Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-3/2024 12.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X26 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və iddiaçı Nümayəndə, iddiaçıların vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi tələbinə dair mülki işə 12 yanvar 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı Oğuz rayonu, Ərmənət kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 042F kod 40508028 saylı şəhadətnaməyə əsasən İddiaçı1, mərhum X2 və X1 paylı mülkiyyətində olan 0,93 ha həyətyanı torpaq sahəsinə dair müvafiq sənədlərin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarına əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçı və İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 59 saylı qərarına əsasən atası X5, anası X3 və oğlu İddiaçı1 Oğuz rayon Ərmənət kəndində 0,93 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN 042F kod 40508028 saylı şəhadətnamənin bir nüsxəsi ailəyə təqdim edilmişdir. Atası xx.xx.1998-ci ildə, anası xx.xx.2001-ci ildə vəfat etmişlər. Torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Evin və torpaq sahəsinin qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmiş, İdarənin əməkdaşları əmlakın müayinəsinin aparılması üçün torpaq sahəsinə gəlsələr də, cavabdeh onların qanuni işlərini yerinə yetirməsinə mane olmuş, buna şərait yaratmaqdan imtina etmişdir. Buna görə də İdarə xx.xx.2023-cü il tarixli məktubla qonşu mülkiyyətçi ilə sərhəd mübahisəsi səbəbli torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının mümkün olmadığını bildirməklə, mübahisə həll olunduqdan sonra yenidən müraciət edilməsini tövsiyə etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, iddiaçıların sözügedən torpaq sahəsi üzərində mülkiyyətçi və vərəsə kimi hüquqları vardır.Torpaq sahəsinin yerinin dəqiq müəyyən edilməməsi onların hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdehin və ailə üzvlərinin mülkiyyətində 0,12 ha torpaq sahəsi olsa da, onların istifadəsində azı 0,42 ha zəbt torpaq sahəsi vardır. İddiaçılar belə hesab edirlər ki, həmin zəbt sahə onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini təşkil edir. Digər qonşularla iddiaçılar arasında torpaqla bağlı hər hansı anlaşılmaz məqam yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun surətini təqdim etmiş, izahat verərək bildirmişdir ki, onun və ailə üzvlərinin mülkiyyətinə rəsmi olaraq 0,12 ha həyətyanı torpaq sahəsi verilsə də, uzun illərdir ki, istifadələrində olan 0,42 ha torpaq sahəsi texniki pasportda onların zəbtində olan sahə kimi qeyd edilmişdir. Əgər həmin sahə iddiaçıların mülkiyyətində olan sahəyə aid olsaydı o zaman texniki pasportda göstərilməzdi. İddiaçıların digər qonşuları da var. Ola bilsin ki, torpaq sahəsinin bir hissəsi digər qonşuların istifadəsindədir. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, iddia ehtimallara əsasən verilib, halbuki cavabdehin əlində çıxarış və fərdi yaşayış evinin texniki pasportu vardır. Aqrar islahat keçirilərkən mülkiyyətçilərin istifadəsində olan torpaq sahələri də onların mülkiyyətinə verilib. Cavabdeh və ailəsi 1987-ci ildən cəmi 0,54 ha torpaq sahəsindən istifadə edir. 2023-cü ildə 0,12 ha sahəyə sənəd verilmiş, qalan sahənin sənədinin verilməsi öhdəliyinə dair iddia tələbi ilə inzibati məhkəməyə müraciət olunmuşdur. Bundan əlavə torpağın ölçülməsi ilə bağlı Şərqiyyəyə müraciət edən olmayıb. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib sənədləri araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə-tikinti-texniki ekspertizası təyin etmişdir. Sözügedən qərardadın icrasının təmin edilərək mütəxəssisin ekspertin rəy verə bilməsi üçün 2(054)- 339/2023 saylı mülki iş üzrə mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsinə dair mülkiyyət və hüquqverici sənədlərin surəti Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə təqdim edilmişdir. İş üzrə mütəxəssis rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı1 və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı Nümayəndə əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdi, mütəxəssis rəyi ilə razı olmadığını bildirdi, izahatına əlavə olaraq qeyd etdi ki, iddia etdiyi 93 sot torpaq sahəsi ata-anasının və digər iddiaçı olan oğlunun mülkiyyətindədir, yəni torpaq sahəsinin bir hissəsi miras əmlak hesab olunur. Vərəsə olaraq 8 nəfər olsalar da mirası faktiki olaraq o, oğlu Cavid və qardaşı Nizami qəbul etmişdir. Cavabdeh isə Nizaminin arvadıdır. Torpaq sahəsinin cəmi 67 sotundan istifadə edə bilirlər, qalan 26 sot hissə cavabdehin istifadəsindədir. İddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında verdiyi izahatı və iddiaçının hazırki izahatını təsdiq etdi, mütəxəssis rəyini qəbul etmədiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdi, mütəxəssis rəyini qəbul etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, iddiaçılara məxsus şəhadətnamədə olan torpaq sahəsinin əksik hissəsi yol yerinə düşür, mütəxəssis rəyinə əlavə edilmiş sxemlərlə də bu hal öz təsdiqini tapır.Şərqiyyə tərəfindən heç kimə maneə yaradılmayıb, onun artıq torpaq sahəsi yoxdur. İstifadəsində olan torpaq sahəsi bələdiyyə torpağıdır və sənədləşdiriləcək.İddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin əraziyə baxış keçirilməsində və mütəxəssis rəyinin hazırlanmasında iştirak etmiş mühəndisi X29 izahat verərək bildirmişdir ki, Oğuz rayon Ərmənət kəndində JN 042F kod 40508028 saylı torpağın mülkiyyətə verilməsinə dair yerquruluşu xəritəsinə əsasən JN 042F kod 40508028 saylı şəhadətnaməyə əsasən İddiaçı1, mərhum X2 və X1 mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə Ərmənət kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsi (DVG) arasında uyğunsuzluq olduğuna görə yerində cizgilərini müəyyən etmək mümkün olmamışdır. İddiaçı1 faktiki istifadəsində 0,67 ha torpaq sahəsi mövcuddur. İddiada qeyd edilmiş torpaq sahəsi və ya bir hissəsi (xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarış və fərdi yaşayış evinin 405-8028/34 inventar nömrəli texniki pasportu nəzərə alınmaqla) cavabdehin yaxud digər şəxslərin istifadəsində deyildir. Cavabdehin faktiki istifadəsində 0,543 ha torpaq sahəsi mövcuddur.Həmin torpaq sahəsinin 0,12 ha hissəsi **********19 nömrəli çıxarışla onun xüsusi mülkiyyətinə verilmişdir. Qalan 0,423 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Həmin məhkəmə iclasında İdarənin digər mühəndisi X24 izahatı təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, İdarənin xx.xx.2023-cü iltarixli, 3-21-3-42/2-6101/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində cavabdehin çıxarışına dair məlumat texniki səhv olaraq **********15 olaraq göstərilmiş, bundan əlavə mütəxəssis rəyinin 2-ci bəndinin 2-ci cümləsinin əvvəlində “iddiaçının qeyd edilən torpaq sahəsi” əvəzinə cümlə “qeyd edilən torpaq sahəsi” sözləri ilə başlamışdır. Hər bir halda cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi tutulmamışdır. Mütəxəssis rəyinə əlavə edilmiş 5 vərəqdən ibarət yerquruluşu planlarında qeyd edilən hallar öz əksini tapmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının iş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxxx 1994-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının iş materiallarına əlavə olunmuş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx xxxx 1961-ci ildə Azərbaycan Respublikası Vartaşen rayonu Ərmənət kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Ərmənət kəndidir. Azərbaycan Respublikası vətəndaşının iş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxx 1959-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqqında İİ-İE 118787 saylı şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx xxxx 1961-ci ildə Azərbaycan Respublikası Vartaşen rayonu Ərmənət kəndində anadan olmuş, bu barədə Qumlaq kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx xxxx 1961-ci il tarixdə 37 nömrə ilə qeyd edilmiş, atası X11, anası X6r. İş materiallarına əlavə olunmuş doğum haqqında XX-JQ 456692 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxxx 1994-cü ildə Azərbaycan Respublikası Oğuz rayonu Ərmənət kəndində anadan olmuş, bu barədə Oğuz rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 05 dekabr 1994-cü il tarixdə 47 nömrə ilə qeyd edilmiş, atası X13, anası X4r. İş materiallarına əlavə olunmuş evladlığa götürmə haqqında İ-JQ 278196 saylı şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1994-cü il tarixdə Oğuz rayonu Ərmənət kəndində doğulmuş İddiaçı1, X13 və X7 tərəfindən evladlığa götürülmüş, bu barədə Oğuz rayon VVAQ şöbəsində evladlığa götürmə haqqında akt qeydləri kitabında 19 avqust 1999-cu il tarixdə 7 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 042F kod 40508028 saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 13 mart 1998-ci il tarixli 59 saylı qərarı ilə X5, X3 və İddiaçı1 0,93 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında AZ-İİ 292204 saylı şəhadətnamənin surətindən görünür ki, X10 05 aprel 1998-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Xalxal kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında həmin tarixdə 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında AZ 017041 saylı şəhadətnamənin surətindən görünür ki, X7 20 iyun 2001-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında 21 iyun 2001-ci il tarixdə 07 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 17 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19-10301 reyestr nömrəli çıxarışın və 405-8028/34 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Oğuz rayonu Ərmənət kəndində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 116,8 kv.m olan fərdi yaşayış evi və torpaq sahəsi hər birinin payı 1/5 hissədə olmaqla hüquq sahibləri Cavabdeh, X15, X12, X18 və X16 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Texniki pasporta əsasən zəbt sahə 0,423 ha-dır. İş materiallarına əlavə edilmiş 29 aprel 2021-ci il tarixli, 405-8028//34 inventar nömrəli texniki pasportun surətindən görünür ki, sözügedən fərdi yaşayış evi həmin vaxt hüquq sahibi X8 adına olmaqla torpaq sahəsi sənəd üzrə 0,12 ha, faktiki sahə 0,543 ha, tikinti altı sahə 0,02625 ha, digər sahələr 0,51675 ha olmaqla, zəbt sahə 0,423 ha-dır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2- 470/2023 saylı bildirişindən görünür ki, İddiaçı1 Oğuz rayonu, Ərmənət kəndində yerləşən fərdi yaşayış evinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsinə baxılmış, araşdırma zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində qonşu mülkiyyətçi ilə sərhəd mübahisəsi səbəbindən torpaq sahəsi üzərində çöl-ölçmə işlərinin aparılmasının mümkün olmadığı ərizəçiyə bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü iltarixli, 3-21-3-42/2- 6101/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Oğuz rayon Ərmənət kəndində JN 042F kod 40508028 saylı torpağın mülkiyyətə verilməsinə dair yerquruluşu xəritəsinə əsasən JN 042F kod 40508028 saylı şəhadətnaməyə əsasən İddiaçı1, mərhum X2 və X1 mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə Ərmənət kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsi (DVG) arasında uyğunsuzluq olduğuna görə yerində cizgilərini müəyyən etmək mümkün olmamışdır. İddiaçı1 faktiki istifadəsində 0,67 ha torpaq sahəsi mövcuddur. İddiada qeyd edilmiş torpaq sahəsi və ya bir hissəsi (xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarış və fərdi yaşayış evinin 405-8028/34 inventar nömrəli texniki pasportu nəzərə alınmaqla) cavabdehin istifdəsində deyildir. Cavabdehin faktiki istifadəsində 0,543 ha torpaq sahəsi mövcuddur.Həmin torpaq sahəsinin 0,12 ha hissəsi **********19 nömrəli çıxarışla onun xüsusi mülkiyyətinə verilmişdir. Qalan 0,423 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri) Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Ümumbəşəri dəyər kimi mülkiyyət hüququ barədə müddəalar “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. “İnsan Hüquqlarının və X14 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, torpaq islahatı keçirilərkən iddiaçı Nümayəndə ata-anasına, habelə digər İddiaçı1 cəmi 0,93 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı Nümayəndə valideynləri vəfat etmişlər. İddiaçı tərəf bildirir ki, torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər. Evin və torpaq sahəsinin qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etmiş, İdarənin əməkdaşları əmlakın müayinəsinin aparılması üçün torpaq sahəsinə gəlsələr də, cavabdeh onların qanuni işlərini yerinə yetirməsinə mane olmuş, buna şərait yaratmaqdan imtina etmişdir. Buna görə də maneələrin aradan qaldırılması ilə bağlı tələblə məhkəməyə müraciət edilmişdir.İddiaçı tərəf hesab edir ki, mübahisəli torpaq sahəsi 0,93 ha olmaqla, həmin torpaq sahəsinin 0,26 ha hissəsi cavabdehin zəbtində olan 0,423 ha torpaq sahəsinin hüdudları daxilindədir. Buna görə də iddia tələbinin cavabdehə münasibətdə təmin edilməsini xahiş edirlər. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza qərardadına əsasən əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Oğuz rayon Ərmənət kəndində JN 042F kod 40508028 saylı torpağın mülkiyyətə verilməsinə dair yerquruluşu xəritəsinə əsasən JN 042F kod 40508028 saylı şəhadətnaməyə əsasən İddiaçı1, mərhum X2 və X1 mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə Ərmənət kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsi (DVG) arasında uyğunsuzluq olduğuna görə yerində cizgilərini müəyyən etmək mümkün olmamışdır. İddiaçı1 faktiki istifadəsində 0,67 ha torpaq sahəsi mövcuddur. İddiada qeyd edilmiş torpaq sahəsi və ya bir hissəsi (xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarış və fərdi yaşayış evinin 405-8028/34 inventar nömrəli texniki pasportu nəzərə alınmaqla) cavabdehin istifadəsində deyildir. Cavabdehin faktiki istifadəsində 0,543 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinin 0,12 ha hissəsi **********19 nömrəli çıxarışla onun xüsusi mülkiyyətinə verilmişdir. Qalan 0,423 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Məhkəmə araşdırması ilə həmçinin müəyyən edilmişdir ki, bələdiyyənin mülkiyyətində və cavabdehin istifadəsində olan 0,423 ha torpaq sahəsi cavabdehin və digər ailə üzvlərinin adına olan fərdi yaşayış evinin texniki pasportunda xüsusi qeydlə zəbt sahə olaraq göstərilmişdir. Yuxarıda qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və X9 Cavabdeh qarşı əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-3/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-3/2024
12.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver