli (327 manat) və xx.xx.2023-ü il tarixli (5725 manat-tam ödəniş) ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, GTKR6337924A168 saylı kredit müqaviləsi üzrə cəmi 6725 manat ödəniş edilmiş, müqavilə üzrə xx.xx.2023-cü il tarixə son qalıq 0,00 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739-1-ci maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı və cavabdeh qohum olmaqla cavabdehin xahişinə uyğun olaraq iddiaçının "xxxx" ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 7880 manat kredit məbləği iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmiş, cavabdeh isə həmin məbləği ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bir müddət ödənişləri həyata keçirsə də, sonralar kredit borcunu ödəmədiyindən iddiaçı məcburən qalıq 6725 manat məbləği 2023-cü ilin yanvar, sentyabr və oktyabr aylarında ödəməklə kredit müqaviləsi üzrə borcunu tam bağlamış və həmin pulun reqres qaydasında cavabdehdən tutulması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinin qalıq 6725 manat məbləğində borcun tutulmasına dair hissəsini qəbul etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. "xxxx" ASC-nin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1078 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Nümayəndə 410400C**********168 saylı hesabına hüquqi yardıma görə 500 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş ağlabatan məbləğ 400 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 91,25 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 6725 (altı min yeddi yüz iyirmi beş) manat pul, 400 (dörd yüz) manat vəkil xidmət haqqı və 91,25 (doxsan bir manat iyirmi beş qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-212/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-212/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver