Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-230/2023 14.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Mayıl oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-17 may 2011-ci il tarixdə anadan olmuş X1 və 22 iyul 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cəmi 260 manat alimentin məbləğinin artırılaraq cəmi 500 manat müəyyən edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh xx.xx.2023cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla Bakı şəhərində işlədiyindən növbəti məhkəmə prosesində iştirak etmədiyinin, alimentin hər uşağa 160 manat məbləğində olması ilə bağlı iddiaçı tərəflə razılaşdıqlarının nəzərə alınmasını xahiş etmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia həcminin azaldılması barədə ərizə təqdim etdi, izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh nikahlarını 19 iyul 2010-cu ildə Oğuz rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan onların 17 may 2011-ci il tarixdə anadan olmuş Vəfa və 22 iyul 2012-ci il tarixdə anadan olmuş Səma adlı övladları doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(054)-127/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqların saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Keçən 2 il ərzində uşaqlar böyüyüb, onların maddi tələbatı artıb, cavabdeh isə təyin edilmiş alimenti ödəməklə vəzifəsini bitmiş hesab edir. Buna görə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırlıq iclasından sonra tərəflər arasında alimentin məbləği barədə razılaşma əldə edilmişdir,belə ki, iddiaçı və cavabdeh hər uşağa 160 manat olmaqla, alimentin məbləğinin cəmi 320 manat olması barədə razılığa gəlmişlər. İddianın təmin edilməsi, cavabdehdən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləğini artıraraq hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasında izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. Mühafizəçi işləməklə əlinə çatan əmək haqqı 490 manat təşkil edir. Hər ay cəmi 320 manat aliment ödəyə bilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri F.Seyidov küçəsi, ev 8-dir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 631769 saylı şəhadətnamənin surətindən görünür ki, X3 17 may 2011-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 14 iyun 2011-ci il tarixdə 150 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 874817 saylı şəhadətnamənin surətindən görünür ki, X4 22 iyul 2012-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 01 avqust.2012-ci il tarixdə 150 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-127/2020 saylı, 13 avqust 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikah pozulmuş, Cavabdeh qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq, 17 may 2011-ci il tarixdə anadan olmuş X1 və 22 iyul 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası TƏBİB X9 “X6” X9in işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 217 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən hal-hazıradək təhlükəsizlik bölməsində mühafizəçi işləyir, orta aylıq əmək haqqı 542 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2010-cu il tarixli birgə nikahından 2011 və 2012-ci il təvəllüdlü iki qızı vardır. 2020-cu il tarixli qətnamə ilə tərəflərin nikahı pozulmuş, uşaqların saxlanılması üçün cəmi 260 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. İddiaçı hazırda alimentin artırılaraq hər uşaq üçün 160 manat məbləğində müəyyən edilməsini xahiş edir, cavabdeh məhkəməyə göndərdiyi teleqramla alimentin qeyd edilən məbləği ilə bağlı aralarında razılaşmanın olduğunu bildirmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların minimal maddi ehtiyacları, habelə tərəflər arasında qarşılıqlı razılığın əldə edildiyi nəzərə alınmaqla iddia tələbi təmin edilməli, uşaqların saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hər uşağa 160 manat həddində, cəmi 320 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 17 may 2011-ci il tarixdə anadan olmuş X1 və 22 iyul 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-230/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-230/2023
14.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver