Məhkəmə qərarları › İş №2(054)-541/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-541/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-541/2025 25.09.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 1530 (bir min beş yüz otuz) manat pul və 35 manat məhkəmə rüsumunun alınıb ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur və hazırda isə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Oğuz rayonunda yaşadığı üçün Cavabdeh ilə tanışlıq münasibəti vardır. Onunla tanışlıq münasibəti olduğu üçün Emil ondan 2530 (iki min beş yüz otuz) manat borc pul istəmişdir. 23 fevral 2024-cü il və 27 fevral 2024-cü il tarixlərdə Cavabdeh "m10" ödəmə sistemi vasitəsi ilə (Cavabdeh məxsus telefon nömrəsi ***-***-**-**) 1530 (bir min beş yüz otuz) manat və 1000 (bir min) manat borc pul vermişdir. Keçən müddət ərzində dəfələrlə Cavabdeh borc məbləğini geri qaytarmağı xahiş etmişdir. Ancaq o, bu müddət ərzində ona cəmi hissə-hissə olmaqla 1000 (bir min) manat pul qaytarmış, 1530 (bir min beş yüz otuz) manatı pul məbləğini isə qaytarmamaq üçün müxtəlif bəhanələr ilə yayınmışdır. Dəfələrlə onun özü və valideyinləri ilə danışıqlar aparmışdır. Cavabdeh borc məbləğini hazırda imkanı olmadığı üçün qaytara bilmədiyini qeyd etmişdir. Cavabdeh fevral 2024-cü il tarixdən sonrakı aylarda da onun tərəfindən danışıqlar aparılmışıdır. Ancaq hazırda maddi imkanı olmadığı üçün almış olduğu borcu qaytarmaqda çətinlik çəkdiyini bildirmişdir. Nəticədə ona 1530 (bir min beş yüz otuz) manat məbləğində maddi ziyan dəymişdir. O, həmin məbləğin ödənilməsini tələb edir. Cavabdeh ona ödəməli olduğu 1530 (bir min beş yüz otuz) manat məbləği könüllü olaraq ödəməkdən boyun qaçırdığı üçün məcburiyyət qarşısında qalaraq bu işlə əlqədər məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul edir. Ona iki ay vaxt lazımdır. Özünün almış olduğu kreditləri vardır. Həmin kreditləri ödədikdən sonra iddiaçının borcunu da ödəyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddaçının və cavabdehin izahatını dinləyərək, cavabdehin iddianı etiraf etməsi barədə ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, cavabdehin adına olan +994 55 *** ** ** mobil telefon nömrəsinin qeydiyyata alındığı “m10” hesabına 1530 manat məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, cavabdehin adına olan +994 55 *** ** ** mobil telefon nömrəsinin qeydiyyata alındığı “m10” hesabına 1000 manat məbləğində vəsait köçürülmüşdür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı pulun iddiaçıya qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, cavabdehin iddiaçıdan pul alması işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı borcu tələb etməkdə haqlıdır. Eyni zamanda iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın 35 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1530,0 (min beş yüz otuz) manat məbləğində pul vəsaiti və 35,0 (otuz beş) manat məbləğində dövlət rüsumu alınaraq alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar