Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-620/2025 27.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 2.550 manat məbləğində əsas, 127 manat vəsait, cəmi - 2.677 manat pul məbləğinin və 47 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdırlar ki, Cavabdeh tikinti materialları (taxta va şifer) gətirəcəyi adı ilə ondan 2025-ci ilin yanvar ayında 1.500 ABŞ dolları (2.550 azn) məbləğində pul vəsaiti almış, lakin vədinə əməl etməmiş və pulu geri qaytarmamışdır. Belə ki, əvvələr də Cavabdeh müxtəlif tikinti materialları almışdır. Cavabdehlə aralarında etibar-inam olduğundan 2025-ci ilin yanvar ayında əlbəəl 1.500 ABŞ dolları (2.550 azn) məbləğində pul vəsaiti vermişdir. Cavabdeh sözünü tutmamış, heç bir material gətirməmiş, əksinə müxtəlif bəhanələrlə məsələni uzatmaqla onu əsəbiləşdirmiş, aldığı pulu verməkdən imtina etmişdir. Pulun qaytarılması ilə əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Hesab edir ki, Cavabdeh 2.550 manat məbləğində pulunu, əsas borca görə ilə əlavə 5% hesablanmaqla, 127 manat məbləğində vəsaiti və digər xərcləri şəxsən ödəməlidir. Çünki, borclunun icranı gecikdirməsi, pul və hesablanmış faizləri qaytarmaması özgənin vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Cavabdeh onu aldadaraq bu günə kimi müxtəlif bəhanələrlə pulunu qaytarmır. İddia ərizəsinə görə məhkəmənin hesabına ödənilmiş 47 manat rüsum cavabdehin qeyri-qanuni əməli nəticəsində yarandığından bu pulu da Cavabdeh ödəməlidir. İddiaçı məhkəmə prosesinin gedişatında məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 2550 manat borcun və 47 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh 2550 manat müqabilində tikinti materialları gətirsə də, həmin vaxtdan 2 gün sonra zəng edərək materialların başqa şəxsə məxsus olduğunu bildirmiş və onları yığaraq aparmışdır. Bu zaman o 2550 manatın ekvivalenti kimi verilmiş 1500 ABŞ dollarını da qaytarmamışdır. O, cavabdehdən pulunu tələb etmiş, cavabdeh isə ona pulunu qaytarcağını bildirmiş, lakin qaytarmamışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və bildirdi ki, o, iddiaçı ilə bir neçə dəfə iş görmüşdür. Sonuncu dəfə də 4700 manatlı materialı ona 2700 manata gətirmiş, iddiaçı ona 2550 manatın əvəzinə 1500 ABŞ dolları pul vermişdir. Həmin materialı o, Tarıyel adlı şəxsdən almışdır. O, materialları Cavabdeh göstərdiyi əraziyə boşaltdıqdan bir neçə gün sonra həmin şəxs ona zəng edərək materialların başqasının olduğunu, problem yaratdığını və materialları geri qaytarmasını bildirmişdir. O, da yenidən materialları yığaraq geri aparmışdır. O, Rzadan aldığı pulu Tarıyelə verdiyindən, Tariyel isə cinayət məsuliyyətinə cəlb edildiyindən pulu Rzaya qaytara bilməmişdir. Hesab edir ki, həmin pul Tariyelə verildiyindən iddiaçı pulu ondan tələb edə bilməz. Buna görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması və toplanmış sübutlardan müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən 1500 ABŞ dolları müqabilində tikinti materiallarını (taxta va şifer) almışdır. Cavabdeh materialları əvvəlcə İddiaçı təhvil versə də, sonradan onları yığaraq aparmış, lakin İddiaçı pulunu geri qaytarmamışdır. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə qeyd edir, iddiaçının 1500 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh tərəfindən geri qaytarılmamasını cavabdeh özü də məhkəmə iclasında etiraf etmiş, bunun səbəbi kimi pulu verdiyi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini göstərmişdir. Cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 1500 ABŞ dolları pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 ABŞ dollarının ekvivalenti olan 2550 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 47 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2550 manat məbləğində pul vəsaiti və 47,0 manat dövlət rüsumu olmaqla, cəmi 2597 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2550 manat məbləğində pul vəsaiti və 47,0 manat dövlət rüsumu olmaqla, cəmi 2597 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-620/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-620/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver