Məhkəmə qərarları › İş №2(054)-624/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-624/2023

01.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-624/2023 01.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X13 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun, Cavabdeh nümayəndəsi İsmayılova Rəhmilə Yadigar qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 01 dekabr 2023-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-12 iyul 2011-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş cəmi 100 manat alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının cavabdehlə birgə nikahından 12 iyul 2011-ci il tarixdə anadan olmuş İsmayıllı Yasin adlı övladı vardır. Oğuz Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 2(054)-30/2015 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşağın saxlanılması üçün cavabdehin qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin vaxtdan səkkiz ilə yaxın müddət keçmişdir.Uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun miqdarı artmışdır. Təyin edilmiş aliment məbləği uşağın tələbatını ödəmir. İddiaçı Bakı şəhərində kirayədə yaşayır. Onun iş yeri yoxdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh oğludur, onun rəsmi iş yeri yoxdur. İddiaçı ilə oğlu ayrılandan nəvəsinə özü baxıb. Həmin müddətdə Zaur alimenti iddiaçıya ödəyib. Nəvəsi indiyədək onlara gəlib-gedir. Zaur 2020-ci ildə ikinci dəfə ailə qurub, həmin nikahdan iki körpə uşağı var. Bundan başqa oğlunun səhhətində də bir sıra problemlər var. İddiaçı isə Bakıda salon işlədir, 3-4 işçisi var. Bununla bağlı sübut təqdim edə bilmir. Alimentin məbləğini 20 manat artıra bilərlər. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 108/12 saylı arayışından görünür ki, X11 12 iyul 2011-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 08 avqust 2011-ci il tarixdə 71 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X3r. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-30/2015 saylı, 10 aprel 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 iddiası qismən təmin edilmiş, iddiaçı ilə Cavabdeh arasında 21 iyul 2010-cu il tarixdə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində 28 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan 12 iyul 2011-ci il tarixdə anadan olmuş X11 iddiaçının himayəsində saxlanılmaqla onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Oğuz rayon Qeydiyyat şbəsinin işə əlavə edilmiş nikahın pozulması haqqında xx.xx.2023-cü il tarixli, 111/12 saylı arayışından görünür ki, Cavabdeh və X5 arasında olan nikah pozulmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın ləğv olunması haqqında akt qeydləri kitabında 20 may 2015-ci il tarixdə 22 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Mikayılova soyadı verilmişdir. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 387205 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 xx.xx.2020-ci il tarixdə nikah bağlamış, bu barədə Qəbələ Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 158 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada İsmayılov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 490591 saylı və AZ-İV 766725 saylı şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Kərimin və xx.xx.2022-ci il təvəllüdlü Yusifin atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 220 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü övladı vardır. Tərəflərin nikahı xx.xx.2015-ci ildə pozulmuş, uşağın saxlanılması üçün cəmi 100 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. İddiaçı həmin vaxtdan 8 il keçdiyini bildirərək alimentin məbləğinin yaşayış minimumuna uyğun artırılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi olan anası oğlunun ikinci dəfə ailə qurduğunu, iki körpə övladının olduğunu, işləmədiyini, səhhətində problemlər olduğunu bildirərək alimentin məbləğinin 20 manat artırılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə qeyd edilənlərə qiymət verərək bildirir ki, iddiaçı və cavabdeh hər biri valideyn kimi uşaqların bütün ehtiyaclarının təmin edilməsində bərabər hüquqlara malik olmaqla bərabər vəzifələr daşıyırlar. Buna görə də onların qazancının olmaması uşaqlara baxmaq vəzifəsindən azad edilmə üçün əsas olaraq qəbul edilə bilməz. Bundan əlavə iddiaçı 8 ildən sonra alimentin artırılması barədə iddia qaldırmışdır. Həmin müddətdə isə uşaqlar üçün yaşayış minimumunun məbləği əhəmiyyətli dərəcədə artmışdır. Məhkəmə həmçinin cavabdehin ailəli olmaqla himayəsində iki azyaşlı övladının olmasını da nəzərə alaraq hesab edir ki, alimentin məbləği artırılarkən həmin uşaqların da mənafeyi nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının və cavabdehin himayəsində olan uşaqların minimal maddi ehtiyacları nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, bir uşağın saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 150 manat həddində sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 150 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 12 iyul 2011-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar