Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-4/2024 20.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X16 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğuna qarşı texniki inventarlaşdırma işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi tələbinə dair mülki işə 20 fevral 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh oğuna (cavabdeh) qarşı Oğuz rayon Sincan kəndində yerləşən, anası X2 qalan və ona məxsus olan, 1963-cü ildə saman kərpicdən tikilmiş, üstü kirəmidlə örtülmüş, 38,4 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət yaşayış evində və həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssislərinə texniki inventarlaşma işlərinin aparılmasına və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışlar. İddiaçı əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.1960-cı ildə Oğuz rayon Sincan kəndində anadan olmuşdur. Hazırda Mingəçevir şəhərində yaşayır. X1, anası X5r. Valideynləri 1956-cı ildə rəsmi nikaha daxil olmuşlar. Atası xx.xx.1993-cü ildə, anası xx.xx.2002-ci ildə vəfat etmişlər. Anası 1999-cu ildə Oğuz rayon Sincan kəndində yerləşən fərdi yaşayış evini ona vəsiyyət etmişdir. 2003-cü ildə vəsiyyətnaməyə və anasının digər vərəsələri Siyafət, Gülafət, Cahangir və Məmmədhəsənin razılıq ərizələrinə əsasən Oğuz rayon Notariat kontorunda Oğuz rayon Sincan kəndində yerləşən, anası X2 qalan və ona məxsus olan, 1963-cü ildə saman kərpicdən tikilmiş, üstü kirəmidlə örtülmüş, 38,4 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət yaşayış evinin 6/7 hissəsinə onun adına şəhadətnamə verilmişdir. 2004-cü ildə Oğuz rayon Notariat Kontorunda anasından miras qalmış, Oğuz rayon Sincan kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik müəyyən edilərkən anasının vərəsələri Cahangir, Fəyyaz, Gülafət, Siyafət və Rövşənin ərizələri nəzərə alınmaqla torpaq sahəsinin 6/7 hissəsinə onun adına şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələrə uyğun olaraq 2003-cü ildə fərdi yaşayış evinin 6/7 hissəsinə onun adına 11-21 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilən sənədlərə əsasən ona düşən payın naturada müəyyən edilərək verilməsi və sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, İdarənin xx.xx.2022-ci il tarixli məktubu ilə torpaq sahəsi üzərində mübahisə və sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğundan hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin mübahisə onunla cavabdeh olan qardaşı Cahangir arasında yaranmışdır. Belə ki, qardaşı şəxsən 2003 və 2004-cü illərdə notarial qaydada anasından qalmış miras payını qəbul etmədiyi və miras payın onun adına yazılmasına etirazının olmadığı barədə ərizələr verməsinə baxmayaraq hazırda torpağın ölçülməsi üçün mütəxəssislərin işləməsinə maneələr yaradır.Buna görə də məhkəməyə müraciət etmişdir. Hazırda qardaşı notariat kontorunda yazaraq imzaladığı sənədlərdən imtina etdiyindən onun imzasının təsdiq edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, anası Xəlilova Şəhrəbanı öldükdən sonra iddiaçı olan bacısı İddiaçı anasından qalmış evi həmin mülkə bitişik 11 sot ərazisi olan qardaşı X4 ilə qərarlaşıb yerli-dibli yox etmişlər. 20 ildən artıqdır ki, nə ev, nə də yeri yoxdur. Son 6 ayda bacısı sənədlər toplayaraq anasının mülkiyyətini rəsmiləşdirmək istəyir. Həmin mülkün bir qonşusu da odur. Məmmədhəsən Məmmədov mülkü heç bir sənəd olmadan öz mülkiyyətinə qataraq istifadə edir. Həmin mülkiyyətin bitişik olan 9 sot ərazisi isə çəpərlə onun istifadəsindədir. Əslində həmin ərazi bələdiyyəyə məxsusdur. Həmin yerə indiyədək çıxarış alan olmayıb. Pərinin dediyi vərəsələrin heç birinin mübahisəli yerdə torpağı yoxdur. Pərinin təqdim etdiyi sənədlər saxtadır. O heç bir zaman notariat kontoruna getməyib, mülkdən imtina barədə hər hansı ərizə yazmayıb və imza etməyib.Ekspert baxsa da onun heç bir yerdə imzasının olduğu sübuta yetməyəcək. İstifadəsində olan torpağı da vermək fikri yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin vəkili X12 əvvəlki məhkəmə iclasında hüquqlarını müdafiə etdiyi cavabdehin izahatını təsdiq etmiş, sənədlərdəki imzanın cavabdehə məxsus olubolmadığının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etdiyindən, xx.xx.2023-cü il tarixli qərardada əsasən iş üzrə icraat dayandırılmış, mülki iş ekspertizanın aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş (yeni nömrə 2(054)-4/2024) xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1626 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etdi, ekspert rəyini qəbul etdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh ekspert rəyinə və iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi, qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1958-cı il tarixdə Azərbaycan Respublikası Vartaşen rayonu Sincan kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Sincan kəndidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin işə əlavə edilmiş 14 oktyabr 2022-ci il tarixli, 05/01-M-259/13 saylı məktubunun surətindən görünür ki, Oğuz rayon dövlət notariat ofisində xx.xx.2003-cü il tarixdə 2-V-1/04 reyestr nömrəsi ilə verilmiş vəsiyyətnamə üzrə və 24 sentyabr 2004-cü il tarixdə 2-V-1/37 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2003-cü il tarixli, reyestrdə 2-V-1/04 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Oğuz rayon DNK tərəfindən xx.xx.1990-cı ildə təsdiq edilən və reyestrdə 2-V-1/16 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi, Mingəçevir şəhərində yaşayan qızı İddiaçı vəsiyyətnamədə göstərilən əmlak-mərhuma məxsus olan, 1963-cü ildə saman-kərpicdən tikilmiş, üstü kirəmitlə örtülmüş, 38,4 kv.m ümumi və əsas yaşayış sahəsi olan, iki otaqdan ibarət yaşayış evindən yeddidə altı hissədə irs almalıdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2004-cü il tarixli, reyestrdə 2-V-1/37 nömrə ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi, Mingəçevir şəhərində yaşayan qızı İddiaçı şəhadətnamə verilən miras əmlak-mərhuma məxsus olan, Oğuz rayonu Sincan kəndində yerləşən, JN 234F, Kod 40507018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0,48 ha miras torpaq sahəsindən yeddidə altı hissədə irs almalıdır. İşə əlavə edilmiş fərdi yaşayış evinin 76 inventar nömrəli, yanvar 2003-cü il tarixli texniki pasportunun surətindən görünür ki, Oğuz rayonu, Sincan kəndində yerləşən evin yeddidə altı hissəsi İddiaçı adına qeydə alınmışdır. Oğuz rayon X7 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin işə əlavə edilmiş 11- 21 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Oğuz rayonu Sincan kəndində yerləşən 2 otaqlı yaşayış sahəsi 38,4 kv.m-dən ibarət yaşayış evinin yeddidə altı hissəsi İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2003-cüildə qeydə alınmış, 39-cu səhifədə 11-21 nömrəsi ilə reyestr kitabına yazılmışdır. (inventar işi 275) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1626 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2V-1/37 nömrəli notariat işinin 17-ci vərəqində Cavabdeh adından olan xx.xx.2004-cü il tarixli,7E-3/882 nömrəli reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş ərizədə “imza” qrafasındakı imza və 2V-1/04 nömrəli notariat işinin 16-cı vərəqində Cavabdeh adından olan xx.xx.2003-cü il tarixli, 7E-1/192 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş ərizədə “imza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. (Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri) Bu hüququn təminatlarından biri kimi Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Ümumbəşəri dəyər kimi mülkiyyət hüququ barədə müddəalar “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. “İnsan Hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı və cavabdeh bacı-qardaş olmaqla onların X1, anası X5r. Tərəflərin valideynləri 1956-cı ildə rəsmi nikaha daxil olmuşlar. Ata xx.xx.1993-cü ildə, ana xx.xx.2002-ci ildə vəfat etmişlər. Ana 1999-cu ildə Oğuz rayon Sincan kəndində yerləşən fərdi yaşayış evini iddiaçıya vəsiyyət etmişdir. 2003-cü ildə vəsiyyətnaməyə və ananın digər vərəsələri Siyafət, Gülafət, Cahangir və Məmmədhəsənin razılıq ərizələrinə əsasən Oğuz rayon Notariat kontorunda Oğuz rayon Sincan kəndində yerləşən, X2 qalan və ona məxsus olan, 1963-cü ildə saman kərpicdən tikilmiş, üstü kirəmidlə örtülmüş, 38,4 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət yaşayış evinin 6/7 hissəsinə iddiaçının adına şəhadətnamə verilmişdir. 2004-cü ildə Oğuz rayon Notariat Kontorunda anadan miras qalmış, Oğuz rayon Sincan kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik müəyyən edilərkən ananın digər vərəsələri Cahangir, Fəyyaz, Gülafət, Siyafət və Rövşənin ərizələri nəzərə alınmaqla torpaq sahəsinin 6/7 hissəsinə iddiaçının adına şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələrə uyğun olaraq 2003-cü ildə fərdi yaşayış evinin 6/7 hissəsinə iddiaçının adına 11-21 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilən sənədlərə əsasən ona düşən payın naturada müəyyən edilərək verilməsi və sənədləşdirilməsi məqsədilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, İdarənin xx.xx.2022-ci il tarixli məktubu ilə torpaq sahəsi üzərində mübahisə və sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğundan hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin mübahisə onunla cavabdeh olan qardaşı Cahangir arasında yaranmışdır. Belə ki, qardaşı şəxsən 2003 və 2004-cü illərdə notarial qaydada anasından qalmış miras payını qəbul etmədiyi və miras payın onun adına yazılmasına etirazının olmadığı barədə ərizələr verməsinə baxmayaraq hazırda torpağın ölçülməsi üçün mütəxəssislərin işləməsinə maneələr yaradır.Buna görə də məhkəməyə müraciət edərək qeyd edilən ünvanlarda İdarənin əməkdaşları tərəfindən ölçü və müayinə işlərinin aparılmasına cavabdeh tərəfindən edilən maneənin qadağan edilməsini xahiş etmişdir. Mübahisənin qanunauyğun həll edilməsi məqsədilə məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertin rəyinə əsasən razılıq ərizələrindəki imzaların Cavabdeh məxsus olduğu öz təsdiqini tapmışdır. Cavabdeh məhkəmə icraatı zamanı ilkin olaraq iddia tələbinə etiraz etsə də, sonuncu məhkəmə iclasında iddia tələbini qəbul etmişdir. Yuxarıda qeyd olunanlara qiymət verərək və qanunun tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1626 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 125 manat olmuşdur.Məhkəmə hesab edir ki, işin hallarına uyğun olaraq 125 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də iddiaçı ödənilmiş 100 manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Oğuz rayon Sincan kəndində yerləşən, mərhum Xəlilova Şəhrəbanı (Şərəbanı) Çərkəz qızından qalan və ona məxsus olan, 1963-cü ildə saman kərpicdən tikilmiş, üstü kirəmidlə örtülmüş, 38,4 kv.m ümumi sahəsi olan iki otaqdan ibarət yaşayış evində və həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssislərinə texniki inventarlaşma işlərinin aparılmasına və mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədilməsi Cavabdeh qadağan edilsin, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mütəxəssislər tərəfindən müayinə və ölçü keçirilməsi təmin edilsin. İş üzrə 125 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-4/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-4/2024
20.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver