Məhkəmə qərarları › İş №2(054)-288/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-288/2023

22.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-288/2023 22.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun vəkili X2 oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-19 may 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 120 manat alimentin məbləğinin artırılaraq cəmi 220 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh ilə 2014-cü il tarixdə qeyrirəsmi nikaha daxil olmuş, faktiki nikahdan xx.xx.2015-ci il tarixdə Ümid adlı oğlu doğulmuşdur. Cavabdeh uşağa baxmayıb, uşaq onun yoldaşını anası hesab edir, çünki onun yanında böyüyüb. Oğuz Rayon Məhkəməsinin 2(054)-1882/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X5 cavabdehin razılığı əsasında ondan alınmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat alimentin cavabdehdən tutulması qərara alınmışdır. Oğuz Rayon Məhkəməsinin 2(054)-303/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılmaqla 120 manat müəyyən edilmişdir. Cavabdeh aliment borcunu ödəməmiş, onun 4000 manatdan yuxarı borcu yaranmışdır. Dəfələrlə ona güzəşt etmiş, vaxt vermişdir. Sonuncu dəfə icra şöbəsi tərəfindən məhkəməyə verilmiş təqdimata baxılarkən aylıq aliment məbləği də daxil olmaqla hər ay 250 manat pulun ona ödənilməsi barədə cavabdehlə razılığa gəlmişlər. Hazırda cavabdeh həmin məbləğin ödənilməsini də günlərlə ləngidir. Özü onkoloji xəstədir, əməliyyat olunub. Uşağın maddi problemlərini təklikdə həll etməkdə çətinlik çəkir. Buna görə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin izahatını nəzərə alaraq alimentin son məbləğinin 150 manat müəyyən edilməsinə etiraz etmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X1 məhkəmə iclasında iddiaçının izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, alimentin məbləği sonuncu dəfə 2019-cu ildə 120 manat müəyyən edilib, həmin vaxtdan 4 il keçib, xərclər artıb, yaşayış minimumu hazırda 220 manatdır. İddiaçı cavabdehə güzəşt edərək son məbləğ olaraq 150 manat aliment təyin edilməsinə etiraz etmir. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, uşaq 1,5 yaşınadək onunla birgə yaşayıb, sonra razılıqla atasına verib. Əvvəllər alimenti ödəyə bilməyib, hazırda Bakı şəhərində geyim mağazasında müqaviləsiz işləyir, ayda 320 manat əmək haqqı alır, həmin məbləğdən aylıq 120 manat da daxil olmaqla cəmi 250 manat pulu iddiaçıya ödəyir. Ailədə xəstə anası, 15 yaşlı bacısına da baxmağa məcburdur. Torpaq sahələri var, satışa qoyublar, satışdan sonra ona 6000 manat pul verəcəklər, həmin puldan aliment məbləğini tam olaraq ödəyəcək, aylıq məbləği də gecikdiməyəcək. İddiaçının tələb etdiyi 220 manatı, hətta 150 manatı ödəməyə maddi imkanı yol vermir. İddiaçı onun aliment ödəmədiyinə görə həbs edilməsinə çalışır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Qəbələ rayonu Yemişənli kəndində anadan olmuş, yaşayış yeri Qəbələ rayonu Yemişanlı kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1999-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 610538 saylı şəhadətnamənin surətindən görünür ki, X5 19 may 2015-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 30 oktyabr 2015-ci il tarixdə 713 nömrə ilə qeyd edilmiş, atası İddiaçı, anası Cavabdeh Rafiq qızıdır.. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-303/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh hər ay 60 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmişdir. . Qəbələ rayon Təhsil şöbəsi Yemişanlı kənd tam orta məktəbinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 88 saylı arayışından görünür ki, X5 2022-2023-cü tədris ilində məktəbin 2-ci sinfində oxuyur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə yaşayışından 2015-ci il təvəllüdlü Ümid adlı oğlu vardır. Uşaq 2016-cı ildən iddiaçının himayəsinə verilmiş, onun yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 60 manat alimentin tutulması qət edilmişdir. 2019-cu ildə alimentin məbləği artırılaraq 120 manat müəyyən edilmişdir.Cavabdehin maddi imkanı səbəbli aliment məbləği ödənilmədiyindən tərəflər aylıq 120 manat da daxil olmaqla hər ay 250 manat pulun iddiaçının hesabına ödənilməsi barədə razılığa gəlmişlər. Hazırda iddiaçı alimentin artırılaraq 220 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, cavabdehin maddi vəziyyətini nəzərə alaraq alimentin məbləğinin 150 manat müəyyən edilməsinə etiraz etmədiyini bildirir. İddiaçı tərəfindən özünün xəstə olması və cavabdehin qazancına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh yüksək məbləğdə aliment borcu olduğunu, maddi imkanı olmadığını bildirərək alimentin məbləğinin artırılması barədə iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın minimal maddi ehtiyacları nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, uşaqların saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 130 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 130 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 19 may 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar