Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-443/2023 01.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Xudiyev Araz Sadəddin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 01 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-13 iyul 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə nikahlarını 16 sentyabr 2014-cü ildə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 13 iyul 2015-ci il tarixdə X6 adlı övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2(054)-553/2016 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin məbləğin müəyyən edilməsindən 7 ilə yaxın vaxt keçmiş, bu müddətdə yaşayış minimumunun məbləği də 220 manata çatdırılmışdır. Bundan əlavə uşaq xəstədir. 2022-ci ildə uşaqda qalxanabənzər vəzinin bədxassəli yeni törəməsi aşkar edilib. Cavabdeh iddiaçıya əlavə heç bir maddi yardım etmir. Uşaq tez-tez həm Bakıda, həm də Oğuzda müayinəyə aparılmalıdır. Ona daimi qulluq tələb olunur. Bu səbəbdən iddiaçının işləməsi mümkün deyil. Həmçinin xəstənin müayinə və müalicəsinə xeyli vəsait tələb olnur. İddia tələbinin təmin edilməsi, Səid adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, hazırda ailəlidir, həmin nikahdan 2018 və 2019-cu il təvəllüdlü iki azyaşlı uşağı var. Maddi vəziyyəti çox pisdir. 117 manat alimenti güclə ödəyir. Rəsmi iş yeri və qazancı yoxdur. Qeyri-rəsmi fəhləliklə məşğul olur. Uşağı görmür. Onda olan məlumata görə uşaq əməliyyat olunub, indi vəziyyəti yaxşıdır. Alimentin çox az miqdarda artırılmasına etirazı yoxdur, lakin iddia tələbində göstərilən məbləği ödəyə bilməz. Heç öz ailəsinin problemlərini həll etməyə vəsait çatdıra bilmir. İddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, cavabdehin gözlərində xəstəlik var. Bundan əlavə cavabdehin atası da ağır xəstədir. Səidin saxlanılması üçün alimentin miqdarının cüzi artırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, habelə cavabdehi, onun nümayəndəsi və vəkilini dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Şirvanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Şirvanlı kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 522064 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 137 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 11 avqust 2016-ci il tarixli, 2(054)-553/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 16 sentyabr 2014-cü il tarixdə Oğuz rayon Qumlaq kənd icra namayəndəliyində 09 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 13 iyul 2015-ci il tarixdə anadan olmuş X6 iddiaçının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, 2(107)-1397/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh qətnamədən verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 405021 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 10 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə Həsrətov, qadına Fətəliyeva soyadı verilmişdir. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 171393 saylı şəhadətnamədən görünür ki, Cavabdeh və X5 xx.xx.2017-ci il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 05 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 048591 saylı şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 08 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X3r. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 275933 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 22 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X3r. İşə əlavə edilmiş ambulator kartdan xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Milli Onkologiya Mərkəzi uşaq poliklinika şöbəsində müayinə edilərkən ona C73-Qalxanabənzər vəzinin bədxassəli yeni törəməsi, mərhələ İV G-3 diaqnzu qoyulmuş, USM və QÜA müayinə və müalicə planı tətbiq olunmaqla dinamik müşahidə və kontrol müayinə, pediatr və onkoloq-endokrinoloq nəzarəti məsləhət olunmuşdur. X8 adına Milli Oftalmologiya Mərkəzinin sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında xx.xx.2010-cu il tarixli aktının surətindən görünür ki, çağırışçı Cavabdeh daxili çəpgözlük diaqnozu diaqnozu qoyulmaqla hərbi xidmətə dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin 2014-cü il tarixli birgə nikahından 13 iyul 2015-ci il təvəllüdlü bir övladı vardır. Oğuz Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2(054)553/2016 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 16 sentyabr 2014-cü il tarixdə Oğuz rayon Qumlaq kənd icra namayəndəliyində 09 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan 13 iyul 2015-ci il tarixdə anadan olmuş X6 iddiaçının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Qətnamənin alimentin məbləğinə aid hissəsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Həmin vaxtdan 7 ilə yaxın müddət keçmiş, bu müddət ərzində uşaq böyümüş, xərcləri artmış, yaşayış minimumunun məbləği də dəyişmişdir. İddiaçı habelə uşağın xəstəliyi ilə bağlı tibb müəssisəsinin arayışını məhkəməyə təqdim etmişdir. Həmin arayışa əsasən azyaşlı Səid 2022-ci ildən qalxanabənzər vəzinin bədxassəli yeni törəməsi xəstəliyindən əziyyət çəkir. İddiaçı cavabdehin qazancına dair rəsmi sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh işsiz, ailəli olmaqla himayəsində 2 azyaşlı övladının olduğunu bildirərək iddia tələbinin qismən təmin edilməsini, alimentin cüzi miqdarda artırılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş doğum şəhadətnamələrinin surəti ilə müəyyən edilmişdir ki, hal-hazırda cavabdehin himayəsində 2018 və 2019-cu il təvəllüdlü iki övladı vardır. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq və qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın minimal maddi ehtiyacları, onun ciddi xəstəliklə mübarizə aparması, ananın uşağa qayğısı, onun sağlamlıq və məişət ehtiyaclarının təmin edilməsində daha çox qüvvə sərf etdiyi, habelə cavabdehin himayəsində iki azyaşlı uşağın olması, buna uyğun olaraq yaşayış minimumunun 2023-cü il üçün müəyyən edilmiş miqdarı nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2015-ci il təvəllüdlü Səidin yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 150 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 13 iyul 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-443/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-443/2023
01.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver