Məhkəmə qərarları › İş №2(054)-479/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-479/2023

28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-479/2023 28.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı 4492 manat pul tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı Cavabdeh qarşı 4492 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, iddia ərizəsi araşdırılarkən müəyyən edildi ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 1054-cü məhəllə, ev 103, mənzil 89-da qeydiyyatda olmaqla yaşayır. İddia ərizəsinə əsasən cavabdehin qeydiyyat ünvanı Xocalı rayonu, Kosalar kəndi olmaqla faktiki olaraq Oğuz rayon “Azərbaycan-60” qəsəbəsində məskunlaşmaqla yaşayır. Şəxsiyyət vəsiqəsi məlumatlarının elektron sistemindən çıxarışından da göründüyü kimi cavabdehin qeydiyyat ünvanı Xocalı rayonu Kosalar kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iş materiallarına əsasən cavabdehin qeydiyyat ünvanı Xocalı rayonu olduğundan iddia ərizəsinin ərazi aidiyyəti üzrə baxılması üçün Xocalı Rayon Məhkəməsinə verilməli olduğu iddiaçıya izah edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçı Cavabdeh qarşı 4492 manat pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar