Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-391/2023 27.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun və dövlət rüsumunun tutulması tələbinə dair mülki işə 27 iyul 2023-cü il tarixdə Oğuz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixli, 5308nkADJb/22 saylı kredit müqaviləsi üzrə 4900 AZN əsas borc, 1303,38 AZN faiz borcu, 66,59 AZN cərimə borcu, cəmi 6269,97 AZN borcun və 83,10 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrlə mülki iş üzrə bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh göndərilmiş məhkəmə bildirişləri zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, onun qeydiyyat ünvanına uyğun olaraq ünvan 1ldirişinə cavab olaraq nümayəndəlik xx.xx.2023-cü il tarixli, 5-68-12/2-6/2023 saylı və xx.xx.2023-cü il tarixli, 5- 68-12/2-22/2023 saylı məktublarla Cavabdeh ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını, məhkəmə sənədlərinin ona çatdırılmasının mümkün olmadığını, sənədlərin nümayəndəlikdə saxlanıldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185-ci maddələrinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 5308nkADJb/22 saylı kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 20000 AZN məbləğində kredit xətti açılmış, həmin müqavilə əsasında və həmin tarixdə bağlanmış sazişə əsasən ona 36 ay müddətə illik 27 % ödəmək şərtilə 4900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə 1 saylı Əlavəyə-ödəniş cədvəlinə əsasən borclu xx.xx.2022-ci il tarixdən hər ay 201 manat, sonuncu ay 155,98 manat olmaqla 4900 manat əsas borcu, 2290,98 manat faiz borcunu, cəmi 7190,98 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit alan tərəfindən həm müqaviləyə və sazişə, həm də ödəniş cədvəlinə şəxsən imza edilmişdir. Buna baxmayaraq borclu müqavilə üzrə öhdəliyə əməl etməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə iddiaçıya 4900 manat əsas, 1303,38 manat faiz borcu, 66,59 manat cərimə borcu yarandığından iddianın həmin məbləğdə təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, 5308nkADJb/22 saylı kredit müqaviləsindən və onun əsasında bağlanmış həmin tarixli sazişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 120 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 20000 manat kredit xətti açılmış, buna uyğun olaraq ona 36 ay müddətinə, illik 27 % ödəmək şərti ilə 4900 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 5308nkADJb/22 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, 4900 AZN əsas, 2290,98 AZN faiz kredit borcunun ödənişinin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 201 AZN, sonuncu ay 155,98 AZN olmaqla xx.xx.2025-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, BANK/PİKMD saylı bildirişdən görünür ki, kredit məbləği ödənilmədiyi təqdirdə məsuliyyət tədbirləri barədə Cavabdeh məlumat verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, BANK/PİKMD/1087802 saylı maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixli, 5308nkADJb/22 saylı kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixə 4900 manat əsas borc, 1303,38 manat faiz borcu, 66,59 manat cərimə borcu olmaqla, cəmi borcu 6269,97 manatdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, 5308nkADJb/22 saylı kredit müqaviləsi əsasında imzalanmış həmin tarixli sazişdən irəli gələn ödənilməmiş əsas borcu 4900 AZN, faiz borcu 1303,38 AZN, cərimə borcu 66,59 AZN olmaqla, cəmi 6269,97 AZN borcu yaranmış, həmin borcun ödənilməsi borcalan tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən ödənilmiş 83,10 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 5308nkADJb/22 saylı kredit müqaviləsi üzrə 4900 AZN əsas borc, 1303,38 AZN faiz borcu, 66,59 AZN cərimə borcu, cəmi 6269,97 (altı min iki yüz altmış doqquz manat doxsan yeddi qəpik) AZN və 83,10 (səksən üç manat on qəpik) AZN dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-391/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-391/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver