Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-222/2023 19.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-11 yanvar 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 160 manat alimentin miqdarının ərizə məhkəməyə təqdim edildiyi gündən artırılaraq 220 manat müəyyən edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla işə iştirakı olmadan baxılmasını və qərar verilməsini xahiş etmiş, Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron qaydada məhkəməyə daxil olmuş ərizəsi ilə aylıq gəlirinin az, imkanının zəif olduğunu, ailəli olmaqla iki övladının olduğunu, ata-anaya baxdığını, alimentin qaldırılmasına etiraz etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh ilə faktiki nikahla ailə qurmuş, həmin nikahdan xx.xx.2016-cı ildə Mehdi adlı oğlu doğulmuşdur. Cavabdehlə 6 il ailə münasibətində olmaqla yaşamışdır. Uşağın doğumu atalıq ərizəsi ilə qeydə alınıb. Aralarında yaranmış narazılıq səbəbli ayrılmışlar. Uşaq onun himayəsindədir. Oğuz Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(054)-209/2019 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün 160 manat alimentin cavabdehdən tutulması qərara alınmışdır.Hazırda da cavabdehdən ayrı yaşayır. Uşaq xəstədir, müalicəyə ehtiyacı var, cavabdeh isə 160 manatı da vaxtında ödəmir. Onun qazanc və gəlirləri barədə sübutları yoxdur. Özü isə işləyərək 450 manat əmək haqqı alır. Həmin məbləğ və 160 manat aliment pulu ilə uşağa baxmaq mümkün deyil. Uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ərizə məhkəməyə verilən gündən alimentin məbləğini artıraraq hər ay 220 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, yaşayış yeri Sabirabad şəhəri, Təbriz küçəsidir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 2(054)-209/2019 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 211869 saylı şəhadətnamənin və doğum haqqında akt qeydinin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 60 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 351055 saylı şəhadətnamənin və atalığı müəyyən etmək haqqında akt qeydinin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı ildə İddiaçı doğulmuş X2 atası hesab edilmiş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində atalığı müəyyən etmək haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin faktiki nikahindan xx.xx.2016-cı il tarixdə Mehdi adlı övladları doğulmuşdur. Uşağın doğumu 2019-cu ildə valideynlərin birgə ərizəsi əsasında atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. Tərəflər ayrı yaşamaqla azyaşlı uşaq iddiaçının himayəsindədir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün 160 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. İddiaçı hazırda alimentin 220 manat məbləğində müəyyən edilməsini tələb etsə də cavabdehin qazancına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsi ilə ailəli, iki uşağı olmaqla, ata-anasının da onun himayəsində olduğunu, aylıq gəlirinin az olduğunu bildirmiş, alimentin artırılmasına etirazını bildirmişdir. İddiaçı işləməklə aylıq gəlirinin 450 manat olduğunu bildirmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi və ailə vəziyyəti, iddiaçının himayəsində olan uşağın minimal maddi ehtiyacları, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, Mehdi Cabbarovun saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 185 manat həddində sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı artırılmış alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən tutulmasını xahiş etsə də, məhkəmə aşağıdakılara əsasən iddia tələbinin həmin hissəsinin təmin edilməsinin mümkün olmadığını bildirir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 185 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq, 11 yanvar 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-222/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-222/2023
19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver