Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-341/2023 07.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı 4906,40 AZN əsas borc, 825,86 AZN faiz borcu, 57,90 AZN cərimə, cəmi 5790,16 AZN kredit borcunun və 78,34 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizələri ilə məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qeydiyyat ünvanına uyğun olaraq ünvan 2ildirişlərinə cavab olaraq nümayəndəlik 5-68-12/2-55/2023 saylı, xx.xx.2023-cü il tarixli və 5-68-12/2-80/2023 saylı, xx.xx.2023-cü il tarixli məktublarla cavabdehin qeydiyyatda olmasına baxmayaraq kənddə yaşamadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 244nkNAR/22 saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə ona 60 ay müddətinə, illik 18% ödəmək şərtilə 4959 AZN məbləğində kredit verilmişdir. Kreditin məqsədli təyinatı xx.xx.2021-ci il tarixli, 439sNARb/21 saylı (məbləğ 944,89 AZN) və xx.xx.2021-ci il tarixli, 2230nkNARb/21 saylı (məbləğ 4013,43 AZN) kredit müqavilələri üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi olmuşdur. xx.xx.2022-ci il tarixli, 244nkNAR/22 saylı kredit müqaviləsi üzrə ayrılmış kredit borcalanın əvvəlki iki müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından akseptsiz qaydada silinmişdir. Müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borclu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 127 AZN, sonuncu ay 37,60 AZN olmaqla, ümumilikdə 7530,6 AZN (4959 AZN əsas, 2571,6 AZN faiz) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə şərtlərini pozmuş, borcunu ödəməkdən yayındığından cavabdehdən xx.xx.2023-cü il tarixə olan 4906,40 AZN əsas borc, 825,86 AZN faiz borcu, 57,90 AZN cərimə, cəmi 5790,16 AZN məbləğində borcun və 78,34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 244nkNAR/22 saylı kredit müqaviləsindən görünür ki, borcluya xx.xx.2021-ci il tarixli, 439sNARb/21 saylı (məbləğ 944,89 AZN) və xx.xx.2021-ci il tarixli, 2230nkNARb/21 saylı (məbləğ 4013,43 AZN) kredit müqavilələri üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 60 ay müddətinə, illik 18 % dərəcəsi ilə 4959 AZN məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 244nkNAR/22 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, 4959 AZN əsas, 2571,6 AZN faiz borcunun ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 127 AZN, sonuncu ay 37,60 AZN olmaqla (ümumilikdə 7530,6 AZN) xx.xx.2027ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan 13 iyul 2022-ci il tarixli, UB-BANK/PİKMD saylı bildirişin surətindən görünür ki, Cavabdeh həmin tarixə olan 5222,56 AZN borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə bütün borc məbləği və onun qaytarılması üçün çəkilən xərclərlə bağlı iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan 11 fevral 2023-cü il tarixli, BANK/PİKMD/1083214 saylı maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya həmin tarixə borcu 4906,40 AZN əsas borc, 825,86 AZN faiz borcu, 57,90 AZN cərimə, cəmi 5790,16 AZN-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, 244nkNAR/22 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4906,40 AZN əsas borc, 825,86 AZN faiz borcu, 57,90 AZN cərimə, cəmi 5790,16 AZN borcu yaranmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən Cavabdeh ödənilmiş 78,34 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 244nkNAR/22 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4906,40 AZN əsas borc, 825,86 AZN faiz borcu, 57,90 AZN cərimə, cəmi 5790,16 (beş min yeddi yüz doxsan manat on altı qəpik) AZN borc və 78,34 (yetmiş səkkiz manat otuz dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-341/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-341/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver