Məhkəmə qərarları › İş №2(054)-221/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-221/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-221/2024 03.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 322 manat əsas borcun, hüquqi yardım üçün vəkilə ödənilmiş 100 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasınn vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirməklə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası Mərkəzi X2 Portalı vasitəsilə "xxxx" MMC Şəki RPF Oğuz Mərkəzi PŞ-yə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar