Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-29/2024 16.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X33 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı inventarlaşma işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ilk iddianın rədd edilməsi, 30000 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması tələbinə dair mülki işə 16 fevral 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən, A 389607 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarına inventarlaşma işlərinin aparılmasına və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı iddiasının rədd edilməsi, mübahisəli 599,43 kv.m torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 30000 manat pulun və ödənilmiş 182 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona-iddiaçı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Onu təmsil edən nümayəndə və vəkilin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında bildirmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə İddiaçı 0,06 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuş, torpaq sahəsinə iddiaçının adına A 389607 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Həmin sənəd əsasında ona məxsus olan, Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldıraraq çıxarış verilməsi üçün aidiyyəti orqana müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-4494/2023 saylı məktubla müraciətdə xahiş edilən məsələnin həllindən imtina etmişdir. İmtinanın səbəbi isə Cavabdeh İdarənin mütəxəssislərinə ərazidə texniki inventarlaşma işlərinin aparılmasına maneə törətməsi olmuşdur. Halbuki mübahisəli torpaq sahəsi Oğuz rayon X31 Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli, 14 saylı qərarı ilə iddiaçının qanuni istifadəsinə verilmişdir. Həmin qərardan da göründüyü kimi İddiaçı Oğuz rayon Dövlət Notariat kontorunun xx.xx.1992-ci il tarixli, 17/6622 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə əsasən X8 məxsus ev bünövrəsini aldığı üçün bünövrənin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi onun daimi istifadəsinə verilmişdir. 2000-ci ilədək yarımçıq tikililərin arayışla satılması mümkün idi. Oğuz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamı ilə Oğuz şəhər sakinlərinin qanuni istifadəsində olan torpaq sahələrinin bəzilərinə sənəd hazırlanmadığı nəzərə alınmaqla həmin torpaqların onların mülkiyyətinə verilməsi qərara alınmışdır. Qanuna görə XDS-nin qərarı sənəd olaraq qəbul edilir. İddiaçı adına çıxarışın hazırlanmasını istəyir. İddiaçının torpaq sahəsindən istifadə hüququ pozulmayıb, istədiyi vaxt gəlib torpaq sahəsinə baxıb. Qarşılıqlı iddianı qəbul etmirlər. İddiaçı torpağı cavabdehə satmaq üçün 5000 ABŞ dolları pul verməyib, əksinə etibarnamə verib ki, torpağı sənədləşdir, sonra alqı-satqı edərik. 2023-cü ildə cinayət işinin başlanması barədə rədd qərarı çıxarılıb, bu məsələ orada göstərilib. 2019-cu ildə X7 700 manat alaraq ona 50 il müddətinə etibarnamə verib. İddiaçı 700 manatı xərclərə görə beh kimi alıb. Həmin məbləğə etiraz etmirlər. İndi 30000 manata qiymətləndirilən evi 700 manata əldə etmək istəyirlər. Cavabdeh saxta sənədlər düzəltmək istəyib, belə ki, 2013-cü ildə Lütfiyyənin adına icra nümayəndəliyindən onun ailə üzvlərinin olmadığına dair arayış alıb, həmin arayışı guya imzalayan şəxs bunu inkar edir. Cavabdeh istəsə iddiaçı torpaq sahəsinin ona satılmasına razıdır. Şahid X1 izahatına iradı yoxdur. İlk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2007-ci ildə İddiaçı ilə şifahi razılaşma əsasında Oğuz şəhərində S.Vurğun küçəsində yerləşən 0,06 ha torpaq sahəsini ondan 5000 ABŞ dollarına almış, torpaq sahəsinin sənədləri olmadığından iddiaçı sənədləşmənin həyata keçirilməsi üçün ona etibarnamə vermişdir. 5000 ABŞ dollarını Lütfiyyənin özünə verib. Ancaq torpaq sahəsinin sənədlərini düzəltmək mümkün olmamışdır. Lütfiyyənin iddia etdiyi torpaq onun evinin yerləşdiyi torpaqla birlikdədir. Həyət sahəsi 10,2 sotdur. 7 sot torpağın rəsmi olaraq vergisini verir. Həmin torpaq sahəsi ata-oğul ermənilərin olub. Evi ermənidən 30000 rubla alıb. Evdə yaşayır, texniki pasportu var. Lütfiyyə əl çəkmədiyindən ona da pul verməli olub. Oğlu Aqşinə etibarnamə vermək üçün Lütfiyyə 1000 manat pul istəyib. Sonradan oğlu çətinliklə onu 700 manata razı salıb və həmin pulu verib. İlk iddianın rədd edilməsi, 30000 manat pulun və ödənilmiş dövlət rüsumunun İddiaçı alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında Cavabdeh izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, 1992-ci ildə Cavanşir Gürcüstanda ermənidən etibarnamə alıb, yəni evlə bağlı alqı-satqı Armenlə Cavanşir arasında rəsmiləşib. Torpaq sahələri bir yerdə olub. Əvvəl Lütfiyyə ilə şifahi danışıblar, 2007-ci ildə Lütfiyyə dirənib bünövrə yerləşən torpaq sahəsinin dəyərini öz aralarında qiymətləndirməklə Cavanşirdən qardaşı Qəhrəmanın yanında 5000 ABŞ dolları alıb və Bakıda notariat kontorunda ona həmin torpaqla bağlı baş etibarnamə verib. Torpağın sənədləri qaydasında olmadığından sənədləşdirmək mümkün olmayıb. XDS-nin qərarı əsassızdır. Lütfiyyə plan-ölçü sənədini 2012-ci ildə alıb. Cavanşir sadəlövhlük edib torpağa görə Lütfiyyəyə bir neçə dəfə pul verib. 2019-cu ildə Bakı şəhərində Notariat kontorunda X13 Abışzadəyə həmin torpaq sahəsi ilə bağlı 50 illik etibarnamə verib. Həmin vaxt Lütfiyyənin tələbi ilə 700 manat pul ona verilib. X37 verdiyi etibarnaməni ləğv etdirib. Torpaq sahəsinin sənədləşməsi üçün hüquqi əsas yoxdur. Ev və torpaq sahəsi indi də Cavanşirin faktiki istifadəsindədir. Lütfiyyənin torpağa heç bir hüququ yoxdur. Lütfiyyənin Cavanşirdən sənədsiz torpağa görə pul alması əsassız varlanma olaraq qiymətləndirilir. İddiaçı Cavabdeh pulunu versin, o da torpaqdan çıxsın. Ondan sonra bacarırsa torpağı sənədləşdirsin, çünki torpağın adına sənədləşdirilməsi üçün əsası yoxdur.Torpaqda evin bünövrəsi olub, həmin vəziyyətdə torpaq alqı-satqı predmeti ola bilməzdi. Cavanşir torpağı neçə dəfə almalıdır, bu, dələduzluq deməkdir. Qəhrəman Hidayətovun izahatını qəbul edir. Cavanşir Lütfiyyə ilə notariusdan çıxanda Lütfiyyənin qardaşı Qəhrəman vəziyyəti soruşub, deyiblər ki, 5000 dollar müqabilində razılaşıblar və Lütfiyyə Cavanşirə etibarnamə verib. Tərəflər polisdə araşdırma zamanı da razılaşıblar, lakin ondan sonra Lütfiyyə iddia qaldırıb. Lütfiyyə haqqını artıqlaması ilə alıb. İlk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X21 izahat verərək bildirmişdir ki, İddiaçı mübahisəli torpağı satdığından 2007-ci ildə Bakı şəhərində Əhmədli qəsəbəsində yerləşən notariat kontorunda atasına etibarnamə vermiş, 5000 ABŞ dolları pulu da Lütfiyyənin qardaşı Qəhrəmanın yanında ona vermişdir. Pul 100 dollarlıq əskinazlarda olub. Torpağın rəsmi alqı-satqısı olmayıb. Lütfiyyə və Qəhrəmana etibar ediblər, çünki ailə ilə çox yaxın olublar. Qəhrəman polis şöbəsində izahatlar alınanda bacısına demişdir ki, “qurtarın bu məsələni”. Lütfiyyə isə qardaşına demişdir ki, sən bizim tərəfimizdə olmalısan. Pul verilməsə İddiaçı atasının adına etibarnamə verməzdi. Məhkəmə iclasında şahid X18 izahat verərək bildirmişdir ki, əvvəllər İcra Hakimiyyətində işləyib. 2008-2012-ci illərdə Oğuz rayon Calud kənd icra nümayəndəsi işləyib. İddiaçı həmkəndlisi kimi tanımışdır. 2013-cü ildə başqa orqanda işləyib. 2013-cü ildə İddiaçı adına arayış verməsi mümkün deyil. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirmişdir ki, iddiaçı bacısıdır.Cavabdehin və onun uşaqları bir yerdə böyüyüblər. İddiaçı ilə cavabdehin mübahisəsi ona dərindən məlumdur, yəni o, bu işin içində olmuşdur. Bacısının əri İlham 1992-ci ildə torpaq aldığını demişdir. Qardaşı gedib İlhamla torpağa baxanda Cavanşir deyib ki, bura mənim evimin arxasıdır. İlham onun qardaşını qoyub qaçıb. Cavanşirlə qardaşı mübahisə ediblər. Gedib Cavanşirlə görüşəndə ona demişdir ki, bura mənim həyətimdir, sən olsan nə edərdin. Cavanşiri başa düşüb və söhbət bitib. Sonra İlham sənədləri gətirib evdə ona verib deyib ki, Rusiyaya gedir, yol pulunu versin, məsələ bitsin. Ona 350 dollar pul vermiş, İlham da razılıqla getmişdir.Tarix yadında deyil. Sonra Cavanşirə deyib ki, torpaq sənindir, get rəsmiləşdir. 2007ci ildə Bakıda torpağı sənədləşdirəndə Cavanşirlə oğlu Seymur Lütfiyyəgilə 5000 ABŞ dolları pul verib. Pul veriləndə qarışmayıb. Notariat kontoruna girməyib, sənədləri verib. Həmin vaxt orada Cavanşir, Seymur, bacısı Lütfiyyə və tanımadığı bir qadın olub. Pulun verildiyini ona Seymur deyib. Bacısıgil 350 dolları qaytarmayıblar. Cavanşir sonradan Lütfiyyəyə 700 manat verib. Bacısı ilə danışmır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, ilk iddia tam, qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının iş materiallarına əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin iş materiallarına əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 saylı qərarı ilə Oğuz şəhər sakini İddiaçı Abduləli qızına 599,43 kv.m həyətyanı torpaq sahəsi verilmiş, torpaq sahəsinə dair məlumat X35 kitabında A 389607 nömrə ilə uçota alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan və Oğuz şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, A 389607 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində İddiaçı atasının adı texniki səhv olaraq Abduləli kimi yazılmışdır. Akt Oğuz rayon İHB-nin müavini X22, Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndə əvəzi X25 və X29 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı nümayəndəsi X26 ünvanladığı və iş materiallarına əlavə edilmiş xx.xx.2023cü il tarixli, 3-21-3-42/2-4494/2023 saylı məktubundan görünür ki, İdarənin mütəxəssisləri ilkin texniki inventarlaşma və çöl ölçmə işlərinin aparılması üçün ərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə səbəbli torpaq sahəsində çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır.Bu səbəbdən torpaq sahəsi üzərində hüquqların qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirmə Xidməti MMC-nin iş materiallarına əlavə edilmiş texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, X4 alınmış və İddiaçı adına kadastr planı əsasında qeydə alınmaqla faktiki istifadədə olan 0,06 ha torpaq sahəsinin hər sot üçün dəyəri 5000 manat olmaqla cəmi dəyərinin 30000 manat həddində qəbul olunması məqbul hesab edilir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh müraciətinə uyğun olaraq mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən satılması, Cavabdeh və onun oğlu Akşin Abışzadəyə etibarnamə verilməsi ilə bağlı onlardan 2007-ci ildə 5000 dollar və 2019-cu ildə 700 manat pul alınması mülki xarakterli və məhkəmə səlahiyyətinə aid xüsusatlar olduğundan Oğuz RPŞ-də qeydə alınmış HK-1/324 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış X10 2000-ci illərin əvvəllərində bacısı Lütfiyyə və həyat yoldaşı İlham Oğuz şəhəri S.Vurğun küçəsində yerləşən 6 sot torpaq sahəsini satmaq istədiklərindən 350 manata torpağı onlardan aldığını, daha sonra onlar torpağı Cavabdeh satdıqlarından pulunu geri aldığını, torpağın sənədlərinin Cavanşirə verildiyini, Cavanşirin buna görə bacısıgilə 5000 dollar pul verdiyini, Lütfiyyənin isə Cavanşirə 2007-ci ildə torpağı öz adına keçirmək üçün etibarnamə verdiyini, 2019-cu ildə Lütfiyyənin Cavanşirdən daha 700 manat pul aldığını eşitdiyini, bir müddət sonra Lütfiyyənin verdiyi etibarnaməni ləğv etdirdiyini, buna görə Cavanşirin şikayət etdiyini bildirmişdir. Qərara əsasən X16 Lütfiyyəyə pul verərkən yanında olduğunu, Lütfiyyənin həmin pulu torpaq sahəsini satmaq üçün Cavanşirdən aldığını bildirmişdir. Qərara əsasən İddiaçı 2007-ci ildə torpaq sahəsini Cavaşir Abışova verməsi ilə bağlı ona etibarnamə verdiyini, həmin vaxt Cavanşirdən 5000 dollar almadığını, 2019-cu ildə tanımadığı şəxsin zənginə əsasən notariat kontoruna getdiyini, Cavanşirin oğlu Akşin Abışzadədən 700 manat alaraq ona yenidən etibarnamə verdiyini, sonra həmin etibarnaməni ləğv etdirərək həyat yoldaşı İlham Xudiyevin adına etibarnamə verdiyini, Cavanşirə etibarnamə verdiyinə görə peşman olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri 18-ci notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli,ƏN-İ 099545 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2012-ci ilədək ünvan 2-də yerləşən tikilini özəlləşdirməyi, tikməyi, DƏDRXdən çıxarışı almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı və s.səlahiyyətləri etibar etmişdir. İş materiallarına əlavə edilmiş, Oğuz rayon kontorunda təsdiq edilmiş xx.xx.2010-cu il tarixli, ƏN-İ 153608 saylı etibarnamənin surətindən görünür ki, X11 Cavanşir Müslüm oğluna xx.xx.2013-cü ilədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək də daxil olmaqla bir çox səlahiyyətləri etibar etmişdir. İş materiallarına əlavə edilmiş, Bakı şəhəri 18-ci notariat kontorunda təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AR-İ 860165 saylı etibarnamənin surətindən görünür ki, Xudiyeva X12 Akşin Cavanşir oğluna xx.xx.2069-cu ilədək ünvan 2-də yerləşən 0,06 ha torpaq sahəsini özəlləşdirməyi, istifadə etməyi, sərəncam verməyi, DƏDRX-dən çıxarışı və lazımi digər sənədləri, 1 saylı arayışı almağı, əmlakı satmağı, bağışlamağı, ipotekya qoymağı və s.səlahiyyətləri etibar etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Oğuz rayon Dövlət arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-36RA2-93/2023 saylı məktubu ilə daxil olmuş və iş materiallarına əlavə edilmiş Oğuz rayon XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 14 saylı iclas protokolunun qərarının təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayon Dövlət Notariat Kontorunun xx.xx.1992-ci il tarixli 17/6622 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə əsasən X5 X8 məxsus ev bünövrəsini aldığı üçün həmin bünövrənin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin X5 daimi istifadəsinə verilməsi, qərarın icrasının xüsusi dövlət torpaq orqanının Oğuz rayon şöbəsinə həvalə edilməsi, layihə-smeta sənədləri hazırlandıqdan sonra tikintinin davam etdirilməsinə icazə verilməsi qərara alınmışdır. (qərar: səh 18) Oğuz rayon İHB-nın “Oğuz şəhər sakinlərinin qanuni istifadələrindəki həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi haqqında” iş materiallarına əlavə edilmiş xx.xx.2011ci il tarixli, 163 saylı sərəncamından çıxarışın surətindən görünür ki, Oğuz şəhər sakinlərinin qanuni istifadəsindəki həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə əlaqədar hüquqi sənədlər hazırlanan zaman sakinlərdən bir qrupunun qanuni istifadələrində həyətyanı torpaq sahələrinin olmasına baxmayaraq adlarına hüquqi sənədin hazırlanmadığı nəzərə alınmaqla onların qanuni istifadələrində olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi qərara alınmış, vətəndaşların adlı siyahılarının və s. sənədlərin hazırlanması aidiyyəti orqanlara tapşırılmışdır. Oğuz rayon İHB Oğuz şəhəri İƏV üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X6 özündən başqa ailə üzvünün olmadığı bildirilmişdir. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 5-68-12/2-003/2023 saylı məktubundan görünür ki, Oğuz şəhər İƏD üzrə nümayəndəliyində 2009-cu il tarixədək təsərrüfatbaşına uçot kitabları tərtib olunmadığından İddiaçı Əbduləli qızı və onun ailə üzvləri barədə 1992-1998-ci illər üzrə çıxarışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-6914/2023 saylı məktubundan görünür ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılan arxiv sənədlərinə əsasən qeyd olunan, İddiaçı adına olan A 389607 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsinə əsas olan sənədlər 9 saylı Ərazi İdarəsində mövcud deyil. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri) Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Ümumbəşəri dəyər kimi mülkiyyət hüququ barədə müddəalar “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. “İnsan Hüquqlarının və X17 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yenə həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Oğuz rayon Dövlət Notariat Kontorunun xx.xx.1992-ci il tarixli, 17/6622 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə əsasında X8 məxsus ev bünövrəsini satın almışdır. Oğuz rayon XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 14 saylı iclas protokolunun qərarına əsasən həmin bünövrənin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin İddiaçı daimi istifadəsinə verilməsi, qərarın icrasının xüsusi dövlət torpaq orqanının Oğuz rayon şöbəsinə həvalə edilməsi, layihəsmeta sənədləri hazırlandıqdan sonra tikintinin davam etdirilməsinə icazə verilməsi qərara alınmışdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə qanuni istifadədə olan həmin torpaq sahəsi İddiaçı verilmiş, buna dair tərtib edilmiş A 389607 saylı torpaq sahəsinin (dəqiq ölçü-599,43 kv.m) planı və ölçüsü sənədi bir nüsxəsi 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində saxlanmaqla ona təqdim edilmişdir. İlkin iddianın mahiyyətinə əsasən torpaq sahibi adına çıxarış alınması üçün aidiyyəti orqana müraciət etmiş, rəsmi şəkildə imtina təqdim edən 9 saylı Ərazi İdarəsi bunu torpaq sahəsi üzərində mübahisə səbəbli torpaq sahəsində çöl ölçmə işlərinin aparılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında müəyyən edilmiş hallara əsasən mübahisənin cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən yarandığı təsdiq edilmişdir. Cavabdeh bu hərəkətini əsaslandıraraq bildirmişdir ki, İddiaçı ilə razılaşma əsasında mübahisəli torpaq sahəsini ondan satın almış, lakin torpaq sahəsinin sənədləri qaydasında olmadığından notarial qaydada alqı-satqı həyata keçirilməsi mümkün olmamış, İddiaçı torpağın dəyəri olaraq 5000 ABŞ dolları əvəzində 2007-ci ildə ona etibarnamə ilə geniş səlahiyyətlər vermişdir. Buna baxmayaraq sənədlərin hazırlanması mümkün olmamışdır, çünki torpaq sahəsinə iddiaçının adına verilmiş plan və ölçü sənədinin heç bir əsası olmadığındn həmin sənəd qanuni olaraq qəbul edilmir. Bundan başqa özü həmin torpaq sahəsini və hazırda istifadəsində olan digər sahəni Gürcüstan Respublikasında adı qeyd edilən ermənidən satın almışdır. Sonralar İddiaçı israr etdiyindən ona 5000 dollar pul vermişdir. Həmin məbləğ etibarnamə verilərkən notariat kontorunda oğlu Seymurun, habelə Lütfiyyənin qardaşı Qəhrəman Hidayətovun iştirakı ilə ona verilmişdir. Sənəd hazırlamaq mümkün olmadığından Lütfiyyə 2019-cu ildə yenidən notarial qaydada bütün mühüm səlahiyyətlərin göstərildiyi etibarnaməni onun oğlu Aqşin Abışzadəyə vermiş, həmin vaxt Aqşindən 700 manat pul almışdır. Beləliklə, ilk iddiaçının torpaq üzərində hüququnun olmadığı nəzərə alınmaqla ilk iddia rədd edilməlidir. Bundan əlavə qiymətləndirici tərəfindən verilmiş rəyə əsasən mübahisəli torpağın hazırki bazar dəyəri 30000 manatdır. Buna görə də Lütfiyyə həmin məbləği ona ödəməlidir. Məhkəmə ilk iddia tələbinə münasibətdə bildirir ki, iş materialları ilə müəyyən edildiyi kimi mübahisələndirilən torpaq sahəsi 1993-cü ildə Oğuz rayon XDS Rəyasət Heyətinin qərarı ilə iddiaçının qanuni istifadəsinə verilmişdir, hazırda qüvvədə olan sənədlərlə iddiaçının torpaq sahəsi üzərində üstün hüquqlarının olduğu müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə bildirir ki, qarşılıqlı iddiaçı mübahisəli torpağın bazar dəyəri olaraq 30000 manat pulun alınıb ona verilməsini tələb etsə də, qeyd olunduğu kimi hazırda iddiaçının həmin torpaq sahəsi üzərində üstün hüquqları müəyyən edilir. Buna baxmayaraq qarşılıqlı iddiaçı həm torpağın dəyərini tələb edir, həmçinin ilk iddianın təmin edilməsinə etiraz edir. Belə olan halda qarşılıqlı iddiaçının həm torpaq sahəsini özündə saxlamaq, həm də onun hazırkı bazar dəyərinə uyğun pulunu tələb etmək istəyi məntiqə uyğun hesab edilmir. Buna görə də məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi ilk iddia tələbinin rədd edilməsi hissəsində təmin olunmamalıdır. Məhkəmə qarşılıqlı iddianın ikinci hissəsinə münasibətdə hesab edir ki, qarşılıqlı iddiaçınn pul tələbinin məbləği etibarnamələr verilərkən iddiaçıya verilmiş 5000 dollar və 700 manat həddində müəyyən edilməlidir. Belə ki, ilk iddiaçı 700 manat pulun Cavanşirin oğlu tərəfindən ona verildiyini etiraf edir və bunun beh kimi qəbul edildiyini bildirir. 5000 ABŞ dolların pulun verilməsi İddiaçı tərəfindən qəbul edilməsə də, məhkəmə iddiaçı tərəfin arqumentlərinə tənqidi yanaşır, belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, 2007-ci ildə etibarnamə Cavabdeh verilərkən torpağın sənədləri hazırlandıqdan sonra tərəflər arasında rəsmi alqı-satqının olacağı qərarlaşdırılmışdır, lakin etibarnamənin məzmunundan göründüyü kimi həmin etibarnamə ilə Cavabdeh geniş səlahiyyətlər verildiyindən torpaq sahəsinin sənədləşdirilməsi mümkün olduğu təqdirdə o, əmlakın özgəninkləşdirilməsi, satılması, bağışlanması və s. kimi geniş səlahiyyətlərdən istifadə edə biləcək və iddiaçı qarşısında hər hansı öhdəlik daşıması absurd hesab olunacaqdı. Belə olan halda ilk iddiaçının torpaq sahəsinə görə etibarnamə verilərkən pul almaması inandırıcı hesab edilmir. Bundan əlavə məhkəmə iclasında İddiaçı qardaşı Qəhrəman Hidayətovun şahid qismində izahatı həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilmiş və etiraza səbəb olmamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi Qəhrəman Hidayətov 5000 dollar pulun bacısına verildiyinin bilavasitə şahidi olduğunu bildirmiş, məhkəmə iclasında verdiyi izahatla isə həmin faktı dolayı yolla təsdiq etmişdir. Buna görə də məhkəmə şahidin hər iki izahatını ümumiləşdirməklə hesab edir ki, həqiqətən 5000 ABŞ dolları məbləğində pul İddiaçı verilmişdir. Hazırda həmin məbləğin və 2019-cu ildə verilmiş 700 manat pulun vaxtilə İddiaçı tərəfindən alınması üçün hər hansı qanuni əsas və ya müqavilə əsası müəyyən edilmədiyindən pulun onda qalmasını məhkəmə əsassız varlanma kimi qiymətləndirməklə hesab edir ki, İddiaçı 5000 ABŞ dolları və 700 manat pul alınaraq Cavabdeh verilməklə qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməli, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq 112 manat dövlət rüsumu qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlk iddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən A 389607 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,06 ha (599,43 kv.m) həyətyanı torpaq sahəsində texniki inventarlaşma və çöl ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneə hərəkətləri qadağan edilsin, qeyd edilən torpaq sahəsi üzərində mütəxəssislər tərəfindən müayinə və ölçmə işlərinin keçirilməsi təmin edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5000 (beş min) ABŞ dolları milli manat ekvivalentində və 700 (yeddi yüz) manat alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilsin. İlk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı, qarşılıqlı iddia tələbi üzrə 112 manat dövlət rüsumu qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-29/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-29/2024
16.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver