Məhkəmə qərarları › İş №2(054)-55/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-55/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-55/2024 08.02.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 5500 ABŞ dolları borc pulun, 400 manat hüquqi yardıma görə xidmət haqqının, 126 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair mülki işə 08 fevral 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 11560 manat borc pulun, 400 manat hüquqi yardıma görə xidmət haqqının, 126 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Cavabdehin iş materiallarında qeyd olunan ünvanı üzrə ünvan 1irişlərinə cavab olaraq nümayəndəlik xx.xx.2023-cü il tarixli, 5-68-12/2-110/2023 saylı, xx.xx.2024-cü il tarixli, 5-68-12/2-01/2024 saylı və xx.xx.2024-cü il tarixli, 5-68-12/2-09/2024 saylı məktublarla Cavabdeh nümayəndəlik ərazisində yaşamadığını, qeyri-rəsmi məlumatlara görə hal-hazırda Türkiyə Respublikasında yaşadığını, onun ailə üzvlərinin məhkəmə sənədini götürməkdən imtina etdiyini, buna görə məhkəmə sənədinin icra edilməsi üçün Cavabdeh dəqiq ünvanı məlum olanadək nümayəndəlikdə saxlanıldığını bildirmişdir. İddiaçının nümayəndəsi və vəkilinin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia həcminin azaldılması barədə ərizə təqdim etmiş, izahat verərək bildirmişdir ki, Şirvan şəhərində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. Əmək fəaliyyəti ilə əlaqədar arabir Türkiyə Respublikasına gedib-gəlir. Cavabdeh onun direktor olduğu MMC-də müavini olan Kənanla tələbə yoldaşı olmuş, həmin şəxs cavabdehi işçi kimi ona tövsiyə etmişdir. Bir müddət cavabdeh onun bəzi tapşırıqlarını icra etmişdir. Sonra ondan borc pul istəməyə başlamışdır. Ona 5500 ABŞ dolları məbləğində borc pul vermişdir. Bunu xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikası İstanbul şəhərində borc müqaviləsi ilə rəsmiləşdirmişlər. Bundan əlavə 1300 ABŞ dolları pulu borc olaraq nəğd şəkildə cavabdehə vermişdir. Cavabdeh həmin pulu 3-4 günə qaytaracağına söz verdiyindən bunu rəsmiləşdirməyib. Beləliklə cavabdehə cəmi 11560 manat məbləğində borc pul vermişdir. Cavabdeh müqavilədə 5500 dollar pulu xx.xx.2022-ci il tarixədək ödəyəcəyi öhdəliyini qəbul etsə də, indiyədək pulu qaytarmamış, hətta onunla qarşılaşmaqdan yayınmışdır. Onun səs yazısı da var. Atası və Kənanla birgə cavabdehin qardaşının yanına getmiş, qardaşı pulun iyun ayında ödəniləcəyinə söz versə də, sonra sözündən qaçmışdır. Şahidləri var, lakin Türkiyədən gələ bilmirlər. Türkiyədə cavabdehlə bağlı şikayət ərizəsi də vermişdir. Hazırda mümkün olan sübutlarını təqdim etmişdir. İşdə olan sübutlar əsasında cavabdehdən 5500 ABŞ dolları borc pulun, 400 manat hüquqi yardıma görə xidmət haqqının, 126 manat dövlət rüsumunun alınıb verilməsi barədə iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatını təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Qarabulaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Böyük Söyüdlü ərazi dairəsi Qarabulaq kəndidir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli borc vermə müqaviləsindən və onun təsdiq edilmiş tərcüməsindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh Türkiyə Respublikası İstanbul şəhərində 5500 ABŞ dolları məbləğində borc vermiş, borc alan həmin məbləği xx.xx.2022-ci il tarixədək nəğd olaraq borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə həm borcverən, həm də borcalan tərəfindən imzalanmışdır. Müqavilədə borc ödənilmədiyi təqdirdə İstanbul şəhərində olan məhkəmə və icra orqanlarının səlahiyyətli olduğu borcverən və borcalan tərəfindən qəbul edilmişdir. İşə əlavə olunmuş izahat protokolundan (2023 9012 saylı bildiriş) görünür ki, Abasov X1 Baş prokurorluğuna müraciət edərək Cavabdeh borcunu qaytarmadığı səbəbli ondan şikayətçi və iddiaçı olduğunu bildirmişdir.(sənəddə QR kod və rəqəmsal kod vardır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (739-740-cı maddələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatı və təqdim olunmuş sənədlərlə müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə iddiaçı və cavabdeh arasında 5500 ABŞ dolları məbləğində borcla bağlı müqavilə imzalanmış, müqaviləyə əsasən borc alan pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə Türkiyə Respublikası İstanbul şəhərində bağlanmış, tərəflər borc qaytarılmadığı təqdirdə aidiyyəti məhkəmə və icra orqanlarının səlahiyyətli olduğunu qəbul etmişlər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi 5500 ABŞ dolları məbləğində borcun cavabdehdən alınması hissəsində təmin edilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 400 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 23800 saylı ödəniş qəbzindən görünür ki, Oğuz şəhərində “Kapital Bank” vasitəsilə İddiaçı tərəfindən Nümayəndə hesabına 400 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş ağlabatan məbləğ 300 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 116,5 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 5500 (beş min beş yüz dollar) ABŞ dolları milli manat ekvivalentində pul, 300 (üç yüz) manat hüquqi yardımla bağlı xidmət haqqı, 116,5 (bir yüz on altı manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi 100 manat hüquqi yardımla bağlı xidmət haqqı hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar