Məhkəmə qərarları › İş №2(055)-1014/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1014/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1014/2023 22.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 664 manat əsas borc, 66.4 manat cərimə borcu, cəmi 730.40 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 820 manat dəyərində olan “Samsung A50 2019 64 GB Black” markalı mobil telefonu 12 ay müddətinə hər ay 68 manat ödəməklə nisyə şəklində almışdır. Cavabdeh tərəfindən müqaviləyə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Müqavilənin 8.1-ci bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 664 manat əsas borc, 66.4 manat cərimə borcu, cəmi 730.40 manat və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2019-cu il tarixli, ******* saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə hər ay 68 manat ödəməklə ümumi nisyə məbləği 820 manat olan “Samsung A50 2019 64 GB Black” markalı mobil telefonun alınması ilə əlaqədar İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 29 iyul 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 820 manat dəyərində olan məhsulu İddiaçı MMC-dən təhvil almışdır. İşdə olan 24 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 664 manat əsas borc, 66.4 manat cərimə borcu, cəmi 730.40 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 820 manat dəyərində olan “Samsung A50 2019 64 GB Black” markalı mobil telefonu nisyə şəkildə almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyi tam və vaxtında icra etmədiyi üçün onun iddiaçıya xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 664 manat əsas borc, 66.4 manat cərimə borcu, cəmi 730.40 manat borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, İddiaçı Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 664 manat əsas borcu, 66.4 manat cərimə borcunu, cəmi 730.40 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçıMəhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 664 manat əsas borcun, 66.4 manat cərimə borcunun, cəmi 730.40 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 664 manat əsas borc, 66.4 manat cərimə borcu, cəmi 730.40 manat pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilə üzrə 664 manat əsas borc, 66.4 manat cərimə borcu, cəmi 730 (yeddi yüz otuz) manat 40 (qırx) qəpik alınaraq İddiaçınə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar