Məhkəmə qərarları › İş №2(054)-607/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-607/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-607/2022 13.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Оğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 232,04 manat əsas borc, 3,26 manat faiz borcu, 7,39 manat cərimə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 16,95 manat - cəmi 259,64 manat borc və 30,00 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh bildirişi xx.xx.2022-ci il tarixdə almış, lakin iddia tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə illik 22 % olmaqla 36 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh ödəniş qrafiki üzrə hər ay əsas borcu və faiz borcunu ödəməklə müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 232,04 manat əsas borc, 3,26 manat faiz borcu və 7,39 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 16,95 manat - cəmi 259,64 manat borcu qalmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 259,64 manat borc məbləğinin və 30,00 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdehin müraciəti əsasında tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə illik 22 % olmaqla 36 ay müddətinə 1500 manat məbləğində kredit verilmiş, cavabdeh müqavilə müddəti ərzində kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə borcun ödənilməsi tələbi ilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 232,04 manat əsas borc, 3,26 manat faiz borcu və 7,39 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 16,95 manat - cəmi 259,64 manat borc və 30,00 manat dövlət rüsumu məbləğinin ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 232,04 manat əsas borc, 3,26 manat faiz borcu, 7,39 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 16,95 manat tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30,00 manat ödənilmiş dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 232,04 manat əsas borc, 3,26 manat faiz borcu, 7,39 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 16,95 manat və 30,00 manat dövlət rüsumu - cəmi 289,64 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar