Məhkəmə qərarları › İş №2(054)-69/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-69/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-69/2025 08.05.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh İddiaçı, onun etibarnamə üzrə nüaməndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı iltizamın etibarsız sayılması tələbi barədə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında nəzərdən keçirərək məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh məhkəməyə müraciət edərək Oğuz rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə yazılmış iltizamın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddiaya dair 2 (054) - 208 / 2025 nömrəli mülki iş hazırda məhkəmənin icraatındadır. Eyni zamanda, İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 13000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat və dövlət rüsumu kimi ödənilmiş 132 manat olmaqla – cəmi 14132 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddiaya dair 2 (054) - 69 / 2025 nömrəli mülki iş də hazırda məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hər iki mülki işin materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin fikrini dinləyərək hesab edir ki, həmin mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iltizamın etibarsız sayılması tələbi barədə 2 (054) - 208 / 2025 nömrəli və İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2 (054) - 69 / 2025 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh İddiaçı qarşı iltizamın etibarsız sayılması tələbi barədə 2 (054) - 208 / 2025 nömrəli və İddiaçı Cavabdeh qarşı pul tələbi barədə 2 (054) - 69 / 2025 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işə 2 (054) - 208 / 2025 nömrəsi verilsin. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar