Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-441/2023 01.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Mayıl oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 01 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-06 iyul 2008-ci il tarixdə anadan olmuş X5 və 20 iyul 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh nikahlarını 01 dekabr 2005-ci ildə Oğuz rayon Sincan kənd icra nümayəndəliyində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 06 iyul 2008-ci il tarixdə İsrafilov Sənan və 20 iyul 2011-ci il tarixdə İsrafilzadə Aişəgül adlı övladları doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(054)-179/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutulması qərara alınmışdır. Həmin məbləğin müəyyən edilməsindən 1 ildən çox müddət keçmiş, bu müddət ərzində həm uşaqlar böyümüş və xərcləri artmış, habelə yaşayış minimumunun məbləği də artırılmış, 220 manata çatdırılmışdır.Təyin olunmuş alimentin məbləği əmək haqqının və digər gəlirlərin 1/3 hissəsində müəyyən edilmiş, lakin icra vərəqəsi cavabdehin iş yerinə göndərilməmiş, aliment qətnamədə göstərilmiş sabit məbləğdə, cəmi 320 manat olmaqla iddiaçıya fərdi şəkildə ödənilmişdir. Halbuki cavabdehin əmək haqqı yüksəkdir, həm özünün, həm uşaqların yaşayış minimumunu ödəyəcək həddədir, həmin əmək haqqının 1/3 hissəsi miqdarında aliment vermək imkanı vardır. Uşaqların səhhətində problem vardır, ana isə işləmir. İddia tələbinin təmin edilməsi, 06 iyul 2008-ci il tarixdə anadan olmuş X5 və 20 iyul 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay 220 manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, uşaqların səhhətində heç bir problem yoxdur, özü şəxsən aparıb Mingəçevir şəhərində xəstəxanada yoxladıb. Bu barədə sənədlər də ondadır. Özü "xxxx" MMC-də təmirçi –çilingər işləyir, Bakı şəhərində kirayədə yaşayır, işi ilə bağlı tez-tez Qarabağ zonasına gedir, uzun müddət orada qalaraq çalışır. Subaydır. Əmək haqqı 950 manatdan 1100 manata qaldırılıb, rəsmi olaraq 1200-dən bir qədər artıq ola bilər. Uşaqlarına 320 manat alimenti fərdi qaydada özü göndərib, ancaq əlavə maddi yardım etməyib. Hazırda hər uşağa 30 manat əlavə pul ödəyə bilər. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci il tarixdə Oğuz rayon Sincan kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Sincan kəndidir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 76/12 saylı arayışından görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Sincan kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 28 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X3r. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 77/12 saylı arayışından görünür ki, X4 xx.xx.2011-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Sincan kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 25 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X3r. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 26 may 2022-ci il tarixli, 2(054)-179/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X6 arasında 01 dekabr 2005-ci il tarixdə Oğuz rayon Sincan kənd icra namayəndəliyində 29 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 06 iyul 2008-ci il tarixdə anadan olmuş X7 və 20 iyul 2011-ci il tarixdə anadan olmuş X4 iddiaçının yanında saxlanılmaqla onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 manatdan az olmamaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 xeyrinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə çilingər-boru kəməri işçisi işləməklə aylıq əmək haqqı 1241,14 manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2005-ci il tarixli birgə nikahından 2008 və 2011-ci il təvəllüdlü iki övladı vardır. Oğuz Rayon Məhkəməsinin 26 may 2022ci il tarixli, 2(054)-179/2022 saylı qətnaməsi ilə iddiaçı X2 iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X6 arasında 01 dekabr 2005-ci il tarixdə Oğuz rayon Sincan kənd icra namayəndəliyində 29 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 06 iyul 2008-ci il tarixdə anadan olmuş X7 və 20 iyul 2011-ci il tarixdə anadan olmuş X4 iddiaçının yanında saxlanılmaqla onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 manatdan az olmamaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 xeyrinə verilməsi qət edilmişdir.Həmin vaxtdan 1 ildən çox müddət keçmiş, bu müddət ərzində uşaqlar böyümüş, xərcləri artmış, yaşayış minimumunun məbləği də dəyişmişdir. İddiaçı cavabdehin qazancına dair rəsmi sübutları məhkəməyə təqdim etməmiş, cavabdehin gəlirləri ilə bağlı elektron sistemdən çıxarışla onun aylıq əmək haqqının 1241,14 manat olduğu müəyyən edilmişdir. Cavabdeh iddia tələbinin qismən təmin edilməsini, alimentin hər uşağa münasibətdə 30 manat məbləğdə artırılmasını xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq və qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların minimal maddi ehtiyacları, ananın uşaqlara qayğısı, onların sağlamlıq və məişət ehtiyaclarının təmin edilməsində daha çox qüvvə sərf etdiyi, habelə yaşayış minimumunun 2023-cü il üçün müəyyən edilmiş miqdarı nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2008 və 2011-ci il təvəllüdlü iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılaraq cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşağa 200 manat sabit pul məbləğindən az olmamaqla müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğindən az olmamaqla aliment (vəsait) tutularaq 06 iyul 2008-ci il tarixdə anadan olmuş X5 və 20 iyul 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-441/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-441/2023
01.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver