Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-90/2025 24.02.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə 24 fevral 2025-ci il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC (mətndə iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (mətndə cavabdeh) qarşı cavabdehlə bağlanmış 30 yanvar 2024-cü il tarixli, 36-Z2-1-0- 130-24 saylı kredit kredit müqaviləsindən irəli gələn ödənilməmiş 7471,94 manat əsas, 387,43 manat faiz borcu, 3,57 manat cərimə borcu, cəmi 7862,94 manat borcun və 98,63 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2024-cü il tarixli, 36-Z2-1-0-130-24 saylı istehlak krediti müqaviləsinə əsasən borcalana istehlak məqsədilə illik 16,6 % olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə 1 saylı Əlavəyə əsasən borclu xx.xx.2024-cü il tarixdən birinci ay 277,33 manat, sonrakı aylarda hər ay 280,86 manat, sonuncu ay, yəni xx.xx.2027-ci il tarixdə 285,72 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə 30 yanvar 2024-cü il tarixdə Z/01496/24 və Z/01497 saylı zaminlik müqavilələri imzalanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Belə ki, borclu xx.xx.2024-cü il tarixədək 528,06 manat əsas, 403,34 manat faiz borcundan ödəniş etmiş, onun 7471,94 manat əsas borcu, 387,43 manat faiz borcu, 7,14 manat cərimə borcu qalmışdır, lakin borcluya güzəşt edilərək cərimə məbləğinin 50% miqdarında, yəni 3,57 manat cərimənin tələb edilməsi qərara alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən borcalana məsuliyyət tədbirləri barədə xəbərdarlıq edilmişdir. Qeyd edilənlərə əsasən və mülki qanunvericilik normaları nəzərə alınmaqla cəmi 7471,94 manat əsas, 387,43 manat faiz borcu, 3,57 manat cərimə borcu, cəmi 7862,94 borcun və 98,63 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 izahat verərək bildirmişdir ki, əsas borclu Cavabdeh1 tanışıdır. Bir-birlərinə zamin durmaqla bağlı razılaşmaları olsa da, sonra kredit götürəndə ona zamin lazım olmamışdır. Mehmana söz verdiyindən xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə görə ona zamin olmuşdur. Mehman əvvəl hərbiçi işlədiyindən borcu ödəmək imkanı vardı, lakin işdən çıxmalı olduğundan hazırki borc məbləği yaranmışdır. X4 Federasiyasındadır. Əlaqələri var, deyir “təzə getmişəm, mənə bir az möhlət verin”. Buna görə də borcun ödənilməsi üçün vaxt verilməsini xahiş edirlər. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Həmin məhkəmə iclasında Cavabdeh2 digər cavabdehin izahatına uyğun izahat verərək bildirmişdir ki, Mehman qonşusudur, hərbidən ixtisara düşdüyündən Rusiya Federasiyasına gedib. Borcu ödəməkdən boyun qaçırmır. Ancaq ona bir az vaxt lazımdır. Əlinə pul keçdikdən sonra ödənişlərə başlayacaq. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan 30 yanvar 2024-cü il tarixli, 36-Z2-1-0-130-24 saylı istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında imzalanmış həmin müqavilə ilə borcalana istehlak məqsədilə 36 ay müddətinə, illik 16,6 %-lə 8000 manat məbləğində kredit verilmişdir. İşdə olan 30 yanvar 2024-cü il tarixli, 36-Z2-1-0-130-24 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, 8000 manat əsas, 2112,29 manat faiz borcunun ödənişinin xx.xx.2024ci il tarixdən birinci ay 277,33 manat, sonrakı hər ay 280,86 manat, sonuncu ay 285,72 manat olmaqla xx.xx.2027-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, Z/01496/24 və Z/01497 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli, 36-Z2-1-0-130-24 saylı kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İşdə olan xx.xx.2024-cü il tarixli, KBD5538 saylı xəbərdarlıqdan görünür ki, xx.xx.2024-cü il tarixli, 36- Z2-1-0-130-24 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətə, illik 16,6 faizlə verilmiş 8000 manat kredit borcu üzrə qalan məbləğin 5 gün müddətində Yelobank ASC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsi üzrə borcun faizlərlə birlikdə qaytarılması ilə bağlı məsuliyyət barədə borcalana xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 30 yanvar 2024-cü il tarixli, 36-Z2-1-0- 130-24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 həmin tarixədək 528,06 manat əsas borcdan, 403,34 manat faiz borcundan ödəniş etmiş, onun 7471,94 manat əsas, 387,43 manat faiz borcu, 7,14 manat cərimə borcu, cəmi 7866,51 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 30 yanvar 2024-cü il tarixli, 36-Z2-1-0- 130-24 saylı kredit müqaviləsinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixə 528,06 manat əsas, 403,34 manat faiz borcundan ödəniş etmiş, onun 7471,94 manat əsas borcu, 387,43 manat faiz borcu, 7,14 manat cərimə borcu borcu qalmış, xəbərdarlıq edilsə də, həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. İddiaçı qeyd edilən əsas və faiz borcu, cərimə borcunun isə 50%-i məbləğində, cəmi 7862,94 manat kredit borcunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsinin şərtlərinə əsasən iddia tələbi təmin edilməli, qalan borc məbləği cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən cavabdehlərdən ödənilmiş 98,63 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 30 yanvar 2024-cü il tarixli, 36-Z2-1- 0-130-24 saylı kredit müqaviləsi üzrə 7471,94 manat əsas, 387,43 manat faiz borcu, 3,57 manat cərimə borcu, cəmi 7862,94 (yeddi min səkkiz yüz altmış iki manat doxsan dörd qəpik) manat və 98,63 (doxsan səkkiz manat altmış üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-90/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-90/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver