Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-68/2022 24.02.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı təkzib verilməsi, maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun barəsində yazmış olduğu, şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza zərər vurulması ilə nəticələnən məlumatlarla bağlı təkzib verilməsi və məhkəməyə müraciət etmək üçün ödədiyi 300 (üç yüz) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi cavabdehin onun tmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçı məhkəməyə vəsatət təqdim edərək cavabdehlə barışdığını və hazırda işə baxılmasını istəmədiyini bildirərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh da məhkəməyə ərizə təqdim edərək iddiaçının barəsində yazdıqlarının həqiqətə uyğun olmadığını, həmin vaxt əsəbi olduğu üçün bu cür məlumatları yaydığını, hazırda səhvini etiraf edərək iddiaçı ilə barışdığını və o özü də işə baxılmasını istəmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti ilə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara a l d ı: İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı təkzib verilməsi, maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-68/2022
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-68/2022
24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver