Məhkəmə qərarları › İş №2(054)-669/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-669/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-669/2024 05.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 653 manat borc pulun, 100 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə 05 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 926 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə hazılıq iclasında iddia həcminin azaldılması barədə ərizə təqdim etmiş, izahat verərək bildirmişdir ki, Oğuz şəhəri ərazisində yerləşən tikinti materialları mağazasında ticarətlə məşğul olur. Bəzən alıcıların xahişi ilə qısa müddətə ödəmək şərtilə tanıdığı şəxslərə nisyə mal satır. xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Tayıflı kənd sakini Cavabdeh pulunu bir neçə aya ödəmək şərtilə ondan 653 manat dəyərində “Stil” markalı motopila (motorlu mişar) və onun ehtiyat hissələrini satın almışdır. Vəd edilmiş tarixdən xeyli keçməsinə baxmayaraq cavabdeh aldığı malın pulunu ödəməkdən yayınmışdır. Cavabdeh onun pulunu ödəmədiyindən keçən 1 il yarım müddətində 653 manat pul dövriyyədən kənarda qalmış və buna görə ona 326 manat ziyan dəymişdir. Nəticədə ona dəyən ziyanı 926 manat dəyərində qiymətləndirməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 30 manat dövlət rüsumu da ödəmişdir. Hazırda cavabdehlə qarşlıqlı razılığa gəlmişlər. İddia həcminin azaldılması barədə xx.xx.2024-cü il tarixli ərizəsinə uyğun olaraq 653 manat borc pulun, 100 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək cavabdehdən cəmi 753 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında ərizə verərək iddiaçının iddia həcminin azaldılması barədə ərizəsinə əsasən 653 manat borc pul, 100 manat dəymiş ziyan və 30 manat dövlət rüsumu tələbini qəbul etdiyini, faktiki olaraq Bakı şəhərində yaşayıbişlədiyini bildirmiş və yolun uzaqlığını nəzərə alaraq məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı və cavabdehin məhkəmə hazırlıq iclasında verdiyi izahatları və təqdim olunmuş ərizələrlə müəyyən edildiyi kimi iddiaçı cavabdehə dəyəri 653 manat olan motopila (motorlu mişar) və onun ehtiyat hissələrini xx.xx.2023-cü ildə satmş, cavabdeh pulu yaxın zamanda ödəyəcəyinə söz versə də, hal-hazıradək ödəniş etməmişdir.İddiaçı cavabdehin ona pul ödəmədiyi dövr üçün 100 manat ziyan məbləğinin də ona ödənilməsini xahiş etmiş, cavabdeh iddia tələbini, yəni 653 manat borc pul, 100 manat dəymiş ziyan və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumundan ibarət iddia tələbini qəbul etdiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən cəmi 753 manat pul alınaraq iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. NƏTİCƏ HİSSƏ: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 653 manat pul, 100 manat dəymiş ziyan, cəmi 753 (yeddi yüz əlli üç) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar