Məhkəmə qərarları › İş №2(054)-641/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-641/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-641/2024 15.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə qızının, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 15 noyabr 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları-09 oktyabr 2016-cı il tarixdə anadan olmuş X1 və 12 oktyabr 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının 1/3 hissəsi miqdarında, lakin cəmi 320 manatdan az olmamaqla təyin edilmiş alimentin məbləğinin artırılaraq hər uşaq üçün hər ay 235 manat, cəmi 470 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı qızıdır. Günay cavabdehlə 17 yanvar 2014-cü ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların 09 oktyabr 2016-cı il tarixdə X3 və 12 oktyabr 2018-ci il tarixdə X4 adlı övladları doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin 04 noyabr.2019-cu il tarixli, 2(054)-466/2019 saylı qətnaməsi ilə cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğindən az olmamaqla alimentin cavabdehdən tutulması qət edilmişdir. Onların nikahı Oğuz Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(054)-28/2020 saylı qətnaməsi ilə pozumuşdur. Cavabdeh əvvəllər hərbidə işləyirdi, hər ay əmək haqqının 1/3 hissəsi miqdarında, 700, 800, 900 manat məbləğində aliment ödəyirdi. Sonralar işdən çıxdığından alimentin ödənişini dayandırdı. Cavabdeh sonuncu dəfə 100 manat aliment ödəyib. Bu ilin sentyabr ayınadək 3000 manatdan yuxarı aliment borcu yığılıb. Aliment təyin olunduqdan sonra 5 il keçib. Uşaqlar böyüyüb. Ehtiyacları artıb. Qızı uşaqlara baxmaq üçün Bakı şəhərində ofisiant işləyib.Onun da qazancı yoxdur ki, qızına kömək etsin, belə ki, həyət təsərrüfatı ilə birtəhər dolanır. Günay hazırda müalicə götürür. Xəzər 80 manat veteran pulu alır. Buna baxmayaraq uşaqlara baxmalıdır. İddia tələbinin təmin olunması, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, 3 ildir ki, ikinci dəfə ailə qurub, uşağı yoxdur. Əvvəl hərbidə işləyəndə aliment hər ay əmək haqqından tutulurdu. 2022-ci ildə Kəlbəcərdə minaya düşüb. Hərbidən tərxis olunub. Ondan sonra aliment ödəmək imkanı yoxdur. 80 manat veteran pulu alır. Hər ay ancaq 100 manat ödəniş edə bilər. İddiaçı uşaqları ona göstərmir. Alimentin artırılmasına etiraz edir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-466/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 09 oktyabr 2016-cı il tarixdə anadan olmuş X1 və 12 oktyabr 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğindən az olmamaqla alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. . Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-28/2020 saylı, 05 may 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin rəsmi nikahından 2016 və 2018-ci il təvəllüdlü iki oğlu vardır. Oğuz Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehin qazancının 1/3 hissəsi miqdarında, lakin cəmi 320 manatdan az olmamaqla alimentin tutulması qət edilmişdir. İddiaçı işləmir. Həmin vaxt cavabdeh hərbidə işlədiyindən alimentin ödənilməsində problem olmamışdır. Cavabdeh tərxis olunduqdan sonra aliment ödəməyib və bunu cəmi 80 manat veteran pulu alması ilə əsaslandırır və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə bildirir ki, valideynlərin qazancının olmaması onların övladlarına qarşı öhdəliklərindən azad edilməsi üçün əsas deyil. Göründüyü kimi uşaqların saxlanması üçün alimentin təyin edilməsindən 5 ildən çox vaxt keçmiş, uşaqlar xeyli böyüdüyündən onların tələbatı da artmışdır. Bundan əlavə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun da məbləği artmışdır. İddiaçı 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat olduğunu nəzərə almaqla alimentin məbləğinin həmin həddə müəyyən edilməsini xahiş edir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə hesab edir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan, hər bir uşağın valideyndən bərabər şəkildə maddi təminat almaq hüququ nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsi ədalətli və mümkündür. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşaqların yaşı və minimal maddi ehtiyacları nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2016-cı ildə anadan olmuş Sərxan və 2018-ci ildə anadan olmuş Kənanın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay hər uşaq üçün 175 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 09 oktyabr 2016-cı il tarixdə anadan olmuş X1 və 12 oktyabr 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar