Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-519/2023 15.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 6000 manat pulun və 90 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair mülki işə 15 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən borca görə 6000 manat pulun və 90 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Oğuz rayon Calud kənd sakinidir. Cavabdehi Oğuz şəhər sakini kimi tanıyır. Təqribən 2010-cü ildə Cavabdeh Oğuz şəhərində yerləşən məişət əşyaları mağazasından qızına cehiz üçün məişət avadanlığı götürmək üçün müraciət etmişdir. Razılaşmaya əsasən bankdan 2400 manat pulu köçürmə yolu ilə cavabdehin hesabına ödəmiş, satın aldığı məişət avadanlıqlarını götürmək istəsə də, cavabdeh ondan bir neçə dəfə vaxt istəmişdir. Avadanlığın verilməsinin ləngidiyini görüb bu işlə maraqlandıqda bilmişdir ki, cavabdeh eyni qaydada bir çox şəxsi aldatmışdır. Onun və digər şəxslərin şikayəti əsasında cavabdeh haqqında cinayət işi başlanmış, iş baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmədə işə baxılarkən cavabdeh ona və digər zərərçəkənlərə müraciət edərək onun guya dəymiş zərəri ödədiyinə dair məhkəməyə sənəd verilməsini xahiş etmiş, söz vermişdir ki, məhkəmədən sonra bütün pulları ödəyəcək. Buna görə o da digər şəxslər kimi məhkəmədə guya dəymiş ziyanın ödənildiyini bildirmişdir. xx.xx.2013-cü il tarixdə Oğuz rayon Notariat kontorunda cavabdehlə 2000 manatlıq borc müqaviləsi bağlamışdır. Cavabdeh həmin müqavilə ilə 2000 manat pulu xx.xx.2014-cü ilədək qaytarmağı öhdəsinə götürmüşdür, lakin vədinə əməl etməmiş və ondan möhlət istəmişdir. Həmin müddətdə cavabdeh həbs olunmuş, həbsdən çıxdıqdan sonra isə xarici ölkədə yaşamışdır. Hazırda Oğuz rayonunda yaşayır. Buna görə də ondan müqaviləyə əməl etməyini tələb etsə də, cavabdeh onun pulunu qaytarmaqdan yayınır. Bundan əlavə pulu bankdan götürdüyündən kreditin faizi ilə birlikdə banka 2400 dollar pul ödəmiş, habelə almaq istədiyi məişət avadanlığının dəyəri indi ən azı 6000 manata yaxındır. Buna görə də cavabdehdən 6000 manat tələb edir. Məhkəməyə iddia ərizəsi verilməsi üçün 90 manat dövlət rüsumu da ödəmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, əvvəllər “Bank of Baku” vasitəsilə “Vestel” firması ilə birgə fəaliyyət göstərmiş, firmanın mallarının alqı-satqısı ilə məşğul olmuşdur. 2010-cu ildə iddiaçıya 2000 manatlıq elektrik malları-televizor, soyuducu və paltaryuyan verməli idi. İddiaçı malları götürmədi, pulunu istədi. Pul isə hesaba köçürülmüşdü. Sonra müflis olub, barəsində olan cinayət işinə Ağır Cinayətlər Məhkəməsində baxılıb, ona həbs cəzası verilmişdir. 1 ildən sonra həbsdən çıxmış, xəstəliyi ilə əlaqədar İsveçə getmişdir. 5 il orada qalmışdır. 1 il olar ki, Oğuz şəhərinə qayıtmışdır. Təqaüdçüdür. Ürəyi xəstədir. İşinə məhkəmədə baxılarkən zərərçəkənlər, o cümlədən iddiaçı notarial qaydada təsdiq edilmiş ərizələr verərək borclarının ödənildiyini bildirmişlər. Həmin vaxt bildirmişdi ki, tutulmasa pulları verəcək, lakin onu həbs etdilər. Cəzasını çəkib. Heç kimə pul ödəmək fikri yoxdur. İddiaçıdan nəqd pul almayıb. Pul hesaba köçürülüb. İddiaçı ondan 2000 manat əvəzinə 6000 manat pul istəyir. İddianı qəbul etmir. Cavabdeh məhkəmə iclasında daha sonra ərizə təqdim edərək iddianı qismən qəbul etdiyini, banka borcu olduğuna görə iddiaçıya olan 2000 manat borcunu 2024-cü ilin fevral ayından sonra hissələrlə ödəməyə razı olduğunu bildirmişdir. İddiaçının 6000 manat pulun ondan tutulması tələbi qarşısında cavabdeh etiraz edərək iddiaçı yalnız 2000 manat tələb etdiyi təqdirdə həmin məbləği ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonunda anadan olmuş, yaşayış yeri Oğuz rayonu Calud kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikası, Vartaşen rayonu, Muxas kəndində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, N.Nərimanov küçəsi, ev 24, mənzil 3-dür. Oğuz rayonu Dövlət Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M/48 nömrə ilə qeyd edilmiş və işə əlavə olunmuş xx.xx.2013-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı xx.xx.2014-cü il tarixdə qaytarmaq şərtilə borcalan Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2000 manat məbləğində borc vermiş, borc alan həmin məbləği xx.xx.2014-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatları və təqdim olunmuş sənədlərlə müəyyən edildiyi kimi iddiaçı və cavabdeh arasında 2000 manat pulla bağlı xx.xx.2013-cü il tarixdə borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən borc alan pulu xx.xx.2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında cavabdeh iddiaçının 6000 manat pul tələbinə qarşı yalnız 2000 manat məbləği iddiaçıya qaytarmağa etiraz etmədiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi 6000 manat borcun qaytarılması hissəsində qismən təmin edilməli, cavabdehdən 2000 manat pul alınaraq iddiaçıya verilməli, qalan 4000 manat borcun yaranması ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və 40 (qırx) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-519/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-519/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver