Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-370/2023 25.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X13 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi İsmayılova Ziba Məhəmməd qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-28 iyul 2013-cü il tarixdə anadan olmuş X4 və 28 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cəmi 300 manat alimentin məbləğinin artırılaraq cəmi 500 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə nikahlarını 03 oktyabr 2012-ci ildə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan 28 iyul 2013-cü il tarixdə Selin və 28 dekabr 2017ci il tarixdə Ömər adlı övladları doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(054)-102/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Aliment məbləğinin aşağı olmasına baxmayaraq keçən 2 il ərzində cavabdehə qarşı tələblə məhkəməyə müraciət etməmişdir. 2022-ci ildə maddi vəziyyəti səbəbli yenidən məhkəməyə müraciət etmiş, Oğuz Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(054)-140/2022 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində təyin edilmişdir. Məhkəməyə yenidən müraciət etməsinin ciddi səbəbi vardır, belə ki, oğlu Ömər uşaqlıqdan xəstə olmaqla 2022-ci ilin noyabr ayından ona uşaq autizmi-kanner sindromu diaqnozu qoyulmuş, 3-cü dərəcəli əlillik müəyyən edilməklə 150 manat sosial müavinət təyin edilmişdir. Məlum olduğu kimi autizm kəskin və müalicəsiz xəstəlik olub uşağın cəmiyyətə qismən inteqrasiyası üçün mütəxəssis nəzarəti altında olmaqla uzun müddətli psixoloji və dərman müalicəsi tələb edir. Bunun üçün isə xeyli məbləğdə maddi vəsait lazımdır. Əslində Bakı şəhərində belə uşaqlarla məşğul olan respublika autizm mərkəzi fəaliyyət göstərsə də, həmin Mərkəzə getməsi mümkün deyil, belə ki, daimi iş yeri olan Oğuz rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində böyük tibb bacısı işləməklə ələ çatan aylıq əmək haqqı 564,07 manat təşkil edir. Beləliklə, həm daimi yaşayış yeri, həm də maddi imkanları səbəbli Ömərin həmin mərkəzdə təlimi mümkün deyil. Bakıda evi də yoxdur. Bundan əlavə Selin böyüyüb, onun da xərcləri artıb, lakin Ömərin xəstəliyi səbəbli Selinə lazımi miqdarda maddi və mənəvi dəstək göstərə bilmir.Cavabdeh özü də Ömər üçün nəyin lazım olduğunu yaxşı bilir, hətta iki il əvvəl özü Öməri təxminən bir həftə ərzində həkimin yanına aparmış, sonra ona “Çinarə, məndən bu qədər” deyərək uşağın vəziyyətindən utandığından köməkdən imtina etmişdir. Öməri mütəmadi olaraq, yəni həftədə 3 dəfə psixoloq və loqopedə aparır. Bütün əmək haqqı və Ömərin sosial müavinəti buna xərclənir. Qalan xərcləri atası tərəfindən ödənilir, lakin anası xəstə olduğundan onun da bir sıra xərcləri ödənilməlidir. 2020-ci ildən Ömərin müalicəsi 4 aydan bir yenilənir, uşaq dərmanla yemək yeyir, dərmanla yatır. Halbuki iki uşağın digər xərcləri də var. İddia tələbində hər uşaq üçün 250 manat alimentin tutulması tələbi qoyulub, Hesab edir ki, cavabdeh həmin məbləği ödəməyə qadirdir, lakin yenə də güzəştə gedərək hər uşağa 220 manat alimentin təyin edilməsini qəbul edə bilər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı hər bir məsələ ilə bağlı lazım olan məlumatı versə də qeyd etmək lazımdır ki, cavabdeh məhkəməyə təqdim etdiyi etirazında işləmədiyini bildirmiş, qərəzli münasibət səbəbli ona qarşı alimentin artırılması barədə tələblə məhkəməyə müraciət edildiyini və digər bu kimi səbəbləri göstərmişdir. Cavabdeh fərdi sahibkarlıqla məşğul olmaqla rəsmi şəkildə vergi ödəyicisi kimi gül salonu işlətmiş, hazırda da işlətməkdə davam edir. Onun fəaliyyətinin dayandırılması yalnız görünüş üçündür, gəlirini gizlədir, bu, alimentdən boyun qaçırmaq məqsədi güdür.Buna baxmayaraq iddiaçının tələbini müdafiə edir və onunla həmrəydir. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi olan anası X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, oğlu və özü iddianı qəbul etmir. Əvvəla bildirir ki, yaxın günlərdə nəvəsi Ömərlə ünsiyyətdə olmaq üçün onu evə aparmış, həmin vaxt uşağın vəziyyətinin yaxşı olmadığını müşahidə etmişdir. Uşağa müalicə lazımdır. Əgər iddiaçı uşağa baxa, ona qulluq edə bilmirsə, o zaman uşağı himayəyə götürüb baxmağa hazırdırlar. O özü uşağa necə lazımdırsa baxa bilər. Çinarəyə təklif ediblər ki, uşağı birlikdə həkimə aparsınlar, nə lazımdır etsinlər, lakin iddiaçı buna razı olmur. İddia tələbinin mahiyyətinə gəldikdə bildirir ki, oğlu aliment təyin olunub artırılandan indiyədək borc saxlamamış, çətinliklə də olsa ödənişi vaxtında etmişdir. Belə ki, iş yeri olmadğından oğlu işləmir, aliment borcunu valideyn olaraq o və əri ödəyirlər. Gül salonu onun özünün adınadır, gəlir gətirmir, buna görə yaxınlarda bağlana bilər. Özü müəllim işləyir, ailəyə baxır. Bundan əlavə uşağı saxlamaq hər iki valideynin borcudur.Göründüyü kimi iddiaçının kifayət edən miqdarda əmək haqqı var, üstəlik uşağa baxmaq üçün 100 manat alır. Ömər üçün isə hər ay dövlət tərəfindən 150 manat sosial müavinət ödənilir.İddiaçı isə belə hesab edir ki, uşaqlara yalnız ata baxmalıdır.Valideynlik borcunu yerinə yetirmək istəməyən iddiaçı həm qanunun tələbini pozur, həm də mənəvi dəyərləri, ən əsası isə uşaqların hüquq və mənafelərini nəzərə almır.Cavabdehin işləmədiyi, hazırda ödənilən alimentin kifayət qədər yüksək olması, iddiaçının işləməsi və maddi vəziyyətinin kifayət qədər yaxşı olması, ehtiyac olmadığı halda qərəzli olaraq cavabdehə ziyan vurmaq məqsədilə hər il iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 072269 saylı şəhadətnamənin surətindən görünür ki, X10 28 iyul 2013-cü il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 14 avqust 2013-cü il tarixdə 203 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X5r. İşə əlavə edilmiş doğum haqqında AZ-T 198629 saylı şəhadətnamənin surətindən görünür ki, X12 28 dekabr 2017-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 12 yanvar 2018-ci il tarixdə 22 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X5r. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-140/2022 saylı, 18 aprel 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay tutulan cəmi 240 manat alimentin miqdarı artırılmış, hər ay hər uşağa 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, 28 iyul 2013-cü il tarixdə anadan olmuş X4 və 28 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(054)- 102/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli nikah pozulmuşdur. İşə əlavə edilmiş nikahın pozulması barədə AZ-İ 346174 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 arasında olan nikah ləğv edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN X1 Sistemi məşğulluq haqqında xx.xx.2023-cü il tarixli, ********** saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işsiz statusunda Oğuz rayon Möşğulluq Mərkəzində qeydiyyata alınmışdır. Fiziki şəxsin 10 saylı Ərazi Vergilər İdarəsinə verilmiş, işə əlavə edilmiş onlayn fəaliyyət dayandırma ərizəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildən xx.xx.2026-cı ilədək, xx.xx.2026-cı ildən xx.xx.2100-cü ilədək digər səbəblərdən fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası TƏBİB Oğuz rayon X7 Hüquqi Şəxsin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/2-378 saylı və xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/1-M-5xx-xx/2023 saylı arayışlarından görünür ki, İddiaçı böyük tibb bacısı vəzifəsində işləməklə aylıq əmək haqqı 691,70 manatdır, dövlət rüsumları tutulduqdan sonra ələ çatan məbləğ 564,07 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon X2 RMX PHŞ direktoruna ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 943 saylı məktubunun surətindən və müayinə olunan şəxs üzrə elektron məlumatdan görünür ki, orqanizmin funksiyalarının 50 faizi pozulmuş X9 xx.xx.2022-ci il tarixdən uşaq autizmi kanner sindromu F-84.0 və resseptiv nitq pozuntusu F-80.2 diaqnozu ilə müddətsiz 3-cü dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 1 saylı Şəki- Zaqatala Regional filialının (Qəbələ-Oğuz) işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə- 62563/2023 saylı arayışından görünür ki, Cavabdeh 18 yaşadək əlilliyi müəyyən edilmiş övladı X12 xx.xx.2022-ci il tarixdən filialdan hər ay müddətsiz 150 manat məbləğində sosial müavinət alır.(iş nömrə 000483) Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2012-ci il tarixli birgə nikahından 2013 və 2017-ci il təvəllüdlü iki övladı vardır. 2020-cu il tarixli qətnamə ilə tərəflərin nikahı pozulmuş, uşaqların saxlanılması üçün cəmi 240 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. xx.xx.2022-ci il tarixli qətnamə ilə alimentin məbləği artırılaraq hər uşağa 150 manat müəyyən edilmişdir. İddiaçı hazırda alimentin artırılaraq hər uşaq üçün 250 manat məbləğində müəyyən edilməsini xahiş edir. İddiaçı tələbini onunla əsaslandırır ki, 2017-ci il təvəllüdlü oğlu Ömər xəstə olmaqla ona uşaq autizmi, Kanner sindromu diaqnozu ilə xx.xx.2022-ci ildən müddətsiz 3-cü dərəcəli əlillik verilmişdir. Onun xəstəliyinin tam müalicəsi olmamaqla cəmiyyətə inteqrasiyası üçün xeyli maddi vəsait hesabına müalicələr tələb olunur, bu isə ana olaraq təkbaşına onun imkanlarına uyğun deyil. Onun əmək haqqı, aliment məbləği və Ömərə verilən sosial müavinət onun xərclərinə sərf olunur ki, bu halda Selinin də hüquqları pozulur. Cavabdeh məhkəməyə göndərdiyi etirazla və məhkəmə iclasında iştirak edən nümayəndəsi vasitəsilə işləmədiyini, iddiaçının qərəzli münasibəti ilə ona ziyan vurmaq istədiyini bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında uşağın vəziyyətinin həqiqətən yaxşı olmadığını müşahidə etdiyini, uşağa müalicə lazım olduğunu,. iddiaçı uşağa baxa, ona qulluq edə bilmirsə, o zaman uşağı himayəyə götürüb baxmağa hazır olduğunu, özünün uşağa necə lazımdırsa baxacağını bildirmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək ilk öncə bildirir ki, cavabdeh tərəfin də etiraf etdiyi kimi azyaşlı və xəstəlikdən əziyyət çəkən Ömərə ciddi müalicə lazım olduğundan onun maddi ehtiyaclarını təmin etmək ana ilə birgə atanın da üzərinə düşür. Bu zaman atanın işləməməsi və qazancının olmaması onu uşağına maddi yardım göstərməkdən azad etmir. Bundan əlavə cavabdehin nümayəndəsi olan nənə uşağa özünün lazımi qaydada baxıb müalicəsini təmin edəcəyini bildirir, lakin hazırki vəziyyətdə qeyd edilən xəstəlikdən əziyyət çəkən uşağa ana qayğısı və iddiaçının tələb etdiyi aliment məbləğinin ( hətta iddiaçının təklif etdiyi yaşayış minimumu həddində) verilməsi kifayət edir. Buna görə də məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların minimal maddi ehtiyacları, autizm xəstəliyindən əziyyət çəkən Ömərin müalicəsinin aparılmasının zəruriliyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, uşaqların saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hər uşağa 200 manat həddində, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 28 iyul 2013-cü il tarixdə anadan olmuş X4 və 28 dekabr 2017-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-370/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-370/2023
25.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver