Məhkəmə qərarları › İş №2(054)-323/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-323/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-323/2024 26.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiacı İddiaçı, onun nümayəndəsi və vəkili Xudiyev Araz Sadəddin oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 8270 manat əsas borcun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat pulun və 107 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 8270 manat əsas borcun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat pulun və 107 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayonu Kərimli kəndində yaşayır. Cavabdehlə dostluq münasibətləri var. Birlikdə biznes qurmaq qərarına gəlmiş və Oğuz rayon Qumlaq kəndində yerləşən mağazanı icarəyə götürmüşlər. Mağazanı öz hesabına açmış, orada olan malları özü gətirmişdir.X2 da ona kömək etmişdir. mağazaya ümumilikdə 56000 manat xərc çəkmişdir. Vaqifə demişdir ki, mağazanı işlət, qazancı yarı bölərik. 2022-ci ilin oktyabr ayında cavabdehlə işlətdiyi mağazanın əvəzində ona 26000 manat verilməsi barədə razılığa gəlmişlər. Bu zaman cavabdehin mağazada olan, “Akkord” şirkətinə məxsus sementin dəyəri 500 manat və sobanın dəyəri 200 manat olmaqla 700 manat borcu olub. Sonra şirkətə 500 manatı özü ödəyib. Beləliklə cavabdeh cəmi 26700 manat pul ödəməli idi. xx.xx.2022-ci ildə həmin puldan 15000 manatını cavabdeh ona verib, lakin ondan 2000 manat pul alıb ayın sonunadək ödəyəcəyini bildirmişdir. Həmin pul ona 2023-cü ilin iyul ayında qaytarılıb. Cavabdeh borcundan 3000 manatını X2a kartla göndərib, kartına 80 manat ödəmiş və ona 350 manat dəyərində taxıl vermişdir. Bütün bunlardan sonra cavabdehin ona 8270 manat borcu qalmışdır. Mağazada olan xırda xərcləri istəmir, orada olan əşyalara da iddiası yoxdur. 56000 manat xərcə baxmayaraq 26000 manata razılaşmışdır. Pulun içərisində şirkətlərin də borcları var. Cavabdeh qalan pulu ödəməkdən yayınır. Halbuki bununla bağlı sübut, cavabdehlə telefon danışığının səs yazısı mövcuddur. Mağazada 54000 manatlıq mal ola-ola oranı 15000 manata satması mümkün deyildi. Sahibkar kimi mağazaya pul qoyub, cavabdeh satıcı işlədiyinə görə əldə edilən qazanca onunla şərik olub. Mağazadan istədiyi qədər pul götürə bilərdi, amma etməyib. Sahibkar kimi VÖEN açdırıb, amma indi fəaliyyətini dayandırıb. İşə rayon məhkəməsində baxılmasını istəyir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, tərəflər Oğuz rayon Polis şöbəsində izahat veriblər. Arada 26000 manat pulla bağlı razılıq olub. Vaqif isə deyir ki, 20000 manata razılaşıblar, amma Turala təxminən 21000 manat ödəyib. Əgər 20000 manata razılıq olmuşdusa, pulu artıq ödəməli deyildi. 20000 manat məsələsi öz təsdiqini tapmır. Tərəflər hər ikisi vergi ödəyicisidir. Tural hələlik fəaliyyətini dayandırıb. İddia tələbi qanunidir, amma tərəflərin qarşılıqlı razılaşması ilə barışıq əldə edilməsi istisna deyil. Aidiyyət məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, əvvəllər yük maşını sürüb. Turalla yoldaşlıqları olub, indi də münasibətləri normaldır. Tural ona demişdir ki, Qumlaq kəndində mağaza götürüb, gəlsin orada satıcı işləsin. Mağazanı qaydaya salıb, lazımi işləri görmək üçün usta gətirib. Tural iki gün sonra yoxa çıxdı. Turala etiraz edib, deyib ki, belə işləmək olmur. Tural “düzələcək” deyib. İşləmək üçün atasının adına 15000 manat kredit alıb mağazaya xərcləyiblər. Firmalara da borc vardı. Qazanc yox idi, ona görə Turala deyib ki, 15000 manat krediti bağlasın, mağazanı da özü götürüb işlətsin. Tural adam gətirib hesablatdı, dedi “30000 manat ver, mən özüm gedim”. Ona 15000 manat verəcəyini bildirib. Sonra 20000 manata razılaşıblar. Həmin pulu da Turala verib. Onun iddiaçıya borcu yoxdur. Əlində malların qəbulu və çıxışı, digər xərclərlə bağlı qeyd kitabçaları var, hamısını Tural özü yazıb.Turala 21000 manatdan artıq pul verib. Polisdə izahatında Tural özü bunu bildirib. xx.xx.2023-cü ildə 10000 manat, sonra 15000 manat kredit götürüb. Turala verdiyi 15000 manat pulu borc alıb. Tural ona 26000 manat demişdir, o isə 20000 manata razılaşıb. Pulu artıq verdiyini əvvəl bilməyib, sonra hesablayanda ona məlum olub. Şirkət borclarını da özü ödəyib.Tural gəlsin, hesablama aparsınlar, onun pulunu versin, mağazanı qoyub çıxacaq. Mağazada 54000 manatlıq mal olub, onun 20000 manat hissəsi onundur.Tural onu işə salıb. Maşın almağa gedəndə də Tural ondan pul götürüb. Məhkəmə aidiyyəti məsələsini məhkəmənin mülahizəsinə buraxır. İddianın rədd edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş elektron çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən ********** nömrəli VÖEN-lə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə hazırda fəaliyyətini müvəqqəti dayandırmışdır. İşə əlavə edilmiş elektron çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən ********** nömrəli VÖEN-lə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə aktiv fəaliyyətdədir. Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********603700 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə 10 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi ödəyicisi fəaliyyətini xx.xx.2020-ci il tarixdə dayandırmış, xx.xx.2021-ci il tarixdə bərpa etmişdir. xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin fəaliyyəti yenidən dayandırılmışdır. Hal-hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə görə aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir (Həmin Məcəllənin 32.6-cı maddəsi). Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. (Həmin Məcəllənin 32.7-ci maddəsi). Hazırki iş üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərdən keçirilərkən müəyyən edildi ki, İddiaçı və Cavabdeh vergi ödəyicisi olmaqla onların arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olub iddiaya baxılması MPM-in hazırda qüvvədə olan 26.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğundan iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı 8270 manat əsas borc, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat pul və 107 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar