Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-224/2022 29.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi - şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı 637,91 manat maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 637,91 manat maddi ziyan məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1 (107) - 20 / 2020 nömrəli hökmü icra edilməsi üçün xx.xx.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçındə məhkum kimi qeydiyyata alınmış, xx.xx.2020ci il tarixdə ona elektron nəzarət vasitəsi işlək vəziyyətdə quraşdırılaraq təhvil verilmişdir. Cavabdeh təhvil verilmiş elektron nəzarət vasitəsinin mobil qurğusu enerji yığmadığı üçün xx.xx.2020-ci il tarixdə 000.000.00-270PC2 modelli yeni elektron nəzarət vasitəsi ilə əvəz edilmişdir. Həmin elektron nəzarət vasitəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən aktla İddiaçınə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh təyin edilmiş cəza müddəti başa çatdığından ona tətbiq edilmiş elektron nəzarət vasitəsi təhvil alınmış və Elektron Monitorinq İdarəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin X2 verilən məlumata görə həmin elektron nəzarət vasitəsinin bir ədəd qolbağın yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Elektron nəzarət vasitəsinin yararsız vəziyyətə düşmüş qolbağının dəyəri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən texniki rəy alınmış, elektron nəzarət dəstinin ayrı-ayrı hissələrinin dəyəri ilə bağlı İddiaçınə təqdim edilmiş cədvələ əsasən həmin elektron qolbağın dəyəri 637,91 manat müəyyən edilmişdir. Hazırda iddiaçı 637,91 manat maddi ziyan məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi - şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən X4 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, elektron nəzarət vasitəsi məhkumdan təhvil alındıqdan bir neçə ay sonra nəzarət vasitəsinə Elektron Monitorinq İdarəsi tərəfindən texniki baxışın nəticələri məlum olduqda həmin elektron nəzarət dəstinin bir ədəd qolbağının yararsız vəziyyətə düşməsi bəlli olmuşdur. 637,91 manat maddi ziyan məbləğinin ödənilməsi Cavabdeh tələb olunsa da, o, həmin məbləği ödəməmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbinə etirazı olmadığını bildirmiş və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməklə izahat verərək göstərmişdir ki, o, iddia tələbini qəbul edir mona xx.xx.2020-ci il tarixdə təhvil verilmiş elektron nəzarət vasitəsinin mobil qurğusu enerji yığmadığı üçün bu barədə İddiaçınə məlumat vermiş, bundan sonra xx.xx.2020-ci il tarixdə ona yeni elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Bir müddət sonra həmin elektron nəzarət vasitəsi də o, hərəkət edəndə səs vermişdir. O bu barədə İddiaçınə məlumat vermiş, şöbənin rəisi isə yeni elektron nəzarət vasitəsi olanda dəyişdirəcəklərini demişdir. Ancaq o vaxtdan sonra ona yeni elektron nəzarət vasitəsi verilməmiş və onun üzərindəki elektron nəzarət dəstinin qolbağı aralandığı üçün o, həmin səbəbdən səs yarandığını düşünərək qolbağın qeyd olunan hissəsinə yapışqan vurmuşdur. Həmin qolbağın içərisində sxem və işləmə cihazı olduğunu güman etməmişdir. Sonradan o, elektron nəzarət vasitəsini İddiaçınə təhvil verdikdən bir müddət sonra həmin nəzarət dəstinin qolbağının yararsız vəziyyətə düşdüyü məlum olmuşdur. Elektron nəzarət dəstinin həmin qolbağının dəyəri olan 637,91 manat maddi ziyan məbləğinin ödənilməsi ondan tələb olunsa da, maddi imkanı olmadığından həmin vəsaiti ödəyə bilməmişdir. Maddi zərər məbləğini imkanları daxilində hissə-hissə ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1 (107) - 20 / 2020 nömrəli hökmü, məhkuma elektron nəzarət vasitəsinin tətbiq olunması barədə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli protokollar, elektron nəzarət vasitəsinin məhkumdan təhvil alınması barədə xx.xx.2022-ci il tarixli akt, elektron nəzarət dəstinin vəziyyəti barədə xx.xx.2022-ci il texniki rəy, xx.xx.2018-ci il tarixli qiymətləndirmə cədvəli ilə müəyyən edildi ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin hökm xx.xx.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçındə məhkum kimi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə ona elektron nəzarət vasitəsi işlək vəziyyətdə quraşdırılaraq təhvil verilmişdir. Cavabdeh təhvil verilmiş elektron nəzarət vasitəsinin mobil qurğusu enerji yığmadığı üçün xx.xx.2020-ci il tarixdə 000.000.00-270PC2 modelli yeni elektron nəzarət vasitəsi ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh təyin edilmiş cəza müddəti başa çatdığından ona tətbiq edilmiş elektron nəzarət vasitəsi təhvil alınmış və Elektron Monitorinq İdarəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin X2 verilən məlumata görə həmin elektron nəzarət dəstinin bir ədəd qolbağın yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Elektron nəzarət dəstinin yararsız vəziyyətə düşmüş qolbağının dəyəri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən texniki rəy alınmış, elektron nəzarət dəstinin ayrı-ayrı hissələrinin dəyəri ilə bağlı İddiaçınə təqdim edilmiş cədvələ əsasən həmin elektron qolbağın dəyəri 637,91 manat müəyyən edilmişdir. 637,91 manat maddi ziyan məbləğinin ödənilməsi Cavabdeh tələb olunsa da, o, həmin məbləği ödəməmişdir. Hazırda iddiaçı 637,91 manat maddi ziyan məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini tələb edir. İddiaçı hazırki iddia tələbinin əsası kimi elektron nəzarət vasitəsinin cavabdehə tətbiq edilməsi və ondan təhvil alınması barədə aktlara, elektron nəzarət dəstinin vəziyyəti barədə texniki rəyə və qiymətləndirmə cədvəlinə istinad edir. Cavabdeh iddia tələbinə etirazı olmadığını və elektron nəzarət dəstinin yararsız vəziyyətə düşmüş qolbağının dəyəri olan 637,91 manat məbləği maddi imkanları daxilində ödəyəcəyini bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin elektron nəzarət vasitəsinə xidmət edilməsi sahəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət dəstinin bir ədəd qolbağını yararsız vəziyyətə salmaqla 637,91 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmiş, cavabdeh özü də bu faktı etiraf etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 637,91 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 637,91 manat maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla cavabdehdən 30,00 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 637 (altı yüz otuz yeddi) manat 91 (doxsan bir) qəpik maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına (X3, Müxbir hesab AZ41NABZ********************, VÖEN **********, KOD 210005, SWİFT CTREAZ 22, Bakı şəhər Maliyyə İdarəsi, H/H AZ66CTRE********************, VÖEN **********, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142340) ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-224/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-224/2022
29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver