Məhkəmə qərarları › İş №2(054)-512/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-512/2023

18.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-512/2023 18.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Mən, Oğuz Rayon Məhkəməsinin hakimi X1, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tacəddin oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı Oğuz rayon Kərimli kənd qəbristanlığındakı ziyarətgahda Cavabdeh1, həmçinin digər cavabdehlərin qanunsuz fəaliyyətinə son qoyularaq oradan uzaqlaşdırılması, qanunsuz tikililərin, saxta məlumatları əks etdirən lövhənin, peyk antenasının sökülməsi, cavabdehlərin 2007-2023-cü illər ərzində ziyarətgahdakı qanunsuz əməllərinin araşdırılıb müəyyən edilməsi, dini icmanın qanuna uyğun olaraq öz hüquqi ünvanında fəaliyyət göstərməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tacəddin oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı Oğuz rayon Kərimli kənd qəbristanlığındakı ziyarətgahda Cavabdeh1, həmçinin digər cavabdehlərin qanunsuz fəaliyyətinə son qoyularaq oradan uzaqlaşdırılması, qanunsuz tikililərin, saxta məlumatları əks etdirən lövhənin, peyk antenasının sökülməsi, cavabdehlərin 2007-2023-cü illər ərzində ziyarətgahdakı qanunsuz əməllərinin araşdırılıb müəyyən edilməsi, dini icmanın qanuna uyğun olaraq öz hüquqi ünvanında fəaliyyət göstərməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə qoşmada iddia ərizəsinin surətinin ərizəyə əlavə edildiyi göstərilsə də, qeyd edilən sənəd aşkar edilmədiyindən müvafiq akt tərtib edilərək işə əlavə edilmişdir. Bundan əlavə hazırki iddia ərizəsində göstərilmiş cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar-şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fərdi identifikasiya nömrəsi, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, qeyd edilməmişdir. Eyni zamanda, hazırki iddia ərizəsində sübutların siyahısı, habelə cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilməmişdir. Bununla da, iddiaçılar iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etmədən məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə görə iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətlər əlavə edilir. Həmin Məcəllənin 150.3-cü maddəsinə görə iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263- 264, 266 -268-ci maddələrini rəhbər tutaraq qərara aldım : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tacəddin oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı Oğuz rayon Kərimli kənd qəbristanlığındakı ziyarətgahda Cavabdeh1, həmçinin digər cavabdehlərin qanunsuz fəaliyyətinə son qoyularaq oradan uzaqlaşdırılması, qanunsuz tikililərin, saxta məlumatları əks etdirən lövhənin, peyk antenasının sökülməsi, cavabdehlərin 2007-2023-cü illər ərzində ziyarətgahdakı qanunsuz əməllərinin araşdırılıb müəyyən edilməsi, dini icmanın qanuna uyğun olaraq öz hüquqi ünvanında fəaliyyət göstərməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar