Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-422/2024 01.08.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 01 avqust 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı- 19 may 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-288/2023 saylı qətnaməsi ilə təyin edilmiş 130 manat alimentin məbləğinin artırılaraq cəmi 235 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə Bakı şəhərində müalicədə olacağından məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh ilə 2014-cü il tarixdə qeyri-rəsmi nikaha daxil olmuş, faktiki nikahdan xx.xx.2015-ci il tarixdə Ümid adlı oğlu doğulmuşdur. Cavabdeh uşağa baxmayıb, uşaq onun yoldaşını anası hesab edir, çünki onun yanında böyüyüb. Oğuz Rayon Məhkəməsinin 2(054)-1882/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X3 cavabdehin razılığı əsasında ondan alınmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat alimentin cavabdehdən tutulması qərara alınmışdır. Oğuz Rayon Məhkəməsinin 2(054)-303/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılmaqla 120 manat müəyyən edilmişdir. Cavabdeh aliment borcunu ödəməmiş, onun 4000 manatdan yuxarı borcu yaranmışdır. Dəfələrlə ona güzəşt etmiş, vaxt vermişdir. Sonuncu dəfə icra şöbəsi tərəfindən məhkəməyə verilmiş təqdimata baxılarkən aylıq aliment məbləği də daxil olmaqla hər ay 250 manat pulun ona ödənilməsi barədə cavabdehlə razılığa gəlmişlər, buna baxmayaraq cavabdeh aliment borcunu və digər qətnamə üzrə borcunu ödəməmişdir. Yenidən alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə alimentin məbləği cəmi 10 manat artırılmışdır. Hazırda alimentin məbləği uşağın tələbatını ödəmir. Uşaq 3-cü sinifdə oxuyur, onun digərlərindən geri qalmaması üçün əlavə məşğələlərinə, habelə arabir həkimlərə əlavə xərclər lazım olur. Cavabdehin 5800 manatdan yuxarı borcu yaranıb. Uşağa ata-anası və həyat yoldaşı baxır. Evdə yetkinlik yaşına çatmayan yalnız oğlu Ümiddir. Uşağın adına bankda hesab açıb, hər 3-5 gündən bir, yaxud ayda-iki ayda bir karta pul yükləyir. Cavabdehin ödədiyi alimentin də üstünə pul əlavə edib həmin karta yükləyir. Hesabdan pul çıxarmaq olmur, çünki yetkinlik yaşına çatdıqdan sonra həmin pulu ancaq Ümid çıxara bilər. Balansda olan pulun miqdarını bilmir. Gələn məhkəmə iclasında bununla bağlı sənədləri gətirəcək. Özü də xəstədir. Müalicəsinə xeyli pul sərf olunur. Təqaüd və s.gəliri yoxdur. Uşağın maddi problemlərini təklikdə həll etməkdə çətinlik çəkir. Cavabdehdən ən azı 200 manat alimentin tutulmasına etiraz etmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, uşaq 1,5 yaşınadək onunla birgə yaşayıb, sonra razılıqla atasına verib. Əvvəllər Bakı şəhərində işləyirdi, indi işləyə bilmir, çünki xəstədir, həkimin göndərişi var, ancaq maddi imkanı olmadığından müalicəyə gedə bilmir. Xəstəlik səbəbli saçları da tökülür. İddiaçı özü ona etiraf edib ki, kirayəyə evlər verir, bir aylıq aliment pulunu o, bir günə qazanır. Məhkəmə qətnamələri üzrə iddiaçıya xeyli borcu var, bunu inkar etmir, amma iddiaçı borcunu ondan birdəfəyə tələb edir. 6000 manata yaxın borcu var. Uşağına baxmaq istəyir, maddi imkanına uyğun ayda 20-50 manat ödəyə bilər. Atası vəfat edib, evdə 16 yaşlı bacısı var, anası, özü və bacısı ona verilən 300 manat təqaüdlə güclə yaşayırlar. Məhkəmənin qərarına hörmətlə yanaşır, amma aliment artırılsa vəziyyəti daha da ağırlaşacaq. İddiaçı onun aliment ödəmədiyinə görə həbs edilməsinə çalışır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Xaçmaz kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 610538 saylı şəhadətnamənin surətindən görünür ki, X3 19 may 2015-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 30 oktyabr 2015-ci il tarixdə 713 nömrə ilə qeyd edilmiş, atası İddiaçı, anası Cavabdehdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 130 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 19 may 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilməsi, artırılmış alimentin bu qaydada tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin “Qəbələ rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 18-1-52/2-1275/2024 saylı cavab məktubundan görünür ki, İddiaçı poliklinika şöbəsinin nevroloji kabinetində qeydiyyatda deyil, psixiatrik kabinetdə “üzvü affektiv pozuntu” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən qeydiyyatda olmaqla xx.xx.2022-ci ildə Şəki rayon Psixiatrik Xəstəxanasında ambulator müayinədə, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə stasionar müalicədə, Qəbələ MRX-da mütəmadi olaraq stasionar və ambulator müalicələrdə olmuşdur. Oğuz rayon İcra və probasiya şöbəsinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 97184/2019-31 saylı məktubundan görünür ki, Cavabdeh borclu, İddiaçı tələbkar olduğu, Oğuz Rayon Məhkəməsinin aliment tələbinə dair 2(054)-303/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2(054)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə 5980 manat, pul tələbinə dair 2(054)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 837 manat olmaqla xx.xx.2024-cü il tarixə cəmi borcu 6817 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə yaşayışından 2015-ci il təvəllüdlü Ümid adlı oğlu vardır. Uşaq 2016-cı ildən iddiaçının himayəsinə verilmiş, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 60 manat alimentin tutulması qət edilmişdir. 2019-cu ildə alimentin məbləği artırılaraq 120 manat, 2023-cü ildə 130 manat müəyyən edilmişdir. Cavabdehin iddiaçının tələbkar olduğu 3 icra sənədinə əsasən ona 6817 manat borcu yaranmışdır. 2023-cü ildən indiyədək iddiaçının maddi vəziyyətində dəyişiklik olduğuna dair sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehin icra sənədləri üzrə borcunun artdığı müəyyən edilmişdir. İddiaçı alimentin artırılaraq 235 manat məbləğində müəyyən edilməsini xahiş edir. İddiaçı məhkəmə hazırlıq iclasında azyaşlı Ümid yetkinlik yaşına çatanadək onun adına bank hesabı açdırdığını, cavabdehin aliment ödənişləri də daxil olmaqla 3-5 gündən bir, yaxud ayda, iki ayda bir özü tərəfindən də pul əlavə edilməklə karta pul yüklədiyini, hazırda həmin hesabda olan vəsaitin miqdarını bilmədiyini, pulun yalnız Ümid yetkinlik yaşına çatdıqdan sonra çıxarılmasının mümkün olduğunu bildirmişdir. İddiaçı tərəfindən cavabdehin qazancına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh aliment və digər icra sənədi üzrə yüksək məbləğdə borcunun olduğunu, maddi imkanı olmadığını bildirərək alimentin məbləğinin artırılması barədə iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə qeyd edilənlərə, habelə iddiaçının izahatına qiymət verərək bildirir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, cavabdehin iddiaçının tələbkar olduğu icra sənədləri üzrə cəmi 6817 manat borcunun olduğu, beləliklə məhkəmə tərəfindən alimentin sonuncu miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin daha da aşağı düşdüyü nəzərə alınmaqla iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-422/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-422/2024
01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver