Məhkəmə qərarları › İş №2(054)-637/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-637/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-637/2024 25.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 1350 manat əsas borc, 120 manat notariat xərci və 37 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə 25 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 1450 manat əsas borc, 120 manat notariat xərci və 37 manat dövlət rüsumunun alınıb onaq verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia həcminin azaldılması barədə ərizə təqdim etdi, izahat verərək bildirdi ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə Tərtər rayon notariat ofisində borc müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdehə 1600 manat məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə görə cavabdeh xx.xx.2024-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh indiyədək borcundan 150 manat və 100 manat olmaqla, cəmi 250 manat pulu qaytarsa da qalan məbləği müxtəlif bəhanələrlə qaytarmır. Bundan əlavə müqavilədə notariat xərcinin borcalan tərəfindən ödənildiyi göstərilsə də, 115 manat rüsum və 5 manat xidmət xərci olmaqla cəmi 120 manat pulu da ö özü ödəmişdir. Bundqan əlqavə məhkəməyə iddia ərizəsinin verilməsi üçün 37 manat dövlət rüsumu ödəmişdir. 1350 manat əsas borc, 120 manat notariat xərci və 37 manat dövlət rüsumunun, cəmi 1507 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ərizə təqdim etdi, iddia tələbini qəbul edərək bildirdi ki, həqiqətən xx.xx.2023-cü ildə 1600 manat borc pulu notarial qaydada müqavilə bağlamaqla iddiaçıdan almışdır. Ailəliklə müxtəlif rayonlarda çobanlıqla məşğul olurlar. Himayəsində xəstə övladı var. Maddi vəziyyəti pis olduğundan iddiaçıya olan borcundan qismən ödəniş etmiş, 150 və 100 manat olmaqla cəmi 250 manat pul qaytarmışdır. Notariatda müqavilə bağlananda həqiqətən 120 manat xərci də iddiaçı ödəmişdir. İddianı tam şəkildə qəbul edir. Nəzərə alınmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə, Tərtər rayonu Kəngərli kəndində anadan olmuş, yaşayış yeri Tərtər rayonu Təzəkənd kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Tərtər rayon notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-419 nömrə ilə qeyd edilmiş və işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 1600 manat məbləğində borc vermiş, borc alan krediti xx.xx.2024cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Kredit faizsiz verilmişdir. Həmin müqavilədən görünür ki, müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün 115 AZN haqq tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçı və cavabdehin məhkəmə iclasında verdiyi izahatı və təqdim olunmuş sənədlərlə müəyyən edildiyi kimi iddiaçı və cavabdeh arasında 1600 manat borcla bağlı borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən borc alan pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Keçən müddətdə cavabdeh borcundan 150 və 100 manat olmaqla cəmi 250 manat ödəniş etmiş, onun 1350 manat əsas borc məbləği ödənilməmiş qalmışdır. Bundan əlavə iddiaçı notariat xərcləri ilə bağlı 120 manat ödəniş etdiyini bildirmiş, həmin pulun da cavabdedən tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək iddianı bütünlükdə qəbul etdiyini bildirmişdir. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, həmçinin tərəflərin qarşılıqlı razılaşmasını, cavabdehin iddianı qəbul etdiyini də nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən cavabdehə verilmiş 1600 manat borc puldan qaytarılmamış 1350 manat əsas borc, 120 manat notariat xərcləri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 37 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. NƏTİCƏ HİSSƏ: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1350 (bir min üç yüz əlli) manat əsas borc, 120 (bir yüz iyirmi) manat notariat xərci və 37 (otuz yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar