Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-28/2024 12.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 450 manat pul, hüquqi yardıma görə 150 manat, cəmi 600 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə 12 yanvar 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 450 manat pul, hüquqi yardıma görə 150 manat, cəmi 600 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizələri ilə hərbi hissədə işləməsi və uzaqda olması nəzərə alınmaqla işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”-də “köçüb” və “bu ünvanda yaşamır” qrafaları işarələnməklə məhkəməyə geri qaytarıldığından onun iddia ərizəsində göstərilmiş ünvanına əsasən ünvan 1işinə cavab olaraq nümayəndəlik xx.xx.2023-cü il tarixli, 5-68-12/2- 64/2023 saylı, xx.xx.2023-cü il tarixli, 5-68-12/2-70/2023 saylı və xx.xx.2023-cü il tarixli, 5-68- 12/2-78/2023 saylı məktublarla Cavabdeh Oğuz rayon Kərimli kəndində qeydiyyatda olmasına baxmayaraq ərazidə yaşamadığını və dəqiq ünvanının məlum olmadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ildə özünə məxsus torpaq sahəsinə sənəd düzəltmək məqsədilə Abşeron rayonunun Masazır qəsəbəsinə getmişdir. Orada torpaq sənədlərinin Cavabdeh düzəltdiyini bildirmişlər.Ona 2050 manat verərək sənədin düzəldilməsi barədə razılaşmışlar. Cavabdeh torpağın sənədlərini düzəldə bilməmiş, pulunu tələb etsə də qaytarmamışdır. Buna görə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. İş materialları Polis İdarəsində olarkən cavabdeh pulun 1600 manatını ödəmiş, qalan 450 manatı qəbz yazaraq 2023-cü il yanvar ayının 10-dək ödəyəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2023-cü ildə pulu tələb etsə də, “yoxdur” deyərək verməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikası, Cəlilabad rayonu Masallı kəndində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsidir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli MAPS arayışından görünür ki, Cavabdeh xx.xx.1982-ci ildə Vartaşen rayonu Vardanlı kəndində anadan olmuş, Oğuz rayonu Kərimli kəndində qeydiyyatdadır. Abşeron rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış və işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 12895549 saylı məktubundan, ona əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı X1 onu aldadaraq 2050 manat pulunu verməməsi barədə şikayətinə uyğun olaraq hər iki şəxsin izahatı alınmış, Cavabdeh 2020-2022-ci illərdə Abşeron rayonu Msazır bələdiyyəsində hüquq şöbəsində işlədiyini, İddiaçı 2022-ci ilin aprel ayında tanıdığını, 2022-ci ilin sentyabr ayında qəsəbədə yerləşən torpaq sahəsinə sənəd düzəltdirmək istədiyini, buna görə ona söz verdiyini, bunun müqabilində İlhamın ona 2000 manat pul verdiyini, işdən azad olunduğu üçün İlhama heç bir köməklik edə bilmədiyini, maddi vəziyyəti yaxşı olmadığı üçün İlhamın pulunu qaytara bilmədiyini demişdir. Qərarla həmçinin müəyyən edilir ki, Quliyev X3 ərizə ilə müraciət edərək X2 dələduzluq yolu ilə ələ keçirdiyi 2050 manat pulunu qaytardığı üçün şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh (0666283) İddiaçı (AA*******) 450 manat pulu xx.xx.2023-cü il tarixdə ödəməyi öhdəsinə götürmüş, əks təqdirdə İddiaçı ondan şikayət etmək hüququnun olduğunu bildirmişdir. Qəbz hər iki şəxs tərəfindən imzalanmışdır. Abşeron rayon Polis İdarəsinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan İddiaçı ünvanlanmış və işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 59/2-Q-5117/11 saylı məktubundan görünür ki, müraciəti ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh arasında yazılı razılaşma əsasında yaranmış öhdəlik yerinə yetirilməmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya verməli olduğu 450 manat pulu ona verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 150 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 36716 saylı ödəniş qəbzindən görünür ki, Abşeron rayonu Xırdalan şəhərində “e-Manat” ödəniş terminalı vasitəsilə Abşeron rayon vəkil bürosunun hesabına 150 manat (149 manat ödəniş, 1 manat komissiya) pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş ağlabatan məbləğ 100 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat, cəmi 550 (beş yüz əlli) manat pul, 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-28/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-28/2024
12.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver