Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-10/2025 28.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yolun üzərində tikilmiş ot navesinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə onun, Cəmilə Həsənovanın və Səbinə Həsənovanın ümumi birgə mülkiyyətinə verilmiş 0.06 hektar həyətyanı torpaq sahəsinə gedən yolun üzərində qanunsuz tikilmiş ot navesinin Cavabdeh hesabına sökülməsi və həmin yolun əvvəlki qaydada bərpa edilməsi, Cavabdeh 100 manat dövlət rüsumunu və 100 manat xidmət haqqının cəmi, 200 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 06 saylı qərarı ilə onun, Cəmilə Həsənovanın və Səbinə Həsənovanın ümumi birgə mülkiyyətinə 0.06 hektar həyətyanı torpaq sahəsi verilmiş, bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN-080A KOD 90807005 saylı şəhadətnamə verilmişdir. Onun həyətyanı torpaq sahəsinə gələn yolda cavabdeh qanunsuz olaraq ot navesi tikmişdir. Bu hal da onun həyətyanı torpaq sahəsinə sərbəst şəkildə girib-çıxmağına mane yaradır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh yolda qanunsuz tikdiyi ot navesini sökməkdən imtina etmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, iddiaçı sökülməsini istədiyi ot naves 1972-ci ildə tikilib və o zamanlar həmin ərazidə heç kim yaşamamışdır. Əvvələr yaşadığı ərazilərdə su daşqınları olduğu üçün onlar köç etmişlər və burada məskunlaşmışlar. Qeyd etiyi ərazidə ot navesi tikiləndən sonra iddiaçı tərəfindən oradan mişar daşından hasar çəkilmişdir. Ona görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylıŞirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 10/9588 nömrəli rəyindən görünür ki, mübahisəli ot navesi Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Saatlı rayon Yeni Novruzlu kəndində yerləşən və JN-080A nömrəli Şəhadətnamə əsasən İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə gələn yolda inşa edilməmişdir. Sözügedən ot navesinin yerləşdiyi torpaq sahəsi JN-081A nömrəli Şəhadətnamə əsasında Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. Cavabdehlər tərəfindən inşa edilmiş mübahisəli ot navesi İddiaçı həyətyanı sahəsinə və ya evinə sərbəst girişinə mane olmur. Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Saatlı rayon Yeni Novruzlu kəndində yerləşən, JN-080A nömrəli Şəhadətnamə əsasında İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə, inşa edilmiş ot navesinin tikildiyi ərazidən başqa alternativ (ǝsas) yol vardır və sərbəst şəkildə giriş-çıxış mövcuddur. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-080A KOD 90807005 saylı şəhadətnamədən görünür ki, Saatlı Rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə Saatlı rayonu, Yeni Novruzlu kənd sakini İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0.06 ha. torpaq sahəsi verilmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-081A KOD 90807005 saylı şəhadətnamədən görünür ki, Saatlı Rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə Saatlı rayonu, Yeni Novruzlu kənd sakini Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə 0.33 ha. torpaq sahəsi verilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan ot navesi Torpağın mülkiyyətə verilməsinə dair JN-081A KOD 90807005 saylı Şəhadətnamə əsasında onun özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində yerləşir və həmin ot navesi Torpağın mülkiyyətə verilməsinə dair JN-080A KOD 90807005 saylı Şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvləri-X3 və X1 mülkiyyətinə verilmiş Saatlı rayonu, Yeni Novruzlu kəndində yerləşən 0.06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş evə sərbəst giriş-çıxışa mane olmur. Bundan başqa, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə, inşa edilmiş ot navesinin tikildiyi ərazidən başqa alternativ (ǝsas) yol vardır və sərbəst şəkildə giriş-çıxış mövcuddur. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh istifadəsində olan ot navesinin Torpağın mülkiyyətə verilməsinə dair JN-081A KOD 90807005 saylı Şəhadətnamə əsasında onun özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi, həmin ot navesinin Torpağın mülkiyyətə verilməsinə dair JN-080A KOD 90807005 saylı Şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvləri-X3 və X1 mülkiyyətinə verilmiş Saatlı rayonu, Yeni Novruzlu kəndində yerləşən 0.06 ha. torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş evə sərbəst giriş-çıxışına mane olmadığı və İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə, inşa edilmiş ot navesinin tikildiyi ərazidən başqa alternativ (ǝsas) yolun və sərbəst şəkildə giriş-çıxışın mövcud olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 10/9588 nömrəli rəyi ilə təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq 7 normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı yolun üzərində tikilmiş ot navesinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 100 manat Saatlı rayon Vəkil bürosuna vəkilin xidmət haqqı ödəmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, tədqiqatın dəyəri 95 manat təşkil etmiş və həmin xərc İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş 12 fevral 2025-ci il tarixli, 10/9588 nömrəli ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 100 manat dövlət rüsumu, 100 manat xidmət haqqı, 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc İddiaçı aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı yolun üzərində tikilmiş ot navesinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. 100 manat dövlət rüsumu, 100 manat xidmət haqqı, 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-10/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-10/2025
28.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver