Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-373/2023 10.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Mayıl oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı- 29 yanvar 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, lakin hər ay 250 manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramlarla iddianı qismən qəbul etdiyini bildirmiş, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak etməməsinin nəzərə alınmasını, alimentin hər ay 180 manatdan artıq olmayan məbləğdə təyin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə nikahlarını 05 yanvar 2015-ci ildə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 29 yanvar 2016-cı il tarixdə Məlahət Salmanzadə adlı övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli, 2(054)-470/2017 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşağın saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, lakin hər ay 136 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutulması qərara alınmışdır. Qətnamədən apelyasiya şikayəti verilsə də, Oğuz Rayon Məhkəməsinin sözügedən qətnaməsi qeyd edilən hissədə dəyişdirilmədən saxlanmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin məbləğin müəyyən edilməsindən 6 ildən çox müddət keçmiş, bu müddət ərzində həm uşaq böyümüş və xərcləri artmış, habelə yaşayış minimumunun məbləği də hər il üçün artırılmış, 220 manata çatdırılmışdır. İddiaçının maddi vəziyyəti çox ağırdır. Cavabdeh işləyir, yüksək məbləğdə əmək haqqı alır, həmin əmək haqqının ¼ hissəsi miqdarında aliment vermək imkanı vardır. Əslində əvvəl təyin edilmiş alimentin alınması zamanı onun əmək haqqının ¼ hissəsi miqdarında və ya 136 manat sabit məbləğdə aliment iş yerindən tutulmalı olsa da, cavabdeh gəlirlərini gizlətmək üçün alimenti hər ay fərdi şəkildə ödəmişdir. İddia tələbinin təmin edilməsi, 29 yanvar 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, lakin hər ay 250 manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 707576 saylı şəhadətnamənin surətindən görünür ki, X2 29 yanvar 2016-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, bu barədə Ağdam rayon Kəngərli kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 12 fevral 2016-cı il tarixdə 06 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Şəki Apelyasiya Məhkəməsinin işə əlavə edilmiş 07 dekabr 2017-ci il tarixli, 2(107)-2616/2017 saylı qətnaməsinin surətindən görünür ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-470/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 05. yanvar 2015-ci il tarixdə Ağdam rayon Kəngərli kənd icra namayəndəliyində 01 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 29 yanvar 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, lakin hər ay 136 manatdan az olmamaqla sabit pul məbləğində alimentin, habelə uşaq 3 yaşa çatanadək hər ay 50 manat alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir.Oğuz Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmiş, 29 yanvar 2016-cı il təvəllüdlü X1 3 yaşına çatanadək Cavabdeh hər ay əlavə olaraq 30 manat məbləğində pulun tutulub İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 286009 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 26 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2015-ci il tarixli birgə nikahından 2016-cı il təvəllüdlü bir övladı vardır. Oğuz Rayon Məhkəməsinin 2(054)-470/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh ilə Cumarova X5 arasında 05. yanvar 2015-ci il tarixdə Ağdam rayon Kəngərli kənd icra namayəndəliyində 01nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 29 yanvar 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, lakin hər ay 136 manatdan az olmamaqla sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan 6 ilə yaxın müddət keçmiş, bu illər ərzində uşaq böyümüş, xərcləri artmış, yaşayış minimumunun məbləği də dəyişmişdir. İddiaçı cavabdehin qazancına dair sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh məhkəməyə ünvanladığı teleqramla hər ay 180 manat məbləğində aliment ödəmək imkanının olduğunu bildirərək iddianın həmin həcmdə təyin edilməsini xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq və qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın minimal maddi ehtiyacları, ananın uşağa qayğısı, onun sağlamlıq və məişət ehtiyaclarının təmin edilməsində daha çox qüvvə sərf etdiyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 29 yanvar 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılaraq cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, lakin hər ay 200 manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, lakin hər ay 200 manat sabit pul məbləğindən az olmamaqla aliment (vəsait) tutularaq 29 yanvar 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-373/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-373/2023
10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver