Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-484/2024 18.09.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə 18 sentyabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı cavabdehlə bağlanmış 23 avqust 2022-ci il tarixli, 36-Y-1-0-59-22 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 826,88 manat əsas kredit borcu, 64,25 manat faiz borcu, 85,85 manat cərimə borcu, cəmi 976,98 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizələrlə iş materiallarında cavabdehin soyadının Sadiqli kimi qeyd edilsə də, əslində sənədlərində Sadıqlı olduğunun nəzərə alınmasını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə göndərilmiş məhkəmə bildirişləri zərfin üzərinə əlavə edilmiş “F-20”-də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, onun qeydiyyat ünvanı üzrə ünvan 1 cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-156/2024 saylı və xx.xx.2024-cü il tarixli, 5- 68-12/2-182/2024 saylı məktublarla Cavabdeh nümayəndəlik ərazisində qeydiyyatda olmasına baxmayaraq ərazidə yaşamadını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185-ci maddələrinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 36-Y-1-0-59-22 saylı kredit müqaviləsinə əsasən borcalana istehlak məqsədilə illik 16 % olmaqla 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə 1 saylı Əlavəyə əsasən borclu xx.xx.2022-ci il tarixdən hər ay 97,93 manat, sonuncu ay, yəni xx.xx.2024-cü il tarixdə 97,81 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli əlavə sazişə əsasən kredit öhdəliyinin qalığı 1795,24 manat, o cümlədən əsas borc 1783,35 manat, faiz borcu 11,89 manat məbləğində hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Belə ki, borclu xx.xx.2024-cü il tarixədək 1173,12 manat əsas, 305,44 manat faiz borcundan ödəniş etmiş, onun 826,88 manat əsas borcu, 64,25 manat faiz borcu, 171,69 manat cərimə borcu qalmışdır, lakin borcluya güzəşt edilərək cərimə məbləğinin 50% miqdarında, yəni 85,85 manat cərimənin tələb edilməsi qərara alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən borcalana məsuliyyət tədbirləri barədə xəbərdarlıq edilmişdir. Qeyd edilənlərə əsasən və mülki qanunvericilik normaları nəzərə alınmaqla cəmi 826,88 manat əsas borcun, 64,25 manat faiz borcunun, 85,85 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli, 36-Y-1-0-59-22 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Qəbələ filialı ilə borcalan Cavabdeh arasında imzalanmış həmin müqavilə ilə borcalana istehlak məqsədilə 24 ay müddətinə, illik 16 %-lə 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 36-Y-1-0-59-22 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, 2000 manat əsas, 350,20 manat faiz borcunun ödənişinin xx.xx.2022-ci il tarixdən hər ay 97,93 manat, sonuncu ay 97,81 manat olmaqla xx.xx.2024-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, 36-Y-1-0-59-22 saylı kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavə sazişdən görünür ki, kredit müqaviləsi üzrə kredit öhdəliyinin cəmi qalığı 1795,24 manat, o cümlədən əsas borc 1783,35 manat, faiz borcu 11,89 manat məbləğində hesablanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 36-Y-1-0-59-22 saylı kredit müqaviləsinə xx.xx.2024-cü il tarixli əlavə sazişə uyğun tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, 1783,35 manat əsas, 282,05 manat faiz borcunun ödənişinin xx.xx.2023-cü il tarixdə 107,44 manat, bundan sonrakı hər ay 97,93 manat, sonuncu ay 97,29 manat olmaqla xx.xx.2024-cü il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, KBD3421 saylı xəbərdarlıqdan görünür ki, xx.xx.2022-ci il tarixli, 39-Y- 1-0-59-22 saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətə, illik 16 faizlə verilmiş 2000 manat kredit borcu üzrə qalan məbləğin 5 gün müddətində Yelobank ASC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsi üzrə borcun faizlərlə birlikdə qaytarılması ilə bağlı məsuliyyət barədə borcalana xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 39-Y-1-0-59-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh həmin tarixədək 1173,12 manat əsas borcdan, 305,44 manat faiz borcundan ödəniş etmiş, onun 826,88 manat əsas, 64,25 manat faiz, 171,69 manat cərimə olmaqla, cəmi 1062,82 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. (739-cu maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 39-Y-1-0-59-22 saylı kredit müqaviləsinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixə 1173,12 manat əsas, 305,44 manat faiz borcundan ödəniş etmiş, onun 826,88 manat əsas borcu, 64,25 manat faiz borcu, 85,95 manat cərimə borcu borcu qalmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsinin şərtlərinə əsasən iddia tələbi təmin edilməli, qalan borc məbləği cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.İddia tələbi təmin edildiyindən cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 23 avqust 2022-ci il tarixli, 39-Y-1-0-59-22 saylı kredit müqaviləsi üzrə 826,88 manat əsas, 64,25 manat faiz borcu, 85,85 manat cərimə borcu, cəmi 976,98 (doqquz yüz yetmiş altı manat doxsan səkkiz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-484/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-484/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver