Məhkəmə qərarları › İş №2(054)-369/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-369/2022

20.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-369/2022 20.09.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi - şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı 962,87 manat maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 962,87 manat maddi ziyan məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi - şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən X3 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh barəsində Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (054) - 3 / 2022 nömrəli hökmü icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçındə məhkum kimi qeydiyyata alınmış və həmin tarixdə ona 2740PC2 nömrəli “İDRAK” modelli elektron nəzarət vasitəsi işlək vəziyyətdə quraşdırılaraq təhvil verilmişdir. Həmin elektron nəzarət vasitəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli aktla İddiaçınə təhvil verilmişdir. Cavabdehin anası Xatirə Hümbətova xx.xx.2022-ci il tarixdə İddiaçınə gələrək oğlunun ona tətbiq edilmiş elektron nəzarət vasitəsi olan 2 ədəd ev siqnal ötürücüsünü yararsız vəziyyətə saldığını, elektron qolbağı, 1 ədəd ev siqnal ötürücüsünü itirdiyini və elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdiyini bildirmişdir. Cavabdehə tətbiq edilən elektron nəzarət vasitəsi xx.xx.2022-ci il tarixdə Xatirə Hümbətovadan təhvil alınmış və bu barədə akt tərtib edilmişdir. Elektron nəzarət vasitəsini yararsız vəziyyətə salması ilə bağlı cavabdehdən izahat tələb olunanda cavabdeh ona təhvil verilmiş elektron qolbağı və 1 ədəd ev siqnal ötürücüsünü itirdiyini etiraf etmişdir. 2 ədəd ev siqnal ötürücüsü isə yararsız vəziyyətdə İddiaçınə təhvil verilmişdir. Cavabdeh hökmlə onun üzərinə qoyulmuş, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək vəzifələrinin tələblərini pozduğuna görə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7 (054) - 7 / 2022 nömrəli qərarı ilə 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cavabdehin yararsız vəziyyətə saldığı elektron nəzarət vasitəsinin dəyəri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən texniki rəy alınmış və həmin elektron nəzarət vasitəsinin dəyərinin 962,87 manat olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı 962,87 manat maddi ziyan məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazı olmadığını bildirdi və məhkəmə baxış iclasında verdiyi izahatında göstərdi ki, məhkəmə tərəfindən təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən ona elektron nəzarət vasitəsi təhvil verilmişdir. Həmin vaxtdan o, elektron nəzarət vasitəsini üzərində saxlayaraq gəzdirmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində güclü yağış yağdığına görə evə gecikməmək üçün qaçaraq getmiş, evə çatanda məlum omuşdur ki, ona təhvil verilmiş elektron qolbağı və 1 ədəd ev siqnal ötürücüsü ayağından açılaraq itmişdir. Ona təhvil verilmiş elektron qolbağ itdiyi üçün evdə quraşdırılmış siqnal ötürücüsü siqnal vermiş və o da əsəbiləşərək həmin siqnal ötürücüsünü vurub sındırmışdır. Elektron nəzarət vasitəsinin digər hissələri xx.xx.2022-ci il tarixdə akt tərtib edilməklə təhvil verilmişdir. Ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Oğuz Rayon Məhkəməsinin qərarı ilə 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir və o, hazırda da cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkir. Cəzasını çəkib qurtarandan sonra həmin elektron nəzarət vasitəsinin dəyəri olan 962,87 manat məbləği ödəyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (054) - 3 / 2022 nömrəli hökmü, hökmün icrası barədə xx.xx.2022-ci il tarixli göstəriş, elektron nəzarət vasitəsinin icra məmuruna təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixli akt, məhkuma elektron nəzarət vasitəsinin tətbiq olunması barədə xx.xx.2022-ci il tarixli protokol, elektron nəzarət vasitəsinin bəzi hissələrinin məhkumdan təhvil alınması barədə xx.xx.2022-ci il tarixli akt, məhkumun xx.xx.2022-ci il tarixli izahatı, elektron nəzarət dəstinin ayrı-ayrı hissələrinin qiymətləndirməsi ilə bağlı xx.xx.2018-ci il tarixli cədvəl, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7 (054) - 7 / 2022 nömrəli qərarı ilə müəyyən edildi ki, cavabdeh barəsində Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (054) - 3 / 2022 nömrəli hökmü icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçındə məhkum kimi qeydiyyata alınmış və həmin tarixdə ona 2740PC2 nömrəli “İDRAK” modelli elektron nəzarət vasitəsi işlək vəziyyətdə quraşdırılmışdır. Həmin elektron nəzarət vasitəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli aktla İddiaçınə təhvil verilmişdir. Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsi olan 2 ədəd ev siqnal ötürücüsünü yararsız vəziyyətə salmış, elektron qolbağı, 1 ədəd ev siqnal ötürücüsünü itirmişdir. 2 ədəd ev siqnal ötürücüsü isə yararsız vəziyyətdə İddiaçınə təhvil verilmişdir. Elektron nəzarət vasitəsini yararsız vəziyyətə salması ilə bağlı cavabdehdən izahat tələb olunanda cavabdeh ona təhvil verilmiş elektron qolbağı və 1 ədəd ev siqnal ötürücüsünü itirdiyini etiraf etmişdir. Cavabdeh hökmlə onun üzərinə qoyulmuş, cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək vəzifələrinin tələblərini pozduğuna görə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7 (054) - 7 / 2022 nömrəli qərarı ilə 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cavabdehin elektron nəzarət vasitəsinin yararsız vəziyyətə saldığı və itirdiyi hissələrinin dəyərinin cəmi 962,87 manat olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı 962,87 manat maddi ziyan məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini tələb edir. İddiaçı hazırki iddia tələbinin əsası kimi elektron nəzarət vasitəsinin cavabdehə tətbiq edilməsi və ondan təhvil alınması barədə aktlara, elektron nəzarət dəstinin ayrı-ayrı hissələrinin dəyəri barədə qiymətləndirmə cədvəlinə istinad edir. Cavabdeh iddia tələbinə etirazı olmadığını və elektron nəzarət vasitəsinin dəyəri olan 962,87 manat məbləği həbsdən azad olunandan sonra ödəyəcəyini bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri qəsdən yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla 962,87 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmiş, cavabdeh özü də bu faktı etiraf etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 962,87 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 962,87 manat maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla cavabdehdən 30,00 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 962,87 manat maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına (X1, Müxbir hesab AZ41NABZ********************, VÖEN **********, KOD 210005, SWİFT CTREAZ 22, Bakı şəhər Maliyyə İdarəsi, H/H AZ66CTRE********************, VÖEN **********, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142340) ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar