Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-351/2023 06.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı 1786,05 manat əsas borc, 415,76 manat faiz, 7,51 manat cərimə, cəmi 2209,32 manat borcun və 42,51 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ın müddəalarını əhatə edən 23-1-ci fəslinə uyğun olaraq cavabdehə MPM-in 47, 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinin məzmununu əhatə edən məhkəmə bildirişi göndərilmiş, bildiriş zərfin üzərinə əlavə edilmiş “F-20”də “vəfat edib” qeydi yazılmaqla məhkəməyə geri qaytarıldığından xx.xx.2023-cü il tarixli qərardadla işə iddia icraatında baxılması qərara alınmışdır.Məhkəmənin sorğusuna cavab olaraq Oğuz rayon İHB Xalxal kənd İƏD üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli, 5-68- 12/2-60/2023 saylı məktubla xx.xx.1967-ci il tarixdə Oğuz rayonu Xalxal kəndində anadan olmuş, həmin kənd sakini Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etdiyini və Xalxal kənd qəbristanlığında dəfn edildiyini bildirmişdir. Oğuz rayon Qeydiyyat şöbəsi oxşar məzmunlu sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11-163/2023 saylı məktubla Cavabdeh ölümü haqqında akt qeydindən çıxarışı məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə elektron qaydada məhkəməyə daxil olmuş ərizəsi ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cu maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266–268 -ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzinə (Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökumət ÖdənişPortalı) əsasən "xxxx" KB ASCyə ödənilmiş 42,51 manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-351/2023
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-351/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver