Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-509/2023 26.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X8 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 26 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-02 iyul 2008-ci il tarixdə anadan olmuş X2, 05 aprel 2010-cu il tarixdə anadan olmuş X3 və 18 noyabr 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cəmi 390 manat alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 220 manat olmaqla cəmi 660 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə birgə nikahından 02 iyul 2008-ci il tarixdə anadan olmuş İmanov Hüseyn, 05 aprel 2010-cu il tarixdə anadan olmuş İmanov Vüsal və 18 noyabr 2013-cü il tarixdə anadan olmuş İmanova Rahilə adlı üç övladı vardır. Oğuz Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(054)-367/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş, üç uşağın saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay hər uşağa 130 manat olmaqla cəmi 390 manat alimentin tutulması qərara alınmışdır. Həmin vaxtdan bir ilə yaxın müddət keçmişdir. Təyin edilmiş aliment məbləği üç uşağın tələbatını ödəmir. Özü isə işləyə bilmir, ona görə ki, 2018-ci ildə yoğun bağırsaqından əməliyyat olunmuşdur. İndiyədək də bunun fəsadlarını üzərində hiss edir. Cavabdeh onun səhhəti ilə bağlı hərtərəfli məlumata malikdir. Onun gündəlik qazancı 70-80 manata çatır. Hazırda uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Cavabdeh də Bakıda başqa qadınla kirayədə yaşayır. Qobu qəsəbəsində evləri var, cavabdeh həmin evin açarlarını məhkəmənin hazırlıq iclasından sonra verib, lakin orada yaşamağa şərait yoxdur. Uşaqların oradan şəhərə məktəbə getməyi üçün xeyli vəsait tələb olunur. Cavabdeh aliment borcunu müntəzəm ödəsə də həmin məbləğlə uşaqlara baxmaq mümkün deyil. Əlilliyinin müəyyən edilməsi üçün müraciət edib, hələlik bir nəticə yoxdur. İddia tələbində hər uşaq üçün 220 manat tələb etsə də, hazırda cavabdehin maddi vəziyyətinə uyğun olaraq hər uşağa 180 manat alimentə etiraz etmir. Əks halda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, iddiaçının yoğun bağırsağı kəsilib, bu barədə sənədləri var.Buna görə də fiziki əməklə məşğul ola bilmir, ixtisası olmadığından zehni əməklə də məşğul olmaq imkanı yoxdur. Cavabdehin maddi imkanı var. Belə ki, o, Qobu qəsəbəsində evi olsa da Bakı şəhərində kirayədə yaşayır, özünün etirafına görə aylıq qazancı 600-700 manatdır. İddiaçının arzusu ilə iddia ərizəsində alimentin məbləğinin hər uşaq üçün 220 manat müəyyən edilməsi xahiş edilsə də, hazırda iddiaçı humanistlik edərək alimentin məbləğinin hər uşaq üçün 180 manat müəyyən edilməsini istəyir. Əks halda iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, rəsmi iş yeri yoxdur. Qeyri-rəsmi işləyir, aylıq 600-700 manat qazancı olur. Təyin edilmiş alimenti çətinliklə ödəyir, artırılsa ödəyə bilməyəcək. Üç uşağa cəmi 400 manat aliment ödəyə bilər. Qobu qəsəbəsində evi var, məhkəmə hazırlıq iclasından sonra evin açarlarını iddiaçıya çatdırıb. İddiaçı kirayədə qaldığını bildirir, getsin həmin evdə yaşasın.Uşaqların məktəb xərclərinə də kömək edəcək. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 112967 saylı şəhadətnamənin surətindən görünür ki, X5 02 iyul 2008-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 22 iyul 2008-ci il tarixdə 69 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 346326 saylı şəhadətnamənin surətindən görünür ki, X7 05 aprel 2010-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, bu barədə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 04 iyul 2014-cü il tarixdə 2433 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 346329 saylı şəhadətnamənin surətindən görünür ki, X4 18 noyabr 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 04 iyul 2014-cü il tarixdə 2436 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-367/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh arasında 18 yanvar 2008-ci il tarixdə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində 02 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan 02 iyul 2008-ci il tarixdə anadan olmuş X5, 05 aprel 2010-cu il tarixdə anadan olmuş X7 və 18 noyabr 2013-cü il tarixdə anadan olmuş X4 iddiaçının himayəsində saxlanılmaqla onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 130 manat, cəmi 390 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 429645 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 01 may 2023cü il tarixdə 23 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına İmanova soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X6 yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyə şöbəsinin XT 36523 saylı epikrizinin surətindən görünür ki, 45 yaşlı xəstə İddiaçı xx.xx.2018-ci il tarixdə dolixokolon-yoğun bağırsağın tranzit funksiyasının pozulması diaqnozu ilə şöbəyə daxil olmuş, xx.xx.2018-ci il tarixdə subtotal kolektomiya. yan-yana ileorektoanastomozun qoyulması əməliyyatı edilmiş, xx.xx.2018-ci il tarixdə müalicəni ambulator şəraitdə davam etdirmək üçün evə buraxılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə nikahından 2008, 2010 və 2013-cü il təvəllüdlü övladları vardır. Tərəflərin nikahı xx.xx.2022-ci ildə pozulmuş, uşaqların saxlanılması üçün cəmi 390 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. İddiaçı hazırki iddia ərizəsində xəstəlik səbəbli işləməsinin mümkün olmadığını bildirmiş, alimentin məbləğinin yaşayış minimumuna uyğun müəyyən edilməsini xahiş etmiş, məhkəmə iclası gedişində cavabdehin maddi imkanını nəzərə alaraq alimentin hər uşağa 180 manat məbləğində müəyyən edilməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasında rəsmi iş yerinin olmadığını, faktiki olaraq aylıq qazancının 600-700 manat arasında olduğunu, cəmi 400 manat aliment verəcəyini və uşaqların məktəb xərclərinə kömək edəcəyini bildirmiş, alimentin artırılmamasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin Bakı şəhərində ayrı-ayrılıqda kirayədə yaşadıqları, həmçinin ailənin Qobu qəsəbəsində evinin olduğu, məhkəmə hazırlıq iclasından sonra evin açarlarının cavabdeh tərəfindən iddiaçıya çatdırıldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, iddiaçı və cavabdeh hər biri valideyn kimi uşaqların bütün ehtiyaclarının təmin edilməsində bərabər hüquqlara malik olmaqla bərabər vəzifələr daşıyırlar. Buna görə də onların qazancının olmaması uşaqlara baxmaq vəzifəsindən azad edilmə üçün əsas olaraq qəbul edilə bilməz. Bundan əlavə həqiqətən iddiaçının səhhətinin yaxşı olmadığı məhkəmə gedişində də müəyyən edilmiş, buna baxmayaraq o, alimentin məbləğinin hər uşaq üçün 180 manat müəyyən edilməsinə razılığını bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların minimal maddi ehtiyacları, cavabdehin faktiki qazancı nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, üç uşağın saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hər uşağa 180 manat həddində sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 38 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 180 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 02 iyul 2008-ci il tarixdə anadan olmuş X2, 05 aprel 2010-cu il tarixdə anadan olmuş X3 və 18 noyabr 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 38 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-509/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-509/2023
26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver